Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb18 sentyabr s. 8
  • Xidmətdə püxtələşək. Söhbətə başlamaqla

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətdə püxtələşək. Söhbətə başlamaqla
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Oxşar material
  • Xidmətdə püxtələşək. Qeyri-rəsmi şahidlik üçün söhbətə başla
    Müqəddəs ibadətimiz 2014
  • Diqqətcil olmaq
    İnsanları sev. Şagird hazırla
  • Söhbətə başlamaqdan qorxmayın
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Söhbət etməyi öyrən
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2018
mwb18 sentyabr s. 8

MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək — Söhbətə başlamaqla

İsa Məsih səməriyyəli qadınla əvvəlcə söhbətə başladı və bu söhbətin sayəsində şahidlik verdi. Biz tanımadığımız adamlarla söhbətə başlamaqda necə püxtələşə bilərik?

İsa quyunun başında səməriyyəli qadınla danışır
  • Mehriban olun və danışmağa başlayın. İsa yorğun olsa da, söhbətə başladı. Bunun üçünsə, sadəcə içməyə su istədi. Siz də əvvəlcə dostyana salamlaşın, sonra havadan, yaxud təzəlikcə baş verən hadisədən danışın. Unutmayın, ilk məqsəd, sadəcə söhbətə başlamaqdır. Buna görə də insanı maraqlandıra biləcək mövzudan danışın. Əgər qarşı tərəf söhbət etmək istəməsə, ürəyinizi sıxmayın, başqası ilə söhbətə başlayın. Yehovadan cəsarət istəyin (Nə 2:4; Hv 4:29).

  • Müjdəni çatdırmaq üçün hər fürsətdən istifadə edin, amma tələsməyin. Qoyun söhbət öz axarı ilə getsin. Tez-tələsik təbliğ etməyə başlasanız, insan hürküb söhbəti dayandıra bilər. Söhbət gözlənilmədən bitsə və müjdəni çatdıra bilməsəniz, kefinizi pozmayın. Müjdədən danışmağa başlamaq fikri sizi qorxudursa, onda bir müddət şahidlik etmək yox, sadəcə söhbət etmək məqsədi ilə danışmağa başlayın. (1-ci videonu göstər və müzakirə et.)]

  • Şahidlik etmək üçün şəraiti bu üsulla da yaratmaq olar: imanınız barədə şövqlə danışın. Bu, həmsöhbətinizi sual verməyə təşviq edə bilər. İsa da elə fikir söyləmişdi ki, səməriyyəli qadında suallar yaranmışdı və sadəcə bu suallara cavab verməklə İsa ona müjdəni çatdırmışdı. (2-ci videonu göstər və müzakirə et, sonra 3-cü videonu göstərib müzakirə et.)

İki qadın top oynayırh

Söhbətə başlamaq top oynamağa bənzəyir. Hər iki halda ən azı iki iştirakçı olmalıdır və hər iki halda başlayan tərəfə daha asan olur. Növbəti dəfə imkan yarananda sözləri qarşı tərəfə «atın», görün söhbətə başlaya biləcəksiniz, ya yox.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş