Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/03 s. 3—4
  • Təbliğ edib əsaslı surətdə şahidlik edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ edib əsaslı surətdə şahidlik edin
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Yehovanın fəzilətlərini e’lan edin
    Müqəddəs ibadətimiz 2007
  • Yeni xidmət ili üçün dəyərli məqsəd
    Müqəddəs ibadətimiz 2007
  • Köməkçi pioner kimi xidmət edəcəksənmi?
    Müqəddəs ibadətimiz 2013
  • “Allahın kəlamını... tam bəyan” et
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 2/03 s. 3—4

Təbliğ edib əsaslı surətdə şahidlik edin

1 “Rəis və əmir” olan İsa davamçılarını geniş təbliğ işinə hazırladı (İş. 55:4; Luka 10:1-12; Həv. iş. 1:8). Həvari Pavel İsanın tapşırığını bu sözlərlə təsvir etdi: “Dirilərin və ölülərin Allah tərəfindən tə’yin olunan Hakimi Odur”,— deyə xalqa təbliğ edib [“əsaslı surətdə”, YD] şahidlik etməyi bizə əmr etdi” (Həv. iş. 10:42). Əsaslı surətdə şahidlik etmək özünə nəyi daxil edir?

2 Həvari Pavelin necə şahidlik etdiyini nəzərdən keçirək. Efesdəki yığıncağın ağsaqqalları ilə görüşərkən Pavel onlara xatırlatdı: “Sizə faydalı olan heç bir seyi bəyan etməkdən, istər açıqca, istərsə də evdən-evə sizə tə’lim etməkdən çəkinmədim. Allaha tövbə və Rəbbimiz İsa Məsihə iman etməyi yəhudilərə və yunanlara ciddi tapşırdım [“əsaslı surətdə sahidlik etdim”, YD]”. Çətinliklərinə baxmayaraq, Pavel xoş xəbəri bütün insanlara çatdırmaq arzusunda idi. Başqalarını öyrədərkən yalnız həqiqətin əsaslarını öyrətməklə kifayətlənmirdi, amma onlara “Allahın bütün iradəsini” çatdırmağa çalışırdı. Bunun üçün fədakarlıq etməyə, vaxtını və qüvvəsini əsirgəməməyə hazır idi. O davam edir: “Mən öz həyatıma qiymət və əhəmiyyət vermirəm. Yetər ki, dövrümü sevinclə bitirim və Rəbb İsadan aldığım vəzifəni, yə’ni Allahın lütfü haqqındakı Müjdəyə [“əsaslı surətdə”, YD] şəhadət etməyi tamamlayam” (Həv. iş. 20:20, 21, 24, 27).

3 Biz Pavelin nümunəsini necə təqlid edə bilərik? (1 Kor. 11:1). Çətinliklərə baxmayaraq, bütün millətlərdən olan insanlara şahidlik etməyə çalışaraq və onlarda yaranan marağı sə’ylə artıraraq ləyaqətli olanları axtarmaqla (Mat. 10:12, 13). Bunun üçün vaxt, sə’y və insanlara qarşı məhəbbət tələb olunur.

4 Köməkçi pioner kimi xidmət edə bilərsənmi? Mart və aprel aylarında köməkçi pioner kimi xidmət edərək, əsaslı surətdə şəhadət etmək üçün gözəl imkanımız var. Ötən il bir çox təbliğçilərin köməkçi pioner kimi xidmət edərək, xüsusi sə’y göstərdiklərini görmək necə də xoş idi!

5 Səksən yaşlı bir bacını pioner kimi xidmət etmək çağırışı o qədər ruhlandırmışdı ki, o, sağlamlığı ilə bağlı problemlərə baxmayaraq, fəaliyyət göstərmək qərarına gəlmişdir. O yazırdı: “Köməkçi pioner kimi xidmət etmək arzusu məni heç zaman tərk etmirdi. Qərara gəldim ki, xidmətin bu növündə mütləq bir daha iştirak edəcəyəm!” O, mart ayında köməkçi pioner xidməti götürmək qərarına gəldi. Həmin bacı yazır: “Gördüyüm birinci iş, ‘oturub məsrəfləri hesablamaq’ oldu. Qərarım barədə qızıma söylədim, çünki onun yardımına ehtiyacım vardı. Onun da köməkçi pioner olması mənim üçün gözlənilməz oldu. Həmin ay ərzində yaşlı bacı xidmətə 52 saat vaxt sərf etdi. “Çox vaxt mənə elə gəlirdi ki, artıq tab gətirə bilməyəcəyəm, lakin Yehovaya dua edirdim və O, hər dəfə mənə dəstək olurdu. Xidmətdə əsl sevinc və məmnunluq hissi duyurdum, həmçinin kömək etdiyinə görə Yehovaya da dəfələrlə minnətdarlıq edirdim. Yenə də köməkçi pioner kimi xidmət etmək istəyərdim”. Ehtimal ki, bu bacının gözəl nümunəsi, səhhəti ilə əlaqədar müxtəlif çətinliklərlə qarşılaşan, lakin bütün ürəyi ilə köməkçi pioner kimi xidmət etmək istəyən hər bir kəsi hərəkətə təşviq edəcəkdir.

6 Bir qardaş gözlənilmədən iş yerini itirdi. Fürsətdən istifadə edərək köməkçi pioner xidmətinə başladı. Ay ərzində onun təbliğ etmək arzusu daha da artdı və ayın axırında yeni Müqəddəs Kitab öyrənməsi başladı. Qardaş xatırlayır: “Bu necə də unudulmaz ay idi!” O, Yehovaya rəhbərlik verdiyinə və kömək etdiyinə görə, necə də minnətdar idi! Bəli, qardaşın təzahür etdirdiyi sə’yi görüb Yehova onun üzərinə bol xeyir-dualar tökdü və bu cür xeyir-duaları sənə də verəcəkdir (Mal. 3:10).

7 Köməkçi pioner kimi xidmət etmək çoxları üçün asan olmur. Bununla yanaşı, ailə ilə bağlı və digər məs’uliyyətlərə, şəxsi çətinliklərə baxmayaraq, bir çox bacı-qardaşlar bunu edə bilmişlər. Əsaslı surətdə şahidlik etmək üçün, öz vaxtımızı və qüvvəmizi qurban verməliyik, lakin bu, müqayisəolunmaz xeyir-dualar gətirir (Sül. məs. 10:22).

8 Mart və aprel ayları, köməkçi pioner kimi xidmət etmək üçün gözəl imkandır. Mart ayında beş şənbə və beş bazar günü var. Bundan istifadə edərək və axşam vaxtı təbliğə çıxaraq, hətta tam iş günü çalışan bacı-qardaşlar da köməkçi pioner kimi xidmət edə bilərlər. Bu məqaləyə daxil edilmiş köməkçi pioner xidməti qrafikinə nəzər salaraq, mart və aprel aylarında xidmətini elə planlaşdıra bilərsənmi ki, 50 saatlıq normanı yerinə yetirəsən? Tərtib etdiyin qrafiki başqaları ilə müzakirə et, şübhəsiz ki, bu, başqalarını da xidmətdə sənə qoşulmağa təşviq edəcək. Əgər köməkçi pioner kimi xidmət edə bilmirsənsə, həmin ay qarşına xüsusi məqsədlər qoy və onlara nail olmağa çalış, həmçinin pioner xidmətində çalışanlara dəstək ol. İşlərini elə planlaşdır ki, mart və aprel aylarında xidmətini genişləndirəsən.

9 Xatirə Gecəsinə görə minnətdarlığını təzahür etdir. Hər il yaz vaxtı minlərlə insanlar Məsihin fidiyə qurbanlığına görə minnətdarlıqlarını bildirmək arzusunda olaraq, ‘vaxtı satın alırlar’ ki, köməkçi pioner kimi xidmət etsinlər (Efes. 5:15, 16, YD). Ötən xidmət ilində Azərbaycanda mart ayında 33, aprel ayında isə 16 təbliğçi köməkçi pioner kimi xidmət etmişdir. Bu, orta hesabla 24 pioner təşkil edir. Bu sayı, həmin xidmət ilinin əvvəlki aylarında köməkçi pioner kimi xidmət edənlərin orta hesabını təşkil edən 9 pioner ilə müqayisə et. Xatirə Gecəsi ərəfəsində xidmətini genişləndirərək, Məsihin fidiyə qurbanlığına görə səmimi minnətdarlığını təzahür etdirməyə gözəl imkanın var.

