Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/08 s. 3—6
  • ‘Müjdəyə şəhadət edin’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Müjdəyə şəhadət edin’
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Yehovanın fəzilətlərini e’lan edin
    Müqəddəs ibadətimiz 2007
  • “Allahın kəlamını... tam bəyan” et
    Müqəddəs ibadətimiz 2002
  • Yehovanın valehedici işləri haqqında bəyan edin!
    Müqəddəs ibadətimiz 2004
  • Xatirə Gecəsi dövrü xidməti genişləndirmək üçün əla fürsətdir!
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 1/08 s. 3—6

‘Müjdəyə şəhadət edin’

1. Bizim bəyan etməli olduğumuz müjdəyə nə daxildir?

1 Bu gün yaxşı xəbərləri nadir hallarda eşitmək olar. Belə bir zəmanədə bizə ‘Allahın lütfü haqqındakı Müjdəyə şəhadət etmək’ həvalə edilib (Həv. iş. 20:24). Bu müjdəyə nə daxildir? ‘Axır günləri’ tezliklə Yehovanın yeni saleh dünyası əvəz edəcək və ‘əvvəlki şeylər keçib gedəcək’ (2 Tim. 3:1-5; Vəhy 21:4). O zaman artıq xəstəliklər də olmayacaq (Yeşaya 33:24). Ölənlər dirilib öz əzizlərinə, dostlarına qovuşacaqlar (Yəh. 5:28, 29). Bütün yer üzü gözəl Cənnətə çevriləcək (Yeşaya 65:21-23). Bəli, biz bunları və bir çox başqa şeyləri bəyan etməliyik!

2. Nəyə görə Xatirə Gecəsi dövrü müjdəyə şəhadət etmək üçün çox gözəl imkandır?

2 Mart, aprel və may ayları bu gözəl müjdəni bəyan etmək üçün əla imkan verəcək. Bu aylarda dünyanın bir çox yerlərində havalar yaxşı keçdiyi və günlər uzandığı üçün daha çox xidmət etmək imkanımız olacaq. Üstəlik, ilin ən mühüm hadisəsi olan Xatirə Gecəsi bütün dünyada şənbə günü martın 22-də, gün batandan sonra qeyd ediləcək. İndi daha çox xidmət etməyə hazırlaşmağın əsl vaxtıdır.

3. Bütün ailən xidmətdə daha fəal necə ola bilər?

3 Köməkçi pioner xidməti. Cədvəlində dəyişikliklər edərək bir, iki, yaxud bütün üç ay ərzində köməkçi pioner kimi xidmət edə bilərdinmi? Nəyə görə bu məsələni növbəti ailəvi öyrənmədə müzakirə etməyəsiniz? Yaxşı əməkdaşlığın sayəsində ailənin bir, yaxud bir neçə üzvü köməkçi pioner kimi xidmət edə bilər (Sül. məs. 15:22). Bu haqda Yehovaya dua et və əmin ol ki, O sənin səyinə xeyir-dua verəcək (Sül. məs. 16:3). Əgər ailəndən heç kim köməkçi pioner kimi xidmət edə bilməyəcəksə, bütün ailə xidmətdə daha fəal olmaq üçün qarşısına konkret məqsədlər qoya və pionerlərlə əməkdaşlıq edə bilər.

4. Tam iş günü işləyiriksə, köməkçi pioner kimi xidmət etmək üçün cədvəlimizdə hansı dəyişiklikləri edə bilərik?

4 Tam iş günü işləyirsənsə, yaxşı cədvəlin sayəsində köməkçi pioner kimi xidmət edə bilərsən. Ola bilsin, nahar fasiləsinin bir hissəsini xidmətə sərf edəsən. Yaxud evinin və ya iş yerinin yaxınlığında sahə götürüb işdən əvvəl, yaxud sonra bir saat təbliğ etmək olar. Cədvəlində xidmətə daha çox vaxt ayırmaq üçün bir o qədər də vacib olmayan işləri növbəti aya keçirmək, həmçinin şənbə və bazar günlərində bütün gün xidmət etmək olar. Bəziləri xidmətdə iştirak etmək üçün bir-iki günlük məzuniyyətə çıxmışlar.

