Yehovaya bol-bol şükürlər söyləmək imkanı
1. Hansı yeni tədbir Yehovaya bol-bol şükürlər söyləməyə imkan yaradacaq?
1 Bu ilin mart ayında yeni tədbir qüvvəyə mindi — təbliğçilərə hər il həm mart-aprel aylarında, həm də rayon nəzarətçisinin baş çəkdiyi ayda 30 saatlıq norma ilə köməkçi pioner kimi xidmət etmək imkanı veriləcək. Əgər rayon nəzarətçisinin başçəkməsi iki ayın kəsişməsinə düşürsə, təbliğçi bu iki aydan istədiyini seçib 30 saatlıq norma ilə köməkçi pioner kimi xidmət edə bilər. Köməkçi pionerlərin hamısı rayon nəzarətçisinin daimi və xüsusi pionerlərlə olan görüşündə axıra kimi iştirak edə bilərlər. Bu, o deməkdir ki, imkanımız 50 saatlıq normanı verməyə yol verməsə də, ildə dörd dəfə 30 saatlıq normanı yerinə yetirməklə Yehovaya «bol-bol şükür [söyləyə]» bilərik (Məz. 109:30; 119:171).
2. Rayon nəzarətçisinin başçəkməsi zamanı köməkçi pionerlərin hansı imkanları olacaq?
2 Rayon nəzarətçisinin başçəkməsi zamanı. Artıq rayon nəzarətçisi yığıncağa baş çəkən zaman daha çox insanın köməkçi pioner kimi xidmət etmək və xidmətdə onunla əməkdaşlıq edərək ruhlanmaq imkanı olacaq (Rom. 1:11, 12). Bir çox köməkçi pionerlər nəzarətçi ilə həftəarası əməkdaşlıq edə bilərlər. Həftəarası işləyən köməkçi pionerlər isə rayon nəzarətçisi ilə şənbə və ya bazar günü xidmətə yazıla bilərlər. Üstəlik, köməkçi pionerlərin pionerlər üçün olan görüşdə iştirak etmələri onları çox ruhlandıracaq.
3. Nəyə görə Xatirə gecəsi vaxtı köməkçi pioner kimi xidmət etmək üçün gözəl imkandır?
3 Mart və aprel aylarında. Əvvəllər Xatirə gecəsi zamanı ancaq bir ay 30 saatlıq norma ilə köməkçi pioner kimi xidmət edən təbliğçi indi öz «mədh qurbanı»nı ikiqat artıra bilər (İbr. 13:15). Həm mart, həm də aprel ayı xidmətimizi genişləndirmək üçün gözəl vaxtdır. Hər il bu aylar ərzində biz insanları Xatirə gecəsinə dəvət etmək işində iştirak edirik. Bundan əlavə, bir çoxları bu aylarda xidmətlərini genişləndirdikləri üçün daha çox təbliğçi ilə əməkdaşlıq edə bilərik. Xatirə gecəsindən sonra bu mərasimə gələnlərə baş çəkə və onları xüsusi məruzəni dinləməyə dəvət edə bilərik. Bəs ürəyin səni bu yeni imkanlardan istifadə edib köməkçi pioner kimi xidmət etməyə təşviq edəcəkmi? (Luka 6:45).