Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/8 s. 3—5
  • İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Etibarlı, yoxsa yalan məlumat?
  • Vaxtımızı oğurlayır, yoxsa qənaət edir?
  • Faydalı, yoxsa zərərli məlumat?
  • «Göndərim, yoxsa göndərməyim?»
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2007
  • ‘Boş şeylərə’ vaxt itirməyin
    Müqəddəs ibadətimiz 2002
Gözətçi qülləsi 2011
w11 15/8 s. 3—5

İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin

ƏSRLƏR öncə çap maşını icad olunanda insanların bir-birləri ilə ünsiyyət etmə üsulları dəyişdi. Müasir zəmanənin ixtirası olan İnternet də insanların bir-biri ilə ünsiyyət qurmasında inqilab yaratdı. Faydaları az olmayan bu yeni ixtiraya tamamilə haqlı olaraq ümumdünya ünsiyyət vasitəsi adı verildi. «İnformasiya supermagistralı»nda «səyahət edərkən» insan müxtəlif mövzularda olan faktları, statistik məlumatları və cürbəcür insanların fikirlərini əldə edə bilər.

Ünsiyyət etmək qabiliyyəti Yaradanımızın gözəl bəxşişlərindən biridir. Bu qabiliyyət bizə fikirlərimizi və məlumatları başqaları ilə bölüşməyə imkan verir. Bəşər ailəsi ilə ilk dəfə ünsiyyət edən şəxs Yehova Allah olmuşdur. Yehova insanların mənalı həyat sürmələri üçün nə lazım olduğunu açıq və aydın şəkildə demişdi (Yar. 1:28—30). Lakin bəşər tarixinin ilk çağlarında baş verən hadisə göstərdi ki, Allahın verdiyi bu bəxşişdən sui-istifadə etmək də olur. Şeytan Həvvaya tamamilə yalan olan məlumat verdi. O, bu məlumatı «qəbul edib» bəşəriyyəti bəlaya salan Adəmə «ötürdü» (Yar. 3:1—6; Rom. 5:12).

Bəs İnternetdən istifadə etmək barədə nə demək olar? İnternetdən vacib məlumatlar öyrənmək, vaxta qənaət etmək və digər faydalı məqsədlər üçün istifadə edilir. Eyni zamanda İnternet səhv məlumat verə, vaxtımızı ala və əxlaqımızı poza bilər. Biz bu ümumdünya şəbəkədən müdrikliklə necə istifadə edə bilərik? Gəlin bu haqda danışaq.

Etibarlı, yoxsa yalan məlumat?

İnternetdəki bütün məlumatların yaxşı və faydalı olduğunu fikirləşməyin. İnternetin axtarış sistemini yorulmadan bir səbətə həm yeməli, həm də zəhərli göbələklər yığan, sonra da yeməyimiz üçün qarşımıza qoyan bir qrup insana bənzətmək olar. Hər bir göbələyi ayrı-ayrılıqda diqqətlə nəzərdən keçirmədən yeyəcəksən? Əlbəttə ki, yox! İnternetin axtarış sistemi milyardlarla İnternet səhifələrindən həm faydalı, həm zərərli məlumat toplayır. Yaxşını pisdən ayırmaq və yalan informasiya ilə beynimizi zəhərləməmək üçün dərrakəli olmalıyıq.

1993-cü ildə tanınmış bir jurnalda kompüter qarşısında oturan iki itin karikaturası çap edilmişdi. İtlərdən biri o birisinə izah edir: «İnternetdə heç kəs sənin it olduğunu bilmir». Qədim zamanlarda Şeytan, İnternet dili ilə desək, Həvva ilə «çatlaşmaq» üçün ilandan istifadə etdi və ona Allah kimi olacağını dedi. Bizim günlərdə İnternetə daxil olmaq imkanı olan istənilən kəs adını açıqlamadan özünü hansısa sahənin mütəxəssisi kimi qələmə verə bilər. İnternetdə, kimliyindən asılı olmayaraq, hər kəsin öz fikirlərini, eləcə də müxtəlif məlumatlar, şəkillər və təkliflər yerləşdirmək imkanı var.

Buna görə də, Həvva kimi, hər oxuduğunuz məlumata inanmayın, öncə onu diqqətlə yoxlayın. Özünüzə aşağıdakı sualları verin: 1) Bu materialın müəllifi kimdir? Onun bu sahədə təcrübəsi var? 2) Onun bu məlumatı yerləşdirməkdə məqsədi nə idi? Bu məlumat qərəzli deyil ki? 3) Müəllif bu məlumatı haradan əldə edib? Onun doğru olub-olmadığını yoxlamaq üçün hər hansı bir mənbə göstərib? 4) Bu məlumat təzədir? Birinci əsrdə Pavel Timoteyə bizim günlər üçün də aktual olan bir məsləhət vermişdi: «Sənə verilmiş əmanəti qoru, müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən və həqiqətə zidd fikirlər doğuran yalançı bilikdən uzaq dur» (1 Tim. 6:20).

Vaxtımızı oğurlayır, yoxsa qənaət edir?

Əgər İnternetdən müdrikliklə istifadə etsək, vaxtımıza, gücümüzə və pulumuza qənaət edəcəyik. Məsələn, evimizdə otura-otura İnternet vasitəsilə alış-veriş edə bilərik. Qiymətləri müqayisə etmək pulumuza qənaət etməyə kömək edir. İnternet vasitəsilə bank əməliyyatlarını həyata keçirmək imkanı bir çoxlarının həyatını xeyli asanlaşdırıb. Bizim çölə çıxmadan, rahat ev şəraitində istədiyimiz vaxtda maliyyə işlərimizi görmək imkanımız var. Harasa getməyi planlaşdırarkən İnternet vasitəsilə rahat və ucuz marşrut seçə, eləcə də istənilən şeyi sifariş edə bilərik. Demək olar ki, heç bir güc sərf etmədən biz telefon nömrələrinə, ünvanlara baxa bilər və getmək istədiyimiz yerə çatmaq üçün müxtəlif yollar seçə bilərik. Yehovanın Şahidlərinin filialları vaxta, kadrlara və vəsaitlərə qənaət etmək üçün bu vasitələrdən istifadə edir.

Lakin İnternetin mənfi cəhətlərini də nəzərə almaq lazımdır. Məsələn, biz İnternetə nə qədər vaxt sərf etdiyimiz barədə düşünməliyik. Bəziləri üçün İnternet faydalı alət yox, maraqlı bir oyuncağa çevrilib. Belə insanlar bütün günü İnternetdə oyunlar oynayır, alış-veriş edir, çatlaşır, e-mail göndərir, axtarışlar edir və boş-boşuna bir saytdan o biri sayta keçməklə məşğul olurlar. Bu daha vacib şeyləri — ailələrini, dostlarını və yığıncaqlarını unutmalarına gətirib çıxara bilər. İnternetin insanda asılılıq yaratmaq ehtimalı da çoxdur. Məsələn, 2010-cu ilin bir məlumatına əsasən, Koreyada yeniyetmələrin 18,4 faizinin bu problemi var. Alman tədqiqatçıları isə «ərlərinin İnternetə aludə olmalarından şikayət edən qadınların sayının getdikcə artdığını» deyirlər. Bir qadın şikayətlənir ki, ərinin İnternetə qurşanması onun xasiyyətini büsbütün dəyişib və ailələrinin dağılmasına gətirib çıxardıb.

Yehovanın Şahidlərinin filiallarının birinə özünü «İnternet narkomanı» adlandıran bir nəfərdən məktub daxil olmuşdu. Bəzən o, gün ərzində İnternetə on saat sərf edirdi. O deyir: «İlk əvvəl hər şey zərərsiz görünürdü... Amma sonralar yığıncaq görüşlərini buraxmağa başladım və dua etməyə son qoydum». O, yığıncağa hazırlaşmadan gedirdi və diqqətini görüşə cəmləyə bilmirdi, çünki fikri İnternetdə qalırdı. Xoşbəxtlikdən, bu adam probleminin ciddiliyini dərk edib lazımi dəyişikliklər etdi. Gəlin heç vaxt İnternetin qulu olmayaq.

Faydalı, yoxsa zərərli məlumat?

1 Salonikililərə 5:21, 22 ayələrində oxuyuruq: «Hər şeyin doğru olub-olmadığını araşdırın, yaxşı işdən ikiəlli yapışın. Hər cür pislikdən uzaq durun». İnternetdən əldə etdiyimiz məlumatın Yehovaya məqbul olub-olmadığını, yəni Onun yüksək əxlaq normalarına uyğun gəlib-gəlmədiyini yoxlamalıyıq. Məlumat əxlaq baxımından məsihçi normalarına uyğun olmalıdır. Pornoqrafiya İnternetdə xüsusilə çox geniş yayıldığından, biz ehtiyatlı olmalıyıq, əks təqdirdə, asanlıqla onun toruna düşəcəyik.

Yaxşı olardı ki, özümüzdən soruşaq: «Otağa həyat yoldaşım, valideynlərim və ya həmimanlım girəndə ekranı dərhal onlardan gizlədirəm?» Əgər gizlədiriksə, yaxşı olardı ki, İnternetdən yalnız başqalarının yanında istifadə edək. İnternet, həqiqətən də, insanların ünsiyyət və alış-veriş etmək üsulunu dəyişib. Bununla yanaşı, İnternet ürəyimizdə zina etməyin tamamilə yeni üsullarını yaradıb (Mat. 5:27, 28).

«Göndərim, yoxsa göndərməyim?»

İnternet məlumat əldə etmək, həm də məlumatı başqalarına ötürmək üçün bir vasitədir. Bizim İnternetdən məlumat əldə edib onu başqalarına ötürmək imkanımız var. Lakin bu məlumatın düzgün və əxlaq baxımından məqbul olub-olmadığını yoxlamaq məsuliyyəti bizim üzərimizə düşür. İnternetdə yerləşdirdiyimiz və ya başqalarına ötürdüyümüz məlumatların doğruluğuna zamin dura bilərik? Onu başqalarına ötürməyə icazəmiz var?a Bu məlumat dəyərli və ruhlandırıcıdır? Onu başqalarına ötürməkdə məqsədimiz sadəcə təəssürat oyatmaqdır?

Düzgün istifadə edildikdə elektron poçtun böyük faydası dəyə bilər. Əks halda, bizi informasiya seli basacaq. Biz «dostlar» siyahısındakı insanları son xəbərlərlə və əhəmiyyətsiz məlumatlarla yükləyirikmi? Onların dəyərli vaxtını alırıqmı? Məgər məktubu göndərməmişdən əvvəl bunu nə məqsədlə etdiyimizi özümüzdən soruşmalı deyilik? Bizim əsil məqsədimiz nədir? Əvvəllər insanlar dostlarını və ailə üzvlərini həyatlarında baş verən hadisələr barədə məlumatlandırmaq və ya onlarla təcrübələrini bölüşmək məqsədilə məktub yazardılar. Məgər biz elektron poçtdan istifadə edəndə bu, bizim də məqsədimiz olmalı deyil? Axı doğruluğuna əmin olmadığımız məlumatı başqalarına nəyə görə göndərməliyik?

İndi biz nə etməliyik? İnternetdən heç istifadə etməməliyik? Bəzi hallarda məhz bu cür davranmaq lazım gələ bilər. Özünü «İnternet narkomanı» adlandıran adam uzun illər davam edən aludəçiliyinə son qoymaq üçün məhz bu cür davrandı. Lakin əgər biz idrakımızdan istifadə edir və onun bizi hifz etməsinə yol veririksə, İnternetin bizə faydası dəyəcək (Sül. məs. 2:10, 11).

[Haşiyə]

a Eyni şey şəkillərə də aiddir. Düzdür, biz özümüz üçün şəkil çəkə bilərik, ancaq onları kimə gəldi göndərmək, eləcə də şəkildəki insanların adlarını və ünvanlarını qeyd etmək ixtiyarımız yoxdur.

[4 səhifədəki şəkil]

Yalan məlumata aldanmamaq üçün nə etməliyik?

[5 səhifədəki şəkil]

Məktubu göndərməzdən əvvəl nəyi nəzərə almalıyıq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş