Qoy bu Xatirə gecəsi sevinc gətirsin!
1. Xatirə gecəsi ərzində sevincimizi artırmağın üsullarından biri hansıdır?
1 Mart, aprel və may ayları ərzində sevincini artırmaq istəyirsənmi? Bunu etməyin üsullarından biri xidmətini genişləndirmək, əgər mümkündürsə, köməkçi pioner olmaqdır. Bu, sənin sevincini necə artıra bilər?
2. Xidmətimizi genişləndirmək sevincimizin artmasına necə səbəb olacaq?
2 Sevincini artır. Yehova bizi anadangəlmə ruhani tələbatlarımızı ödəyə-ödəyə Ona ibadət etməkdən sevinc və məmnunluq duymaq qabiliyyəti ilə yaradıb (Mat. 5:3). Həmçinin O, bizi xəlq edib ki, biz başqalarına nəsə verəndə bundan sevinc duya bilirik (Həv. iş. 20:35). Xidmət bizə bunların ikisinə də — həm Yehovaya ibadət etməyə, həm də başqalarına kömək etməyə imkan yaradır. Məntiqəuyğundur ki, xidmətdə başqaları ilə daha çox bölüşsək, sevincimiz dolub-daşacaq. Bundan əlavə, daha çox xidmət etmək bizi daha səriştəli edəcək. Və təcrübəmiz artdıqca özümüzə əminliyimiz də artacaq, həyəcanımız isə azalacaq. Beləcə, şahidlik etmək və Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün bizim daha çox imkanlarımız olacaq. Bütün bunların sayəsində xidmətdən daha çox sevinc əldə edəcəyik.
3. Nə üçün mart və aprel ayları köməkçi pioner olmağımız üçün xüsusilə əlverişlidir?
3 Bəli, Xatirə gecəsi zamanı xidmətdə fəal olmağın əsil vaxtıdır. Mart və aprel ayları köməkçi pioner olmağımız üçün xüsusilə əlverişlidir. Çünki bu aylarda ya 30, ya da 50 saatlıq normanı seçə bilərik. Yığıncaqlarda canlanma yaranacaq, belə ki, çoxları «çiyin-çiyinə» xidmət edəcəklər (Sef. 3:9).
4. Köməkçi pioner olmaq istəyiriksə, nə etməliyik?
4 İndidən hazırlaş. Əgər hələ hazırlaşmamısansa, onda qrafikinə baxmağa vaxt ayır və gör xidmətini bir və ya bir neçə aylıq genişləndirmək üçün hansı dəyişikliklər edə bilərsən. Bununla bağlı dua et (Yaq. 1:5). Bu barədə ailə üzvlərinlə və yığıncağın üzvləri ilə söhbət et (Sül. məs. 15:22). Beləcə, görəcəksən ki, səhhətində problemlərin olmasına və ya bütün günü işləməyinə baxmayaraq, köməkçi pioner xidməti sənə də sevinc gətirir.
5. Bu Xatirə gecəsi ərəfəsində xidmətimizi genişləndirməyimiz nə ilə nəticələnəcək?
5 Yehova xidmətçilərinin xoşbəxt olmasını istəyir (Məz. 32:11). Bu Xatirə gecəsi ərzində xidmətimizi genişləndirmək üçün fədakarlıq etsək, nəinki, öz sevincimizi artıracağıq, həmçinin səmavi Atamızı sevindirəcəyik (Sül. məs. 23:24; 27:11).