MƏSİHİ HƏYATI
İlahi elmə can atın
NƏ ÜÇÜN VACİBDİR? Böyük Nəsihətçi Yehova Allah bizə ən yaxşı elmi təklif edir. O bizə həyatımızı yaxşılaşdırmağı öyrədir və bizi gözəl gələcək üçün hazırlayır. Bütün bunları isə havayı edir (Əş 11:6—9; 30:20, 21; Vh 22:17). Həmçinin ilahi elmin sayəsində Yehova bizi müjdəni təbliğ etməyə yararlı edir (2Kr 3:5).
NECƏ ETMƏLİ?
Özünüzdə həlimlik və təvazökarlıq yetişdirin (Zb 25:8, 9)
Sizin üçün əlçatan olan təhsilə yiyələnin, məsələn, həftəarası görüşdə şagirdlər üçün tapşırıqları yerinə yetirin
Qarşınıza ruhani məqsədlər qoyun (Fp 3:13)
İlahi təhsilin digər növlərinə yiyələnməyə yararlı olmaq üçün fədakarlıq göstərin (Fp 3:8)
«YEHOVANIN TƏLİMİ RUHANİ SƏRVƏTDİR» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Padşahlıq Müjdəçiləri Məktəbini keçmək üçün bəzi təbliğçilər hansı maneələri aşmışlar?
Padşahlıq Müjdəçiləri Məktəbində hansı təlim verilir?
Yığıncaq üzvləri məzunlara yeni təyinatlarında necə kömək edirlər?
Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün hansı tələblərə cavab vermək lazımdır? (kr s. 189)
Yehovanın təşkilatında başqa hansı təlimə can ata bilərsiniz?
İlahi elmə can atmaq sizə hansı nemətləri gətirəcək?