«Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir» (2Kr 5:14).
MƏSİHİ HƏYATI
Mart və aprel ayında köməkçi öncül kimi xidmət edəcəksiniz?
Anma mərasimi mövsümündə Yehovaya daha çox xidmət etmək istəyərdiniz? (2Kr 5:14, 15). Mart və aprel ayında köməkçi öncüllər 30 və ya 50 saatlıq norma ilə xidmət edə bilərlər. Əgər siz də bu xüsusi kampaniyaya qatıla bilərsinizsə, blank doldurub Yığıncağın xidmət komitəsinə verin. Hər ay köməkçi öncül kimi xidmət etmək üçün təsdiq olunmuş təbliğçilərin adları yığıncaqda elan olunacaq. Beləcə, digər bacı-qardaşlar öncüllərə xidmətdə dəstək ola biləcəklər. Gəlin hər birimiz Anma mərasimi mövsümündə bütün imkanlardan tam istifadə edərək xidmətdə püxtələşək və bir-birimizi ruhlandıraq (1Sk 5:11).