Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb20 sentyabr s. 3
  • Yalan məlumatlar yaymayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yalan məlumatlar yaymayın
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Oxşar material
  • Sadəlövh hər sözə inanar
    Gözətçi qülləsi 2015
  • Öyrəndiklərinizə əməl edin
    Gözətçi qülləsi 2002
  • Bütün faktları bilirsiniz?
    Gözətçi qülləsi 2018
  • İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin
    Gözətçi qülləsi 2011
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
mwb20 sentyabr s. 3

MƏSİHİ HƏYATI

Yalan məlumatlar yaymayın

Ərzaq dükanında bir qadın telefonunda nə isə görüb dəhşətə gəlir.

Bu gün məlumat çap formatda, radio, televiziya və İnternet vasitəsilə çox tez bir zamanda milyonlarla insana yayılır. Haqq Allahına ibadət edənlər istəməzlər ki, təsadüfən də olsa, yalan məlumat yaysınlar (Zb 31:5; Çx 23:1). Yayılmış yalan məlumat insanlara böyük zərər yetirə bilər. Məlumatın doğru olub-olmadığını müəyyən etmək üçün düşünün:

  • «Bu məlumatı verən adama etibar etmək olar?» Məlumatı söyləyən adam, bəlkə də bütün faktları bilmir. Dildən-dilə keçən söhbət isə mütləq dəyişir. Buna görə də, məlumatın kimdən qaynaqlandığını bilmirsinizsə, ehtiyatlı olun. Bacı-qardaşlar yığıncaqdakı məsul qardaşların sözünə etibar etdiklərinə görə, bu qardaşlar xüsusilə ehtiyatlı olmalıdırlar ki, dəqiq olmayan məlumatı danışmasınlar.

  • «Bu, mənfi məlumatdır?» Əgər bu məlumat kiminsə və ya kimlərinsə reputasiyasını korlayacaqsa, yaxşı olar ki, onu danışmayaq (Ms 18:8; Fp 4:8).

  • «Bu, inandırıcı məlumatdır?» Sensasiya doğuran əhvalatlar və hadisələr eşidəndə ehtiyatlı olun.

«QEYBƏTƏ YOL VERMƏYƏK!» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Bir oğlan hədəf lövhəsinə bağlanıb və bütün ətrafına bıçaq saplanıb.

    Məsəllər 12:18 ayəsinə əsasən, sözlərimiz hansı zərəri yetirə bilər?

  • Bir qrup insan baş-başa verib qeybət edir.

    Filippililərə 2:4 ayəsinə əsasən, başqaları haqda danışarkən nələri nəzərə almalıyıq?

  • Bir kişi digərinin qeybətini dinləməmək üçün üzünü çevirib.

    Ətrafımızdakı insanlar başqaları haqda kinayəli və mənfi sözlər söyləməyə başlayanda nə etməliyik?

  • Bir kişi qeybət edir, müxbir geyimində olan digər kişi isə qeydlər aparır.

    Kiminsə haqda danışmazdan əvvəl özümüzə hansı sualları verməliyik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş