MƏSİHİ HƏYATI
Yehova xalqını qoruyur
İlk Pasxa əlamətdar hadisə idi. Firon həmin gecə ilk oğlunun öldüyünü görəndən sonra Musaya demişdi: «Durun, çıxın xalqımın arasından, siz də, qalan israillilər də. Necə ki deyirdiniz, gedin Yehovaya ibadət edin» (Çx 12:31). Yehova göstərdi ki, O, xalqını qoruyur.
Yehovanın müasir xalqının tarixi Onun bu gün də xalqına bələdçilik etdiyini, onları qoruduğunu sübut edir. Bu mövzu ümumdünya baş idarədə «Yehovanın adını daşıyan xalq» adlı muzeydə işıqlandırılıb.
«VORVİKDƏKİ MUZEYƏ EKSKURSİYA: “YEHOVANIN ADINI DAŞIYAN XALQ”» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Müqəddəs Kitab Tədqiqatçıları insanlarda Müqəddəs Kitaba inam yaratmaq üçün 1914-cü ildən etibarən hansı yenilikdən istifadə etdilər və bu, nə qədər uğurlu oldu?
1916 və 1918-ci ildə onlar hansı iman sınağı ilə üzləşdilər və Yehovanın təşkilata rəhbərlik etdiyi nədən görünürdü?
Yehovanın xalqı təqiblərə baxmayaraq, imanını necə qorudu?
1935-ci ildə hansı təlimə aydınlıq gətirildi və bu onların fəaliyyətinə necə təsir göstərdi?
Siz bu muzeydə, yaxud filialınızdakı sərgidə olmusunuzsa, Yehovanın Öz xalqına bələdçilik etdiyinə və xalqını qoruduğuna imanınızı nə artırıb?