Xidmətini genişləndirməyi indidən planlaşdır
1. Xatirə gecəsi ərəfəsində hansı imkanımız yaranır və biz indidən hansı hazırlıqları görə bilərik?
1 Hər il Xatirə gecəsi ərəfəsində «Rəbbə bol-bol şükür» söyləmək üçün yeni imkanlarımız yaranır (Məz. 109:30). Fidyəni təqdim edən Allaha minnətdarlıq əlaməti olaraq mart ayında xidmətini genişləndirəcəksənmi? Bunu artıq indidən planlaşdırmaq lazımdır (Sül. məs. 21:5).
2. Ötən ilin aprelində köməkçi pionerlər üçün saat normasının azaldıldığını biləndə yığıncaqlar buna necə hay verdilər?
2 Köməkçi pioner xidməti. Ötən il aprel ayında köməkçi pionerlər üçün saat normasının azaldıldığını biləndə, yığıncaqlarda xoş bir canlanma yarandı. Bir qardaş yazır: «Mən məktəbdə oxuyuram, buna görə də daimi pioner kimi xidmət edə bilmirəm. Amma aprel ayında 30 saatlıq pioner xidməti götürdüm və qarşıma məqsəd qoydum ki, 50 saat təbliğ edim». Bütün gün işləyən bir bacı deyir: «Otuz saat — çox asandır!» Bu barədə elan olunanda əvvəllər pioner olmuş 80 yaşlı bir bacı demişdi: «Mən bu anı səbirsizliklə gözləyirdim! Yehova bilir ki, pioner kimi xidmət etdiyim dövr həyatımın ən gözəl dövrü olub!» Köməkçi pioner kimi xidmət edə bilməyənlər isə qarşılarına xidmətdə daha çox iştirak etmək məqsədi qoyurlar.
3. Mart, aprel və may aylarında köməkçi pioner xidməti götürmək üçün hansı səbəblərimiz var?
3 Mart ayı köməkçi pioner xidməti götürmək üçün ən münasib vaxt olacaq, çünki yenə də 30 və 50 saatlıq pioner norması vermək imkanımız olacaq. Üstəlik, martın 17-si şənbə günündən etibarən xüsusi kampaniyada iştirak edərək insanları aprelin 5-də Xatirə gecəsinə dəvət edəcəyik. Xidmətlərini genişləndirmək bir çoxlarına elə böyük sevinc bəxş edəcək ki, aprel və may aylarında da 50 saat xidmət etmək istəyəcəklər.
4. Xidmətimizi necə genişləndirə bilərik və bu, bizə hansı faydanı gətirəcək?
4 Növbəti ailəvi ibadət axşamında hər bir ailə üzvünün Xatirə gecəsi ərəfəsində xidmətini necə genişləndirə biləcəyini niyə də müzakirə etməyəsiniz? (Sül. məs. 15:22). Yehovaya dua edin ki, səylərinizə xeyir-dua versin (1 Yəh. 3:22). Xidmətinizi genişləndirsəniz, Yehovanı izzətləndirməklə yanaşı, öz sevincinizi də artıracaqsınız (2 Kor. 9:6).