MƏSİHİ HƏYATI
Yehova bu haqda nə fikirləşir?
İstər böyük, istərsə də kiçik qərar qəbul etməzdən əvvəl biz özümüzdən soruşuruq ki, görəsən, Yehova nə fikirləşir. Düzdür, biz heç vaxt Yehovanın düşüncəsini axıra kimi dərk edə bilmərik. Ancaq bizim «hər cür yaxşı işə tamamilə hazır» olmağımız üçün Yehova Kəlamında Öz düşüncəsini yetərincə açıqlayıb (2Tm 3:16, 17; Rm 11:33, 34). İsa Yehovanın iradəsini aydın başa düşürdü və onu həyatında hər şeydən üstün tuturdu (Yh 4:34). İsadan nümunə götürərək gəlin biz də Yehovanı razı salan qərarlar verməyə çalışaq (Yh 8:28, 29; Ef 5:15—17).
«YEHOVANIN İRADƏSİNİ DAİMA QAVRAYIN (LV 19:18)» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Nəyə görə Müqəddəs Kitabdakı prinsipləri həyatımızda tətbiq etməliyik?
Musiqi seçərkən hansı Müqəddəs Kitab prinsiplərini rəhbər tutmalıyıq?
Geyim və xarici görünüşümüzlə bağlı hansı Müqəddəs Kitab prinsipləri əsasında qərar verməliyik?
Başqa hansı sahələrdə Müqəddəs Kitab prinsiplərini tətbiq etməliyik?
Yehovanın iradəsini daha yaxşı qavramaq üçün nə etməliyik?
Qərarlarım Yehova ilə münasibətim haqda nə deyir?