ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 7—10
Yardım işi
Məsihi xidməti ilə iki işi icra edirik: birincisi, «barışıq xidmətini», yəni təbliğ, təlim işini, ikincisi, dindaşlara yardım işini (2Kr 5:18—20; 8:4). Deməli, ehtiyacı olan məsihilərə kömək etmək müqəddəs xidmətimizin ayrılmaz hissəsidir. Bu işdə iştirak etməklə biz...
bacı-qardaşlarımızın ehtiyacını tam ödəyirik (2Kr 9:12a).
zərərçəkmiş dindaşlarımıza yenidən ruhani məşğuliyyətlərə qayıtmağa kömək edirik. Bu məşğuliyyətlərdən biri təbliğ etməkdir. Şövqlə təbliğ etməklə onlar Yehovaya minnətdarlıqlarını ifadə edirlər (2Kr 9:12b).
Yehovanı mədh edirik (2Kr 9:13). Yardım işi sayəsində hamıya, o cümlədən Yehovanın Şahidlərini sevməyənlərə də şahidlik edilir.