Yehovanın valehedici işləri haqqında bəyan edin!
1. Yehovanın valehedici işlərindən hansını xüsusilə qiymətləndirirsən?
1 Böyük Allahımız Yehova ilə heç kim müqayisə oluna bilməz! Davud yazırdı: “Ya Rəbb Allahım, yaratdığın xariqələr [“valehedici işlər”, YD] və bizim üçün düşüncələrin çoxdur; Sənə bənzəyən yoxdur” (Məz. 40:5). Yehovanın valehedici işlərinə Kainatın yaradılması, Xilaskar Padşahlığın tə’sis edilməsi, Öz xalqına qayğı göstərməsi və ümumdünya təbliğ işi daxildir (Məz. 17:7, 8; 139:14; Dan. 2:44; Mat. 24:14). Yehovaya olan məhəbbət və etdikləri bütün işlərə görə ehtiram bizi Onun haqqında başqalarına danışmağa təşviq edir (Məz. 145:5-7). Mart, aprel və may aylarında bunu etmək üçün daha çox imkanımız olacaq.
2. Köməkçi pioner kimi xidmət etmək şəxsən bizə hansı faydanı gətirə bilər?
2 Köməkçi pioner xidməti zamanı. Öz vaxtını elə planlaşdıra bilərsənmi ki, mart, aprel və may aylarında 50 saat təbliğ edəsən? Vərdiş etdiyin qrafikdə edəcəyin hər bir dəyişiklik, şübhəsiz ki, əhəmiyyətlidir (Efes. 5:16). Bir çoxları fikir vermişlər ki, köməkçi pioner kimi xidmət edən müddətdə xidmətlərinin keyfiyyətini yaxşılaşdıra bilmişlər. Onlar əminliklə təbliğ etməyə və Müqəddəs Kitabı daha yaxşı istifadə etməyə başlamışlar. Çox təbliğ etmələri sayəsində, göstərilən marağı inkişaf etdirmək onlara daha asan olub. Əvvəllər Müqəddəs Kitab öyrənməsi olmayanlar, köməkçi pioner kimi xidmət etdikləri zaman buna müvəffəq olmuşlar. Pioner başqalarına daha çox diqqət ayırdığı və qüvvə sərf etdiyi üçün, bu xidmət ona həqiqi sevinc gətirir (Həv. iş. 20:35).
3. Çətin şəraitlərdə olmalarına baxmayaraq, bə’zi təbliğçilər köməkçi pioner kimi xidmət etməyə necə müyəssər olmuşlar?
3 Sənin şəraitinin buna yol vermədiyini düşünməyə tələsmə. Bir ağsaqqal, iki uşağı olmasına və tam iş günü işləməsinə baxmayaraq, ötən il köməkçi pioner kimi xidmət etmişdir. Bu qədər məşğul olan qardaş buna necə müyəssər ola bilmişdir? Həftə ərzində işlədiyi üçün, o, əsas e’tibarilə istirahət günləri təbliğ edirdi. O, xidmətinə şənbə günü səhər saat 7-də küçədə başlayırdı. Onun yığıncağından eyni şəraitdə olanların bə’ziləri də köməkçi pioner kimi xidmət edərək bir-birlərinə kömək etməyə və ruhlandırmağa çalışırdılar. Başqa bir yığıncaqdan olan 99 yaşlı bir bacı qızı ilə birlikdə may ayında köməkçi pioner xidmətində iştirak etmək qərarına gəlmişdir. Yığıncağın digər təbliğçiləri həmin yaşlı bacını əlil arabasında gəzdirərək, evdən-evə təbliğ etməkdə və Müqəddəs Kitab öyrənməsi keçirməkdə ona kömək edirdilər. O, həmçinin telefonla, küçədə və məktub vasitəsilə də təbliğ edirdi. Bu bacı əmindir ki, köməkçi pioner xidmətini yalnız Yehovanın köməyi sayəsində edə bilmişdir (İş. 40:29-31).
4. Köməkçi pioner xidmət kimi etmək üçün qrafik tərtib edərkən hansı amilləri nəzərə almaq olar?
4 Sənin şəraitinə daha uyğun gələn qrafik tərtib etməyə çalış. Bu məqalədə verilən qrafiklər sənə kömək ola bilər. Sən bütün günü işləyir və ya məktəbdə oxuyursan? Onda yəqin ki, sənin üçün daha çox istirahət günləri təbliğ edə biləcəyin qrafik əlverişli olacaqdır. Əgər sağlamlığın bütün günü təbliğ etməyə yol vermirsə və ya bir o qədər taqətin yoxdursa, onda sənin üçün ən münasib qrafik az-az, ancaq hər gün təbliğ etmək imkanı verən qrafik olacaqdır. Köməkçi pioner kimi xidmət etmək istədiyin haqda başqalarına danış. Ehtimal ki, bu işdə onlar da sənə qoşulmaq istəyəcəklər.
5. Mart, aprel və may aylarında gənclər qarşılarına hansı məqsədləri qoya bilərlər?
5 Yehovanın valehedici işlərini bəyan etmək işində gənclərin iştirakı. Yehovanın valehedici işləri haqqında başqalarına danışan gənclər Ona məqbuldur (Məz. 71:17; Mat. 21:16). Əgər sən vəftiz olunmuş gənc təbliğçisənsə, ehtimal ki, tə’tillərin olan aylarda köməkçi pioner kimi xidmət edə bilərsən. Əgər xidmətin bu növündə iştirak edə bilmirsənsə, onda sən həmin aylar ərzində qarşına xüsusi məqsədlər qoya bilərsənmi? Misal üçün, əgər sən artıq valideynlərinlə xidmətə getmisənsə, ancaq hələ təbliğçi deyilsənsə, indi bunun üçün münasib məqam deyilmi? Elə düşünmə ki, bunun üçün sən Müqəddəs Kitaba əsaslanan bütün sualların cavablarını bilməli və ya vəftiz olunmuş böyüklər qədər biliyə sahib olmalısan. Sən Müqəddəs Kitabın əsas tə’limlərini başa düşürsənmi? Müqəddəs Kitabın yüksək əxlaq normalarına riayət edirsənmi? Yehovanın Şahidi olmaq istəyirsənmi? Onda bu haqda valideynlərinlə söhbət et. Onlar səninlə birlikdə ağsaqqallarla görüşəcək və ağsaqqallar sənin lazımi tələblərə cavab verib-vermədiyini müəyyən edəcəklər. (“Xidmətimiz” kitabının 98-ci və 99-cu səhifələrinə bax.)
6. Biz Müqəddəs Kitabı öyrənənlərin xoş xəbərin təbliğçisi olmalarına necə kömək edə bilərik?
6 Təbliğ etməkdə başqalarına kömək et. Ola bilsin ki, Müqəddəs Kitabı öyrənənlərdən kim isə artıq tələblərə müvafiqdir və xüsusi fəaliyyət göstərilən aylarda bizə qoşulmağa hazırdır. Əgər sənin Müqəddəs Kitabı öyrətdiyin insanla da vəziyyət belədirsə, öz kitaböyrənmənin nəzarətçisinə və ya yığıncağın xidməti nəzarətçisinə müraciət et. Onlardan biri öyrənən insanın ruhani inkişafına qiymət vermək üçün səninlə həmin Müqəddəs Kitab öyrənməsinə gedə bilər. Əgər maraqlanan doğrudan da yaxşı addımlar atırsa və təbliğçi olmaq istəyirsə, onda sədrlik edən nəzarətçi qayğı göstərə bilər ki, iki nəfər ağsaqqal sizinlə görüşsün. (“Gözətçi Qülləsi”nin 1989-cu il 15 sentyabr sayının 13, 14-cü səhifələrinə bax, rus.) Əgər öyrənən adam təbliğçi olmaq üçün tələblərə cavab verirsə, dərhal ona təbliğ etməyi öyrətməyə başla.
7. Qeyri-fəal və qeyri-müntəzəm təbliğçilərə necə kömək etmək olar?
7 Kitaböyrənmə nəzarətçilərinin qruplarındakı qeyri-fəal və ya qeyri-müntəzəm təbliğçilərə xüsusi diqqət yetirmələri gərəkdir. Misal üçün, onları təbliğə də’vət edə bilərlər. Əgər onlar artıq uzun müddət ərzində qeyri-fəaldırlarsa, yaxşı olar ki, tələblərə müvafiq olub-olmadıqlarını bilmək üçün onlarla qabaqcadan iki ağsaqqal söhbət etsin. (“Bizim Padşahlıq Xidmətimiz” 2000-ci il noyabr sayının “Suallar qutusu”na bax, rus.) Ola bilsin, xüsusi fəaliyyət göstərilən bu aylarda yığıncağın sə’yi onları müntəzəm surətdə təbliğ xidmətinə başlamağa təşviq edəcək.
8, 9. Təbliğçilərdə pioner xidmətinə həvəs oyatmaq üçün ağsaqqallar nə edə bilərlər?
8 Geniş fəaliyyətə başlamaq üçün indidən hazırlaş. Ağsaqqallar, təbliğçilərdə köməkçi pioner xidmətinə həvəs oyatmağa artıq indidən başlayın. Pioner xidməti haqqında müsbət danışmağınız və bu sahədə yaxşı nümunə verməniz sayəsində siz çox şey edə bilərsiniz (1 Pet. 5:3). Bundan əvvəl sizin yığıncaqda köməkçi pionerlərin ən yüksək sayı nə qədər olmuşdur? Bu il həmin sayı artırmaq mümkündürmü? Kitaböyrənmə nəzarətçiləri və onların köməkçiləri çalışmalıdırlar ki, qrupda olanların hamısını xidmətlərini genişləndirməyə təşviq etsinlər. Xidməti nəzarətçilər təbliğ xidməti üçün əlavə görüşlər təşkil edə bilərlər. Planlaşdırılan tədbirlər haqqında yığıncaqda qabaqcadan e’lan edin. Təbliğ görüşlərini keçirmək üçün təcrübəli təbliğçilər tə’yin etmək lazımdır. Görüşlərin vaxtında başlanması və qurtarması zəruridir. (“Bizim Padşahlıq Xidmətimiz”in 2001-ci il sentyabr sayının “Suallar qutusu”na bax.) Həmçinin xidməti nəzarətçi qayğı göstərməlidir ki, kifayət qədər təbliğ sahələri, jurnal və ədəbiyyat olsun.
9 Ötən il yığıncaqların birində ağsaqqallar təbliğçiləri fəal surətdə köməkçi pioner xidmətinə qabaqcadan təşviq etməyə başlamışlar və bir neçə ağsaqqalların özləri də ərizə vermişlər. Qardaşlar təbliğ xidməti üçün əlavə görüşlər təşkil etmişlər. Onlar görüşün birini küçədə xidmət etmək üçün səhər 5.30-da, digərini məktəbdən qayıdanlar üçün saat 15.00-da, üçüncüsünü isə işdən qayıdanlar üçün saat 18.00-da təşkil etmişlər. Bundan başqa şənbə günləri əlavə üç təbliğ görüşü də təşkil olunmuşdur. Nəticədə aprel ayında daha 66 təbliğçi köməkçi pioner xidmətinə başlamışdır!
10. Ailələr xidmətlərini genişləndirmək üçün hansı hazırlıqlıqları görə bilərlər?
10 Nəyə görə növbəti ailəvi öyrənmə zamanı qarşıdan gələn aylar üçün məqsədlərinizi müzakirə etməyə vaxt ayırmayasınız? Hər şeyi yaxşı planlaşdırsanız və bir-birinizə kömək etsəniz, ehtimal ki, ailə üzvlərinin bə’ziləri, yaxud hamısı köməkçi pioner ola bilərlər. Əgər bu mümkün deyilsə, adətən təbliğ etdiyinizdən artıq təbliğ etməklə və ya təbliğə daha tez-tez çıxmaqla xidmətinizi genişləndirməyi qarşınıza məqsəd qoyun. Bütün ailə üzvləri ilə birlikdə bu haqda dua etmək olar. Əmin olun ki, Yehova sizin əməyinizə xeyir-dua verəcəkdir! (1 Yəh. 3:22).
11. a) İsa Məsihin qurbanlığı sayəsində nə mümkün oldu? b) Sizin ərazidə Xatirə Gecəsi harada və nə vaxt keçiriləcək?
11 Allahın işlərindən ən valehedicisi. Yehovanın bizə qarşı olan məhəbbətinin ən böyük təzahürü bizim uğrumuzda Öz Oğlunu qurban verməsidir (1 Yəh. 4:9, 10). Məsihin qurbanlığı bəşəriyyətin günahdan və ölümdən azad olması üçün qanuni əsas təqdim edir (Rom. 3:23, 24). İsanın tökülən qanı əsasında yeni əhd qüvvəyə mindi və qeyri-kamil insanlar Allahın oğulları olmaq və səmavi Padşahlıqda hökmranlıq etmək imkanına malik oldular (Yer. 31:31-34; Mark 14:24). Lakin ən zərurisi odur ki, İsanın mükəmməl itaətkarlığı Yehovanın adının təqdis edilməsinə xidmət etmişdir (Təs. 32:4; Sül. məs. 27:11). İsa Məsihin ölümünün Xatirə Gecəsi bütün dünyada aprelin 4-də, bazar günü günəşin batmasından sonra qeyd olunacaq.
12. Xatirə Gecəsində olmaq maraqlananlar üçün nəyə görə çox vacibdir?
12 Xatirə Gecəsinin qeyd olunması bizə Yehovanın valehedici işlərini yüksəltməyə imkan verir. Xatirə Gecəsində söyləniləcək mə’ruzə kömək edəcək ki, fidiyə qurbanlığını təqdim etməklə, Yehovanın bizim üçün etdiklərinə görə öz minnətdarlığımızı daha da artıraq. Bu bayrama gələnlər Allahın başqa valehedici işlərini də görə biləcəklər. Misal üçün, onlar Yehovanın Öz xalqına öyrətdiyi birliyi və məhəbbəti görəcəklər (Yaq. 3:17, 18; Efes. 4:16, 22-24). Bu vacib mərasimə gələnlərə böyük tə’sir bağışlayır, buna görə də gələnlərin sayının mümkün qədər çox olması daha yaxşıdır (2 Kor. 5:14, 15).
13, 14. Biz Xatirə Gecəsinə kimləri və necə də’vət etməliyik?
13 Xatirə Gecəsinə də’vət et. Də’vət edəcəyin adamların siyahısını tutmağa indidən hazırlaş. Bu siyahıya imanına şərik olmayan qohumlarını, qonşularını, iş yerindəki və ya məktəbdəki tanışlarını, Müqəddəs Kitabı əvvəllər və ya indi öyrətdiyin və təkrar baş çəkdiyin adamların hamısını daxil et. Kitaböyrənmələrin nəzarətçiləri siyahıya qeyri-fəal təbliğçiləri salmalıdırlar.
14 Çap edilmiş də’vətnamələrdən istifadə et və onların üzərində Xatirə Gecəsinin nə vaxt və harada keçiriləcəyini səliqə ilə yaz və ya çap et. Aprelin 4-ə yaxın də’vət olunanların yanına bir də gəl və ya telefonla zəng edib Xatirə Gecəsinin harada və nə vaxt keçiriləcəyi haqda xatırlat.
15. Xatirə Gecəsinə gələnlərə biz necə qonaqpərvərlik göstərə bilərik?
15 Xatirə Gecəsi zamanı. Xatirə Gecəsinə bir qədər tez gəlməyə çalış. Təzə gələnləri səmimiliklə salamla (Rom. 12:13). Də’vət etdiyin kəslərə xüsusi diqqət göstər. Onları mehribanlıqla qarşıla və başqa təbliğçilərlə tanış et. Sən həmçinin onlar üçün yanında yer tuta bilərsən. Əgər qonaqların Müqəddəs Kitabı və ya mahnı kitabı yoxdursa, bu barədə sən özün qayğı göstər və ya başqasından xahiş et. Mərasimdən sonra onları maraqlandıran suallara cavab ver. Xatirə Gecəsinə ilk dəfə gələn varsa, Allahın Kəlamı və Onun niyyətləri haqda daha çox bilik əldə etmək istəyib-istəmədiyini soruş? Ona Müqəddəs Kitab öyrənməsi təklif et.
16. Xatirə Gecəsinə gələnlərin ruhani cəhətdən inkişaf etmələrinə necə kömək etmək olar?
16 Xatirə Gecəsinə gələnlərə kömək etməyə davam et. Xatirə Gecəsinə gələnlərə mərasimdən sonrakı həftələr ərzində kömək etmək lazımdır. Buraya, vaxtı ilə yığıncaq görüşlərinə müntəzəm surətdə, indi isə yalnız hərdənbir gələnlər də aiddir. Ağsaqqallar qayğı göstərəcəklər ki, belə adamlara lazımi qayğı göstərilsin. Həmçinin onlar həmin maraqlananların ruhani inkişafına nəyin mane olduğunu müəyyən etməyə və vaxtın az qaldığını göstərməyə çalışacaqlar (1 Pet. 4:7). Müqəddəs Kitabın də’vətinə hay verməyin və Allahın xalqının görüşlərinə gəlməyin nəyə görə vacib olduğunu anlamağa kömək edin (İbr. 10:24, 25).
17. Yehovanın valehedici işləri haqqında bəyan etməyi nəyə görə davam etdirməliyik?
17 Yehovanın valehedici işlərini axıra kimi dərk etmək üçün hətta əbədi həyat belə yetməz (Eyub 42:2, 3; Vaiz 3:11). Buna görə də bizim Onu daima izzətləndirməyə səbəblərimiz olacaq. Yaz aylarında xidmətimizi genişləndirmək üçün xüsusi sə’y göstərərək, biz, Yehovanın valehedici işlərinə görə minnətdarlığımızı ifadə edə bilərik.
[5 səhifədəki cədvəl]
Köməkçi pioner xidməti üçün təklif olunan qrafiklər
Mart B.g. B.er.* Ç.ax.* Ç* C.ax. C. Ş. Cəmi
Hər gün 2 1 1 1 1 1 5 51
İki gün 0 5 0 5 0 0 0 50
Yalnız istirahət
gunləri 5 0 0 0 0 0 8 52
İstirahət gunləri və
həftə ərzində iki gün 2 0 0 2 0 2 6 50
Aprel B.g. B.er. Ç.ax. Ç C.ax.* C.* Ş. Cəmi
Hər gün 2 1 1 1 1 1 5 50
İki gün 0 0 0 0 5 5 0 50
Yalnız istirahət
gunləri 5 0 0 0 0 0 8 52
İstirahət gunləri və
həftə ərzində iki gün 2 0 0 2 0 2 6 50
May B.g.* B.er.* Ç.ax. Ç C.ax. C. Ş.* Cəmi
Hər gün 2 1 1 1 1 1 4 51
İki gün 0 5 0 0 0 0 5 50
Yalnız istirahət
gunləri 3 0 0 0 0 0 7 50
İstirahət gunləri və
həftə ərzində iki gün 2 0 0 2 0 2 5 51
* Ayda beş