10 Aprel ayının 16-ı ya­xınlaşdığı üçün, Xatirə Gecəsinin sənin üçün hansı mə’nanı kəsb etdiyini düşün. Məsihin ölümünə səbəb olan hadisələri və ölümündən qabaq onun əqlini, həmçinin ürəyini üzən fikirləri yadına sal. Həmçinin İsanı gözləyən sevinc barədə, bu sevincin ona bütün işgəncələrə tab gətirməkdə necə kömək etdiyi barədə düşün. Onun məsihçi yığıncağının başı kimi daşıdığı vəzifə barədə və təbliğ işində, həmçinin şagirdlərin hazırlanmasında göstərdiyi rəhbərlik barədə düşün (1 Kor. 11:3; İbr. 12:2; Vəhy 14:14-16). Sonra isə, imkanlarının yol verdiyi qədər fəal xidmət etməklə, Məsihin bizim üçün etdiklərinə görə minnətdarlığını təzahür etdir.

11 Başqalarını əsaslı surətdə şahidlik etməyə ruhlandır. Köməkçi pioner kimi xidmət edən ağsaqqal və xidməti köməkçilərin, başqalarını ruhlandırmaq üçün daha çox imkanları yaranacaq. Təbliğçilərlə əməkdaşlıq edərək və çobanlıq ziyarətləri edərək, onlar bu xüsusi fəaliyyət növündə tam iştirak etməkdə başqalarına şəxsən köməklik göstərə bilərlər. Gəlin, hamımızın mart və aprel aylarında birlikdə əsaslı surətdə şahidlik edə bilməsi üçün dua edək!

12 Mart və aprel aylarında yığıncağın təbliğ fəaliyyətində bütün ağsaqqal və xidməti köməkçilər iştirak etsələr də, bu işlə xüsusilə xidməti nəzarətçi fəal məşğul olacaqdır. O, təbliğ xidməti görüşlərinin keçirilməsini təşkil etməlidir. Həm də elə etməlidir ki, bu görüşlərin keçirildiyi yer və vaxt təbliğçilərin çoxu üçün münasib olsun. Xidməti nəzarətçi həmçinin qayğı göstərməlidir ki, bu görüşlər barədə müntəzəm olaraq e’lanlar edilsin. Elə etmək olar ki, görüşlər günün müxtəlif vaxtlarında keçirilsin, belə olan halda yığıncağın üzvləri xidmətin müxtəlif növlərində iştirak edə bilərlər. Buraya işgüzar ərazidə, küçədə, evdən-evə xidmət, təkrar başçəkmələr və telefon vasitəsilə şahidlik daxil edilə bilər. Bundan əlavə, xidməti nəzarətçi qayğı göstərməlidir ki, bu aylar ərzində yığıncaqda jurnallar və digər ədəbiyyat, həmçinin kifayət qədər ərazilər olsun.

13 Müqəddəs öyrənməsi başlamaq məqsədi ilə mart ayında “Bilik” kitabını təqdim edəcəyik. “Bilik” kitabı üçün yaxşı təqdimələr, “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il yanvar sayının əlavə vərəqəsində dərc olunmuşdur. Aprel ayında “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını təqdim edəcəyik. “Jurnalları necə təklif etmək olar?” rubrikasındakı təqdimələri tətbiq etməyə cəhd göstər. Əsaslı surətdə şahidlik etmək üçün hamı yaxşı hazırlaşmalıdır.

14 Necə də xoşbəxtik ki, yığıncağın başı olan İsa Məsihin rəhbərliyi altında çalışmaq və başqaları ilə xoş xəbəri bölüşmək imkanımız var! İndi isə, gəlin, Məsihin xoş xəbəri təbliğ etmək tapşırığını mart və aprel aylarında daha sə’ylə yerinə yetirməyə və bu haqda əsaslı surətdə şahidlik etməyə çalışaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş