Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb19 iyun s. 8
  • Səmərəli fərdi mütaliə edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Səmərəli fərdi mütaliə edin
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Oxşar material
  • Öyrənməyin gətirdiyi mükafatlar
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Səmərəli və xoş öyrənmə
    Gözətçi qülləsi 2000
  • Padşahların nümunəsinə riayət edin
    Gözətçi qülləsi 2002
  • Yehova ilə sıx münasibəti necə inkişaf etdirmək olar?
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2019
mwb19 iyun s. 8

MƏSİHİ HƏYATI

Səmərəli fərdi mütaliə edin

NƏ ÜÇÜN VACİBDİR? Allahın Kəlamını fərdi olaraq mütaliə etmək bizə «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» tam qavramağa kömək edir (Ef 3:18). Bu həmçinin bizə şər dünyada ləkəsiz, məsum qalmağa və həyat sözündən ikiəlli yapışmağa kömək edir (Fp 2:15, 16). Allahın Kəlamını fərdi olaraq mütaliə edərkən biz şəxsən özümüzə lazım olan mövzunu seçə bilirik. Bəs Müqəddəs Kitabı necə oxuyub araşdıraq ki, mümkün qədər çox fayda əldə edək?

NECƏ ETMƏLİ?

  • Çap şəklində, yaxud elektron formatda olan Müqəddəs Kitabınızda ayələri işarələyin və ya qeydlər aparın

  • Allahın Kəlamını oxuduqca özünüzə bu sualları verin: Kim? Nə? Nə zaman? Hara? Nə üçün? Necə?

  • Faktları araşdırın. Axtarış vəsaitlərindən istifadə edərək mövzubəmövzu, ayəbəayə araşdırma aparın

  • Oxuduqlarınızın üzərində düşünərək məlumatın sizə necə aid olduğunu başa düşməyə çalışın

  • Öyrəndiklərinizi gündəlik həyatınızda tətbiq edin (Lk 6:47, 48)

«SƏMƏRƏLİ FƏRDİ MÜTALİƏ EDƏRƏK HƏYAT SÖZÜNDƏN İKİƏLLİ YAPIŞ» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Bəzi məsihilər fərdi mütaliə haqda nə deyir?

  • Nəyə görə hər dəfə fərdi mütaliəyə başlamazdan əvvəl dua etmək lazımdır?

  • Müqəddəs Kitab parçasını daha yaxşı başa düşməyə bizə nə kömək edə bilər?

  • Biz fərdi mütaliə üçün olan Müqəddəs Kitabımızı necə işarələyə bilərik?

  • Nəyə görə Allahın Kəlamını öyrənərkən düşünmək çox vacibdir?

  • Öyrəndiyimiz həqiqətlərə necə yanaşmalıyıq?

Bacı Müqəddəs Kitabı dərindən mütaliə edir; qardaş Müqəddəs Kitabdakı fikirləri müxtəlif rənglərlə işarələyir, bacı Müqəddəs Kitabdan qeyd etdiyi fikirləri iki kişi ilə bölüşür; qardaş dua edir

«Qanununu elə sevirəm ki! Gecə-gündüz onu düşünürəm» (Zb 119:97)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş