“Allahın kəlamını... tam bəyan” et
1 Hər hansı hədiyyə üçün səmimi qəlbdən minnətdar olduğun zaman, məgər bu sənin hisslərində və hərəkətlərində əks olunmurmu? Əlbəttə, olunur! Yehovanın insanlara olan mərhəmətinə görə Pavelin göstərdiyi münasibətə diqqət yetirək. O, ucadan demişdir: “Sözlə təsvir edilə bilməyən hədiyyəsi üçün Allaha şükür olsun!” Bu “hədiyyə” özünə nəyi daxil edir? “Allahın bizə göndərdiyi həddindən artıq lütfün” hamısını; Onun öz Oğlunu bizim günahlarımız üçün fidiyə kimi qurban verməsi isə bunun ən böyük təzahürüdür (2 Kor. 9:14, 15; Yəh. 3:16).
2 Pavel minnətdarlığını yalnız dildəmi bildirirdi? Əlbəttə, yox! O öz dərin minnətdarlığını əməlləri ilə də göstərirdi. Pavel həmimanlılarının ruhani rifahı üçün çox narahat olurdu və Allahın mərhəmətinin onlara da fayda gətirməsi üçün əlindən gələni etmək istəyirdi. Pavel belə adamlara yazırdı: “Bu yolla ürəkdən sizin həsrətinizi çəkən bizlər, sizə yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı da vermək istədik. Çünki siz bizim üçün çox əziz oldunuz” (1 Sal. 2:8). Yığıncağın üzvlərinin xilasa layiq səviyyədə qalmalarına kömək etməkdən əlavə, Pavel yorulmaq bilmədən xoş xəbəri təbliğ edir, quruda və dənizdə minlərlə kilometr qət edərək, “əbədi həyata meylli olanları” axtarıb tapırdı (Həv. iş. 13:48, YD). Yehovanın onun üçün etdiyi hər şeyə görə duyduğu dərin minnətdarlıq hissi, Paveli “Allahın kəlamını... tam bəyan” etməyə təşviq edirdi (Kol. 1:25, 26).
3 Məgər Yehovanın bizim üçün etdiyi işlərinə görə duyduğumuz minnətdarlıq hissi, yığıncaqda köməyə ehtiyacı olanlara ruhani cəhətdən yardım etməyə bizi də təşviq etmirmi? (Qal. 6:10). Məgər sahələrimizdə Padşahlıq haqqında xoş xəbərin təbliğində daha səmərəli iştirak etməyə təşviq olunmuruqmu? (Mat. 24:14).
4 Minnətdarlıq təzahür etdirmək imkanı. Hər il Məsihin ölümünün Xatirə Gecəsi, Yehovanın və İsanın bizim üçün etdikləri hər şeyə görə minnətdarlığımızı bildirmək üçün xüsusi imkan yaradır. Bu, sadəcə olaraq növbəti bir görüş və ya hər hansı bir hadisənin xatırlanması deyil. İsa demişdir: “Bunu Məni anmaq üçün edin” (Luka 22:19). İsa Məsihin ölümünün Xatirə Gecəsi — onun necə şəxsiyyət olduğu barədə düşünmək üçün münasib vaxtdır. Bu mərasim, onun öz sadiqliyini qoruduğuna və həyatını qurban verdiyinə görə, bu gün diri və fəaliyyət göstərən, izzətə və padşahlıq etmək səlahiyyətinə malik olan bir şəxs olduğunu e’tiraf etməyin vaxtıdır. Bu bayramı qeyd etməklə həmçinin göstəririk ki, məsihçi yığıncağının işlərini idarə edən Məsihin başçılığına tabe oluruq (Kol. 1:17–20). Allahın bütün xalqı, hörmət hissindən irəli gələrək, Məsihin ölümünün Xatirə Gecəsində iştirak etməyi özünə borc biləcəkdir. Bu mərasim 2002–ci ildə, martın 28–i cümə axşamı, gün batandan sonra keçiriləcəkdir.
5 Keçən il Xatirə Gecəsindən əvvəl göstərilən sə’ylər nəticəsində, Azərbaycanda bu mərasimə gələnlərin sayı 849 nəfər olmuşdur. Bəs gələnlərin sayı bu il nə qədər olacaq? Bu mərasimə gələnlərin sayının mümkün qədər çox olmasına kömək etmək üçün, nə dərəcədə “zəhmət çəkib”, sə’y göstərməyimizdən çox şey asılıdır (1 Tim. 4:10).
