Mütaliə etmək üçün vaxt ayırın
Nümunə üçün təqdimələr
«OYANIN!»
Sual: Müqəddəs Kitab insan təxəyyülünün məhsuludur, yoxsa Allahdan nazil olub?
Ayə: 2Tm 3:16
Nəşr: «Oyanın!» jurnalının bu sayında Müqəddəs Kitabın Allahdan olduğuna dair üç sübut gətirilir.
MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ TƏBLİĞ ET
Sual: Allahın bizə bəxş etdiyi həyat ənamına hörmət etdiyimizi necə göstərə bilərik?
Ayə: Vh 4:11
Həqiqət: Allah bizə həyatı hədiyyə etdiyi üçün biz həyata hörmət etməliyik. Biz insana nəyin təhlükə yarada biləcəyini dərk etdiyimiz üçün başqalarının həyatını təhlükə altına atmaq istəmərik. Allahın verdiyi həyat ənamını qiymətləndirməliyik.
AİLƏNİN XOŞBƏXTLİYİ NƏDƏN ASILIDIR?
Sual: Zəhmət olmasa, bukletin üz qabığındakı suala və aşağıdakı cavablara diqqət yetirin. Siz necə cavab verərdiniz?
Ayə: Lk 11:28
Nəşr: Bukletdə bu sualın sizin üçün nə məna kəsb etdiyi açıqlanır və göstərilir ki, Müqəddəs Kitabda deyilənlərə nə üçün inana bilərik.
ÖZ TƏQDİMƏNİ HAZIRLA
Bu təqdimələri nümunə götürərək öz təqdimənizi hazırlayın.