MƏSİHİ HƏYATI
Bulus Allaha şükür etdi və ürəkləndi
Romadakı yığıncaq Bulusun gəlişindən xəbər tutanda qardaşlar təxminən 64 km yol qət edib onun qabağına çıxdılar. Bulus onların bu cür fədakar məhəbbətini görəndə «Allaha şükür etdi və ürəkləndi» (Hv 28:15). Adətən, Bulus özü baş çəkdiyi yığıncaqları ruhlandırırdı, amma indiki vəziyyətdə dustaq olduğundan, ruhlanan tərəf o oldu (2Kr 13:10).
Bu gün rayon nəzarətçiləri yığıncaqları ziyarət edərək bacı-qardaşları ruhlandırırlar. Allahın bütün xidmətçiləri kimi, onların da yorulduğu, narahatçılıq keçirdiyi, məyus olduğu vaxtlar olur. Növbəti dəfə rayon nəzarətçisi və həyat yoldaşı sizin yığıncağa gələndə onları necə ürəkləndirə bilərsiniz ki, həm siz ruhlanasınız, həm də onlar? (Rm 1:11, 12).
Təbliğ görüşlərində iştirak edin. Təbliğçilər rayon nəzarətçisinin baş çəkdiyi xüsusi fəaliyyət həftəsindən tam yararlanmaq üçün əllərindən gələni edəndə o, çox ruhlanır (1Sk 1:2, 3; 2:20). Məsələn, onun baş çəkdiyi ay köməkçi öncül kimi xidmət etmək olar. Onunla, yaxud həyat yoldaşı ilə əməkdaşlıq edə, yaxud onlardan birini Müqəddəs Kitab dərsinə dəvət edə bilərsiniz. Onlara müxtəlif təbliğçilərlə, o cümlədən, yenilərlə, yaxud xidmətdə elə də səriştəsi olmayan təbliğçilərlə əməkdaşlıq etmək xoşdur.
Qonaqpərvərlik göstərin. Onları qonaq saxlaya və ya yeməyə dəvət edə bilərsiniz? Bu, qardaşa və həyat yoldaşına olan sevginizə dəlalət edəcək. Unutmayın, onlar sizdən dəm-dəsgah gözləmirlər (Lk 10:38—42).
Onun məsləhətinə əməl edin. Rayon nəzarətçisi mehribanlıqla bizə ibadətimizin hansı sahəsində düzəlişə ehtiyacımız olduğunu göstərə bilər. Bəzən isə o, ciddi şəkildə məsləhət verməli olur (1Kr 5:1—5). Biz itaət edəndə və tabe olanda o da xidmətini sevinclə icra edir (İb 13:17).
Minnətdarlığınızı ifadə edin. Rayon nəzarətçisinə və həyat yoldaşına sizə necə köməkləri dəydiyini bildirin. Bunu ya birbaşa onların özünə deyə bilərsiniz, ya da açıqca yaza bilərsiniz (Kl 3:15).