6 Biz, Rəbbin Xatirə Gecəsinə gəlməkdən əlavə, təbliğ işində daha çox iştirak edə bilərik. Şübhəsiz ki, on minlərlə bacı və qardaşlar bir ay, yaxud daha çox vaxt ərzində köməkçi pioner kimi xidmət edəcəklər. Keçən il Xatirə Gecəsi mövsümündə— martdan maya qədər Azərbaycanda 36 köməkçi pioner xidmət etmişdir. Sən işlərini elə planlaşdıra bilərsənmi ki, bu il köməkçi pioner kimi xidmət edəsən? Bu sənə, Allahın təqdim etdiyi Məsihin qurbanlığına görə səmimi qəlbdən minnətdarlığını izhar etməyə gözəl imkan yaradacaq. Növbəti hadisənin də təsdiq etdiyi kimi, sən Yehovanın xeyir–dualarına mütləq nail olacaqsan.
7 Tam iş günü işləyən bir bacı, ötən ilin mart ayında köməkçi pioner kimi etdiyi xidməti haqda yazır: “2001–ci ilin fevral ayı üçün olan “Bizim Padşahlıq Xidmətimiz” imkanı olanların hamısını yaz mövsümündə köməkçi pioner kimi xidmət etməyə təşviq edirdi. Mart ayında beş şənbə vardı, bu da mənim üçün çox əlverişli idi. Buna görə də ərizə yazmaq qərarına gəldim”. Bacı ayın əvvəlində qarşısına məqsəd qoydu ki, Müqəddəs Kitabın evdə öyrənməsini başlasın. O öz məqsədinə nail oldumu? Bəli, həmin ay xidmətinin 52–ci saatında! O, hansı nəticəyə gəldi? “Əlavə sə’y göstərdiyimiz zaman, valehedici xeyir–dualar qazanırıq”.
8 Bəs pioner kimi birlikdə xidmət edən ailə hansı faydanı əldə edir? Ötən ilin aprel ayında pioner xidmətində iştirak edən dörd nəfərdən ibarət bir ailə, həmin ayı unudulmaz vaxt hesab edir. Ana öz hissləri ilə bölüşür: “Hər günü necə də böyük sevinclə qarşılayırdıq! Xidmətimiz bizi birləşdirirdi. Hər gün nahar vaxtı xidmətimizi müzakirə etmək çox xoşumuza gəlirdi”. Oğul deyir: “Atamla iş günlərində xidmət etmək çox xoşuma gəldi, çünki o, adətən həmin günləri işləyir”. Ata əlavə edir: “Bir ailə başçısı kimi, dövrümüzün ən vacib işində birlikdə iştirak etdiyimizi dərk etməkdən məmnunluq duyuram”. Sizin ailəniz pioner xidmətində birlikdə iştirak edə bilərmi? Nəyə görə bir yerə toplaşıb, bu ilin yazında hamınızın birlikdə köməkçi pioner kimi xidmət edib–edə bilməyəcəyi haqda düşünməyəsiniz?
9 Mart ayı bizim üçün ən səmərəli ay ola bilərmi? 2000–ci ilin “Bizim Padşahlıq Xidmətimiz” vərəqəsində əvvəlcə belə bir sual qoyulmuşdu: “2000–ci ilin aprel ayı bizim üçün ən səmərəli ay ola bilərmi?” Çağırışa necə hay verildi? Çox yaxşı nəticələr əldə etdik. Həmin ay bizim ərazidə köməkçi pionerlərin sayı olduqca çox—22 nəfərə çatdı. Bundan əlavə saatların, təkrar baş çəkmələrin və Müqəddəs Kitab öyrənmələrinin sayı ən yüksək nöqtəyə çatmışdır. Həmin xüsusi ayda keçirilən coşğun ruhani fəaliyyət sayəsində hamımızın duyduğu sevinci xatırlayaq. Ötən ilin nailiyyətlərini təkrarlaya və yaxud daha da artıra biləcəyikmi? Əgər hamımız sə’y göstərsək, 2002–ci ilin mart ayı bizim üçün “ən səmərəli ay ola bilər”. Bəs nəyə görə məhz mart ayı?
10 Mart ayının xüsusilə səmərəli ay olacağına iki səbəb var. Birincisi, Xatirə Gecəsi martın sonunda keçiriləcək; buna görə ayın əvvəlində kifayət qədər imkanımız olacaq ki, bayrama mümkün qədər çox adam də’vət edək. İkincisi, bu ilin martında beş şənbə və beş bazar günü var; bunun sayəsində işləyənlərə və ya oxuyanlara köməkçi pioner normasını yerinə yetirmək asan olacaq. Bu vərəqədə çap olunmuş təqvimdən istifadə edərək, nəyə görə artıq indidən xidmət üçün real qrafik tərtib etməyəsiniz? Köməkçi pioner olmaq bir o qədər də çətin deyil. Misal üçün, hər həftənin istirahət günlərində xidmətə 8 saat ayırsan, ayın qalan günlərinə cəmi 10 saat planlaşdırmaq qalır. Beləliklə də 50 saatlıq norma yerinə yetirilmiş olacaq.
11 Ağsaqqallar “Allahın kəlamını... tam bəyan” etməkdə yığıncağın bütün üzvlərinə necə kömək edə bilərlər? Görüşlərdə etdikləri ruhlandırıcı çıxışlar və şəxsi söhbətlər vasitəsilə. Yığıncaqdakı kitaböyrənmələrin rəhbərləri təşəbbüsü öz üzərlərinə götürüb, qruplarının hər bir üzvü ilə şəxsən söhbət edərək, onlara kömək təklif edə bilərlər. Bə’zən sadəcə bir neçə ruhlandırıcı söz və ya yararlı məsləhət kifayət edir (Sül. məs. 25:11). Bir çox bacı və qardaşlar, ehtimal ki, öz qrafiklərini bir balaca dəyişməklə, köməkçi pioner kimi xidmət edə biləcəklərini görəcəklər. Yığıncaqların çoxunda, ağsaqqalların və xidməti köməkçilərin əksəriyyəti və ya hamısı, yazda həyat yoldaşları ilə birlikdə köməkçi pioner kimi xidmət edərək gözəl nümunə verirlər. Bu, bir çox təbliğçiləri onlara qoşulmağa təşviq edir. Səhhətlərinin pis olduğuna və ya başqa səbəblərə görə bə’zi təbliğçilər pioner kimi xidmət edə bilmirlər, lakin onları təşviq etmək olar ki, yığıncaqla bərabər xidmətdə əllərindən gələni etməklə öz minnətdarlıqlarını təzahür etdirsinlər.
12 Müvəffəqiyyət, ağsaqqalların hər şeyi necə planlaşdıracaqlarından asılıdır. İş günlərində təbliğ xidməti üçün görüşlər münasib vaxtda keçirilməlidir. Əgər mümkündürsə, xidməti nəzarətçi bu görüşləri keçirməyi bacarıqlı qardaşlara əvvəlcədən həvalə etməlidir. Qruplar təşkil etmək, sahələri paylamaq və dua etmək vaxtını da daxil etmək şərtilə, təbliğ üçün görüşlərin 10–15 dəqiqədən artıq keçməməsi üçün yaxşı hazırlıq tələb olunacaqdır. (2001–ci ilin sentyabr ayı üçün “Bizim Padşahlıq Xidmətimiz”də “Suallar qutusu”na bax, rus.) Mart ayı üçün olan fəaliyyət proqramını yığıncağa aydın şəkildə izah etmək, sonra isə e’lanlar lövhəsinə vurmaq lazımdır.
13 Əldə kifayət qədər təbliğ sahələri olmalıdır. Xidməti nəzarətçi sahələrə cavabdeh olan qardaşla görüşməli və tədbir görməlidir ki, bir o qədər də tez–tez təbliğ olunmayan sahələr işlənsin. Evdən–evə təbliğ etməyə, evdə olmayanlara yenidən baş çəkməyə, qruplarla xidmətə və axşam vaxtları şəhadət etməyə xüsusi əhəmiyyət verilməlidir.
14 Yenidən xidmətə başlamaqda onlara kömək et. Sizin yığıncağın ərazisində uzun müddət ərzində xoş xəbərin fəal olmayan təbliğçiləri varmı? Onlar hələ də yığıncağın bir hissəsidirlər və köməyə ehtiyac duyurlar (Məz. 119:176). Köhnə dünyanın sonunun yaxınlaşdığını və yeni dünyanın artıq astanada olduğunu nəzərə alaraq, var gücümüzlə qeyri–fəal olanlara kömək etməyə çalışmalıyıq (Rom. 13:11, 12). Son beş il ərzində Azərbaycanda hər il bir çoxları kömək qəbul etmiş və öz xidmətlərini bərpa etmişlər. Bəs yerdə qalan bir çox insanlara başlanğıcda olan məhəbbətlərini yenidən alovlandırmağa və əminliklərini möhkəmləndirməyə necə kömək etmək olar? (İbr. 3:12–14).