5. Yaşa dolmuş, yaxud səhhəti zəif olan köməkçi pionerlərə necə kömək edə bilərsən?

5 Ola bilsin, yaşın çoxdur, səhhətin zəifdir, yaxud tez taqətdən düşürsən. Onda köməkçi pioner olmaq üçün hər gün az-az xidmət edə bilərsən. Dualarında Yehovadan «üstün qüdrət» istə (2 Kor. 4:7). Bir bacı hətta 106 yaşında köməkçi pioner kimi xidmət etmişdir! O, imanda olan qohumlarının və digər bacı-qardaşların köməyilə evdən-evə təbliğ edir, təkrar başçəkmələr edir, Müqəddəs Kitab öyrənmələrinə gedir və xidmətin digər sahələrində iştirak edirdi. Onun köməyilə on nəfər Müqəddəs Kitabı öyrənməyə başlamışdı. O demişdi: «Köməkçi pioner kimi xidmət etmək imkanım barədə fikirləşəndə mənim ürəyim Yehovaya, Onun Oğlu və sevgi dolu təşkilatına məhəbbətdən və minnətdarlıqdan coşub-daşır. Mən bütün ürəkdən “Yehova, çox sağ ol!” demək istəyirəm».

6. Vəftiz olunmuş məktəblilər köməkçi pioner kimi necə xidmət edə bilərlər?

6 Əgər məktəbdə oxuyan vəftiz olunmuş gənc məsihçisənsə, sən də köməkçi pioner ola bilərsən. Tam iş günü işləyənlər kimi, ola bilsin, sənin də, əsas etibarilə, şənbə və bazar günləri xidmət etmək imkanın olsun. Güman ki, sən bəzi günlərdə də məktəbdən sonra bir-iki saat təbliğ edə bilərsən. Bu aylarda tətilin olacaqmı? Nəyə görə bu vaxtını da xidmətə sərf etməyəsən? Əgər köməkçi pioner olmaq istəyirsənsə, valideynlərinlə söhbət et.

7. Ağsaqqallar Xatirə Gecəsi dövrü yığıncağı xidmətdə daha fəal olmağa necə təşviq edə bilərlər?

7 Həvəsləndir. Ağsaqqallar öz nümunələri ilə yığıncağı həvəsləndirə bilərlər (1 Pet. 5:2; 3). Onlar səhər tezdən, dərslərdən və ya işdən sonra xidmət etmək istəyənlərə təbliğ üçün əlavə görüşlər təşkil edə bilərlər. Xidməti nəzarətçi bu görüşləri aparmaq üçün münasib təbliğçilərin, bu aylar üçün kifayət qədər sahələrin, jurnalların və digər ədəbiyyatların olub-olmadığını yoxlamalıdır.

8. Bir yığıncağın nümunəsindən nə öyrənə bilərik?

8 Bir ağsaqqal Xatirə Gecəsinə bir neçə ay qalmış yığıncaq üzvlərini köməkçi pioner kimi xidmət etməyə təşviq etmişdi. O, neçə təbliğçinin köməkçi pioner xidmətinə başladığını hər həftə elan edirdi. Bu, təbliğdə daha fəal olmaq istəyənləri əmin etdi ki, onlara kömək edə biləcək kifayət qədər bacı-qardaşlar var. Həmçinin səhərlər və axşamlar təbliğ üçün görüşlər təşkil olunmuşdu. Nəticədə aprel ayında 53 nəfər köməkçi pioner kimi xidmət etmişdir, bu isə yığıncağın, demək olar ki, yarısını təşkil edir!

9. Nəyə görə Xatirə Gecəsi dövrü müəyyən tələblərə cavab verənlərin müjdəni bəyan etməyə başlaması üçün çox gözəl vaxtdır?

9 Başqalarına təbliğ etməyə kömək et. Müqəddəs Kitabı öyrənənlər və gənclər təbliğçi olanda təcrübəli təbliğçilərlə xidmətə gedə bilərlər. Belə bir imkan yığıncağın bir çox üzvləri Xatirə Gecəsi dövründə xidmətdə daha fəal olanda yarana bilər. Həyatını Yehovanın ədalətli normalarına uyğunlaşdırmış Müqəddəs Kitab öyrənmən, yaxud özünü yaxşı aparan və ruhani nailiyyətlər əldə etmiş, amma hələ təbliğçi olmayan uşağın varmı? Əgər onlar təbliğçi olmaq istəyirlərsə və onların müəyyən tələblərə cavab verdiyini görürsənsə, onda ağsaqqalın birinə yaxınlaş. Sədrlik edən nəzarətçi iki ağsaqqaldan xahiş edəcək ki, sizinlə görüş təşkil etsin.

10. Ağsaqqallar qeyri-fəal təbliğçilərə necə kömək edə bilərlər?

10 Qeyri-fəal təbliğçilərin yenidən xidmətə qayıtmaları üçün mart, aprel və may ayları gözəl vaxtdır. Kitaböyrənmənin nəzarətçiləri və digər ağsaqqallar belə insanlara məqsədyönlü şəkildə baş çəkməli və onları səmimiyyətlə xidmətə dəvət etməlidirlər. Əgər belə təbliğçi uzun müddətdir ki, yığıncağa gəlmir və xidmət etmirsə, iki ağsaqqal onun müəyyən tələblərə cavab verib-vermədiyini yoxlamalıdır (km 11/00 s. 2, rus.).

11. «Allahın lütfü»nün ən böyük təzahürü nədir?

11 Xatirə Gecəsinə hazırlıq. Fidiyə qurbanlığı «Allahın lütfü»nün ən böyük təzahürüdür (Həv. iş. 20:24). Bütün dünyada milyonlarla minnətdar insanlar şənbə günü, martın 22-də, gün batandan sonra İsa Məsihin ölümünün Xatirə Gecəsini qeyd edəcəklər. Biz bütün səmimi insanları Yehovanın bəşəriyyətə göstərdiyi lütfünə şəhadət edən bu mərasimə dəvət etmək və onların gəlmələrinə kömək etmək istəyirik.

12. Kimləri Xatirə Gecəsinə dəvət etməliyik?

12 Dəvət etmək istədiyin insanların siyahısını tut. Şübhəsiz, bu siyahıya qohumların, qonşuların, sinif, yaxud iş yoldaşların, digər tanışların, əvvəllər və indi Müqəddəs Kitabı öyrətdiyin və müntəzəm olaraq baş çəkdiyin insanlar da daxil olacaq. Əgər dəvət etdiyin adamın Xatirə Gecəsinə dair sualları olarsa, «Müqəddəs Kitab öyrədir» nəşrinin «Əlavələr» bölməsinin 206-208-ci səhifələrində yerləşən məlumatdan istifadə edə bilərsən. Bunun nəticəsində insanla öyrənməyə başlaya bilərsən, çünki bu sənə Müqəddəs Kitab öyrənmələri keçirdiyimiz kitabı təqdim etmək imkanını verəcək.

13. Yehova insanları Xatirə Gecəsinə dəvət edən iki təbliğçini necə xeyir-dualandırdı?

13 Bir bacı 48 ailənin siyahısını tutmuşdu. Adlarının qarşısında onları nə vaxt dəvət etdiyini qeyd etmişdi. Bu siyahıdan 26 nəfər Xatirə Gecəsinə gələndə o necə də sevinmişdi! Mağaza sahibi olan bir qardaş əvvəllər keşiş olan iş yoldaşını bu mərasimə dəvət etdi. O gəldi və sonra sevinclə dedi: «Mən bu bir saat ərzində 30 il katolik kilsəsində öyrəndiyimdən daha çox şey öyrəndim». Xatirə Gecəsindən sonra o, «Müqəddəs Kitab öyrədir» nəşri vasitəsilə Allahın Kəlamını öyrənməyə razı oldu.

14. Martın 1-də hansı ümumdünya kampaniya başlayacaq?

14 Kampaniya. Bütün dünyada martın 1-dən martın 22-dək Xatirə Gecəsinə xüsusi dəvətnamələrin paylanması üzrə kampaniya keçiriləcək. Hamı bu vacib kampaniyada bütün gücü ilə iştirak etmək istəyəcək. Yaxşı olardı ki, dəvətnamələri qapının arasına qoymaq əvəzinə, ev sakinlərinin özlərinə verək. Amma sahən böyükdürsə, ağsaqqallar qərara gələ bilərlər ki, dəvətnamələri qapıların arasında saxlamaq olar. Şənbə və bazar günlərində biz jurnalları da təklif edəcəyik.

15. Xatirə Gecəsi dəvətnamələrini necə təklif edə bilərik?

15 Dəvətnamələri paylamaq üçün vaxtımızın az olduğunu nəzərə alaraq, yaxşı olardı ki, qısa təqdimədən istifadə edək. Mehribancasına və şövqlə danış. Misal üçün, belə demək olar: «Biz sizi, ailə üzvlərinizi və dostlarınızı martın 22-də keçiriləcək vacib mərasimə dəvət etmək istəyirik. Buyurun, dəvətnaməniz. Bütün təfsilatları buradan öyrənə bilərsiz». Güman ki, həmsöhbətinin sualları yaranacaq. Yaxud, ola bilər, o, dəvətnaməni qəbul etsin və hətta Xatirə Gecəsinə gəlmək istəsin. Maraq göstərənləri qeyd et və onlara mütləq təkrar baş çək.

16. Hansı nümunə göstərir ki, sahədə Xatirə Gecəsinə dəvətnamə paylamaq olduqca vacibdir?

16 Keçən il bir əsgər qapısının arasında Xatirə Gecəsinə dəvətnamə tapdı. O bu mərasimə getmək qərarına gəldi, ancaq çavuşundan icazə almalı idi. O, dəvətnaməni çavuşuna göstərəndə, çavuş bir an sükuta getdi və dedi ki, onun valideynləri Yehovanın Şahidləridir və o da əvvəllər onlarla birlikdə görüşlərə gedirdi. Çavuş nəinki əsgərə Xatirə Gecəsinə getməyə icazə verdi, hətta özü də onunla birgə getdi!

17. Allahın lütfünü boş yerə qəbul etmədiyimizi necə göstəririk?

17 Minnətdarlıq göstər. Gəlin 2008-ci il Xatirə Gecəsi dövründə hamımız Yehovanın göstərdiyi lütfü üzərində düşünək. Pavel yazmışdı: «Biz... sizə yalvarırıq ki, Allahın lütfünü boş yerə qəbul etməyəsiniz» (2 Kor. 6:1). Allahın lütfünü qiymətləndirdiyimizi necə göstərə bilərik? Pavel davam edir: «Hər şeydə özümüzü Allahın xidmətkarları kimi təqdim edirik» (2 Kor. 6:4). Buna görə də, nümunəvi davranmaqla və müjdəni səylə təbliğ etməklə Yehovanın ənamına görə minnətdar olduğumuzu göstəririk. Xatirə Gecəsi dövründə müjdəyə şəhadət etməklə xidmətdə daha fəal olmağımıza gözəl imkan yaranacaq.

[3-cü səhifədəki çərçivə]

Kimlər köməkçi pioner kimi xidmət edə bilər?

◼ Ailələr

◼ Tam iş günü işləyənlər

◼ Yaşlılar və səhhəti zəif olanlar

◼ Məktəblilər

[4-cü səhifədəki çərçivə]

Xatirə Gecəsinə dəvətnaməni verərkən:

◼ qısa və şövqlə danış

◼ maraq göstərənləri qeyd et və təkrar baş çək

◼ həftəsonları jurnallar payla

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş