Xatirə Gecəsi dövrü xidməti genişləndirmək üçün əla fürsətdir!
1. Nəyə görə mart, aprel və may aylarında xidmətimizi genişləndirə bilərik?
1 Qarşıdan gələn Xatirə Gecəsi zamanı xidmətdə daha çox iştirak edə bilərsənmi? Bu ərəfədə bir çox yerlərdə havalar xoş keçir və günlər uzanır. Bu vaxt məzuniyyətə və ya tətilə çıxan bəzi təbliğçilər vaxtlarını xidmətə sərf edə bilərlər. Biz aprelin 2-dən başlanan xüsusi kampaniyada iştirak edərək maraqlananları aprelin 17-də keçiriləcək Xatirə Gecəsinə dəvət edəcəyik. Sonra Gecədə iştirak edənlərin marağını artırmaq üçün əlimizdən gələni edəcək və onları aprelin 25-dən başlanan həftədə söyləniləcək xüsusi məruzəyə dəvət edəcəyik. Həqiqətən də, mart, aprel və may ayları ərzində xidmətimizi genişləndirmək üçün çoxlu səbəblərimiz var.
2. Daha çox xidmət etməyin ən yaxşı üsullarından biri hansıdır?
2 Köməkçi pioner. Xidmətdə daha çox iştirak etməyin ən yaxşı üsullarından biri köməkçi pioner kimi xidmət etməkdir. Hamımız məşğul olduğumuzdan, adətən, hər şeyi qabaqcadan planlaşdırmaq və işlərimizdə dəyişikliklər etmək lazım gəlir (Sül. məs. 21:5). Ola bilsin, sən bir o qədər də vacib olmayan işlərini təxirə sala bilərsən (Filip. 1:9—11). Nəyə görə köməkçi pioner xidməti götürmək istəyin barədə yığıncaqda başqalarına danışmayasan, bəlkə onlar da bu xidmətdə sənə qoşulmaq istədilər?
3. Xidmətlərini genişləndirmək üçün bəzi ailələr nə edə bilərlər?
3 Növbəti ailəvi ibadət axşamlarından birində yaxşı olardı ki, ailənizin məqsədlərini müzakirə edəsiniz (Sül. məs. 15:22). Ailədə hamı bir-birilə əməkdaşlıq etsə, ehtimal ki, ailə üzvlərindən kimsə bir və ya bir neçə ay ərzində köməkçi pioner kimi xidmət edə bilər. Əgər mümkün deyilsə, onda nə etmək olar? Ailə üzvləri bəzi axşamlar xidmətə çıxmaqla və ya həftəsonları daha çox təbliğ etməklə öz fəaliyyətlərini genişləndirmək qərarına gələ bilərlər.
4. Bu il Xatirə Gecəsi dövründə fəaliyyətimizi genişləndirməyin sayəsində hansı xeyir-duaları əldə edə bilərik?
4 Yehova Ona xidmətdə etdiyimiz hər şeyi görür və verdiyimiz qurbanları qiymətləndirir (İbr. 6:10). Qoy Yehovaya və başqalarına xidmət etmək sizə sevinc gətirsin (1 Saln. 29:9; Həv. iş. 20:35). Bu il Xatirə Gecəsi dövründə fəaliyyətinizi genişləndirərək daha çox sevinc və xeyir-dualar əldə edin.