15 Ağsaqqallar şurası, son bir neçə il ərzində qeyri–fəal olan kəslərə necə kömək edəcəkləri barədə düşünməlidirlər (Mat. 18:12–14). Katib “təbliğçilərin hesabatları üçün yığıncağın kartoçkaları”nı yoxlayacaq və bütün qeyri–fəal təbliğçiləri qeyd edəcəkdir. Ağsaqqal ziyarəti zamanı, kömək göstərmək üçün xüsusi sə’y tələb olunur. Ağsaqqal yaxından tanış olduğu adama baş çəkə bilər və yaxud başqa təbliğçiləri köməyə çağıra bilər. Ola bilsin, onlar həmin adamla əvvəllər Müqəddəs Kitab öyrənməsi keçirmişlər, indi isə ona lazımi köməklik göstərməyə şad olacaqlar. Ümidvarıq ki, qeyri–fəal olanların əksəriyyəti yenidən Allahın Kəlamını təbliğ etməyə təşviq olunacaqlar. Əgər onlar yararlıdırlarsa, onda xidmətlərini yenidən bərpa etməyin ən yaxşı vaxtı — Xatirə Gecəsi keçirilən aydır. (Əlavə mə’lumatı 2000–ci ilin noyabr ayı üçün olan “Bizim Padşahlıq Xidmətimiz”də “Suallar qutusu”ndan ala bilərsən, rus.).
16 Daha kimlər təbliğ işinə başlaya bilər? Yehova “bütün millətlərin dəyərli şeyləri”ni toplayaraq, öz xidmətçilərinə xeyir–dua verməyə davam edir (Haq. 2:7). Hər il minlərlə adamlar vəftiz olunmamış təbliğçi olurlar. Onlar kimlərdir? Yehovanın Şahidlərinin övladları və Müqəddəs Kitabın öyrənilməsində artıq müəyyən nailiyyətlər əldə edən kəslər. Onların xoş xəbərin təbliğçiləri olmağa yararlı olub–olmadıqlarını necə müəyyən etmək olar?
17 Yehovanın Şahidlərinin övladları. Bir çox uşaqlar, hələ vəftiz olunmamış təbliğçi olsalar da, evdən–evə təbliğ etməkdə valideynlərini illərlə müşayət edirlər. Mart ayı, təbliğçi olmaq üçün əlverişli aydır. Övladınızın buna hazır olub–olmadığını necə müəyyən etmək olar? “Xidmətimizi yerinə yetirmək üçün təşkil olunmuşuq” (rus.) kitabının 100–cü səhifəsində deyilir ki, uşaq “nümunəvi hərəkət tərzinə malik olduğu, başqaları ilə xoş xəbər haqqında söhbət edərkən e’tiqadını şəxsən ifadə edə bildiyi və bunu öz arzusu ilə etdiyi” halda bu addımı atmağa hazırdır. Əgər sənin zənnincə uşaq bu tələblərə müvafiqdirsə, yığıncağın xidməti komitəsinin üzvü olan ağsaqqallardan biri ilə söhbət et.
18 Müqəddəs Kitabı öyrənənlər. Müəyyən müddət ərzində Müqəddəs Kitabı öyrənən və görüşlərə gələn insan, yəqin ki, Padşahlığın təbliğçisi olmaq istəyir. Əgər sən belə bir şəxslə öyrənmə keçirirsənsə, növbəti sualların üzərində düşün: O, yaşına və qabiliyyətlərinə müvafiq nailiyyətlər edirmi? Öz e’tiqadını başqaları ilə bölüşməyə başlayıbmı? “Yeni mənlik” geyinirmi? (Kol. 3:10). “Xidmətimiz” kitabının 98–100–cü səhifələrində yazılan vəftiz olunmamış təbliğçilər üçün tələblərə müvafiqdirmi? Əgər hər şey qaydasındadırsa, onda bu haqda yığıncağın xidməti komitəsinin üzvü olan ağsaqqallardan birinə bildir ki, səninlə və öyrəndiyin adamla iki ağsaqqalın görüşünü təşkil etsinlər. Əgər yararlı olarsa, ağsaqqallar ona bildirəcəklər ki, o, həmin gündən e’tibarən rəsmi olaraq təbliğ xidmətində iştirak edə bilər.
19 Aprel və may üçün planlar. Biz, aprel və may aylarında da sə’ylə təbliğ edəcəyik. Martda köməkçi pioner kimi xidmət edənlərin çoxu, yəqin ki, xidmətin bu növünə apreldə və (yaxud) mayda da davam edə biləcəklər. Aprel və may aylarında “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının paylanmasına xüsusi diqqət yetirəcəyik. Bu jurnallar öz oxucularının həyatına necə də faydalı tə’sir bağışlayır! Onlar Padşahlıq haqqında xoş xəbərin bütün dünyada sür’ətlə yayılmasında vacib rol oynamışlar. Aprel və may aylarında bu jurnalları mümkün qədər çox insanlara təklif etmək üçün var qüvvəmizlə çalışacağıq. Bu işdə fəal iştirak etməyi artıq indidən planlaşdır.
20 Bu cür qızğın təbliğ fəaliyyəti planlaşdırıldığı üçün, yığıncaq vasitəsilə aldığın jurnalların sayını artırmaq lazım gəlmirmi? Xidmət ili ərzində, biz “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını şənbə günlərində — jurnallarla xidmət günlərində təklif edirik. Bir halda ki, çoxları köməkçi pioner kimi xidmət edəcək və bütöv iki ay ərzində hamımız jurnallar paylaycağıq, ehtimal ki, jurnal sifarişlərimizi artırmaq tələb olunacaqdır. Belə isə, jurnallar üçün cavabdeh olan qardaşa xəbər ver. Ədəbiyyat üçün cavabdeh olan qardaşa gəldikdə isə, o nəzarət etməlidir ki, yığıncaqda kifayət qədər “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” traktatı olsun.
21 “Bizim Padşahlıq Xidmətimiz”dəki “Jurnalları necə təklif etmək olar?” rubrikasına dair çoxları rə’ylərini minnətdarlıqla söyləmişlər. Təklif olunan jurnal təqdimələrini əzbərləyərək, bu materialdan sən də istifadə edirsənmi? Müqəddəs Kitabın həftəlik ailəvi öyrənməsinin bir hissəsini nəyə görə bu təqdimələri məşq etmək üçün ayırmayasınız?
22 Bütün qüvvəni sərf et. Gəlin, var gücümüzlə, Xatirə Gecəsi keçiriləcək bu mövsüm üçün planlaşdırılmış ruhani işlərdə iştirak etmək əhval–ruhiyyəsində olaq; beləliklə biz, həvari Pavel kimi, Yehovaya onun “təsvir edilə bilməyən hədiyyəsi”ni nə dərəcədə qiymətləndirdiyimizi göstərəcəyik. Gəlin, 1) 2002–ci il, martın 28–də, cümə axşamında keçiriləcək, ilin ən vacib hadisəsində — Rəbbin Xatirə Gecəsinin bayram edilməsində iştirak edək; 2) qeyri–fəal olanlara başlanğıcda olan “ilk məhəbbət”lərini yenidən alovlandırmağa kömək edək (Vəhy 2:4; Rom. 12:11); 3) vəftiz olunmamış təbliğçi olmağa hazır olan övladlarımıza və Müqəddəs Kitabı öyrətdiyimiz insanlara dayaq olaq və 4) ehtimal ki, mart və sonrakı aylarda da təbliğ fəaliyyətində tam iştirak edərək köməkçi pioner kimi xidmət edək (2 Tim. 4:5).
23 Ürəkdən dua edirik ki, bu yaz ayı, Padşahlıq haqqındakı xoş xəbəri hamımız var qüvvəmizlə təbliğ edərək, Yehovanın bizim üçün etdiyi işlərinə görə dərin minnətdarlığımızı bildirək.
[6 səhifədəki çərçivə]
Mart üçün xidmət qrafikim.
Bazar er. Çərşənbə axş. Çərşənbə Cümə axş. Cümə Şənbə Bazar günü
1 2
Jurnallarla xidmət günü
3 4 5 6 7 8 9
Jurnallarla xidmət günü
10 11 12 13 14 15 16
Jurnallarla xidmət günü
17 18 19 20 21 22 23
Jurnallarla xidmət günü
24 25 26 27 28 29 30
XATİRƏ Jurnallarla xidmət günü
GECƏSİ GÜN
31 BATANDAN SONRA
Sən 50 saatı elə bölüşdürə bilərsənmi ki, mart ayında köməkçi pioner kimi xidmət edəsən?