Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/02 s. 8
  • ‘Boş şeylərə’ vaxt itirməyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Boş şeylərə’ vaxt itirməyin
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin
    Gözətçi qülləsi 2011
  • Sadəlövh hər sözə inanar
    Gözətçi qülləsi 2015
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2007
  • Gözəl köməkçi vəsait
    Müqəddəs ibadətimiz 2004
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 9/02 s. 8

‘Boş şeylərə’ vaxt itirməyin

1 Bu gün geniş yayılmış əlaqə vasitələrindən biri elektron poçtudur. Elektron poçtu vasitəsilə ailəniz və dostlarınızla fikirlərinizi və ya baş verən hadisələri bölüşməkdə pis bir şey olmasa da, bu rabitə vasitəsinin məhdudiyyətsiz istifadə olunması ‘boş şeylərə’ itirilmiş vaxtla əlaqəli ola bilər (Sül. məs. 12:11, MKŞ).

2 Elektron poçtuna dair xəbərdarlıq. Bə’ziləri deyirlər ki, onların fikrincə, elektron poçtu vasitəsilə yeni mə’lumatlar əldə etdikdə özlərini Yehovanın təşkilatına daha yaxın hiss edirlər. Buraya müxtəlif hadisələrin təsviri, Beyt-Eldə baş verən hadisələr haqqındakı qeydlər, təbii fəlakətlər və ya tə’qiblər haqqındakı, ya da Padşahlıq Xidməti məktəbində təqdim olunan məxfi mə’lumatlar daxil ola bilər. Görünür ki, digərləri, dostlarının yenilikləri məhz onlardan öyrənmələrini arzulayaraq, bu cür mə’lumatları yaymağa həddindən artıq alüdə olmuşlar.

3 Bə’zən mə’lumatlar və hadisələrin təsviri təhrif edilmiş və ya həddindən artıq şişirdilmişdir. Ya da ki, insanın başqalarını təəccübləndirmək cəhdinə görə mə’lumat saxta təəssürat yaratmışdır. Tələsik olaraq mə’lumat ötürən kəslər, çox vaxt bütün faktları bilmirlər (Sül. məs. 29:20). Bə’zən ağlagəlməyən bir hadisə, maraqlı mə’lumat kimi verilir. Bu cür yanlış və ya aldadıcı mə’lumatlar Allaha sıx bağlılığa səbəb olmayan “əfsanələrə” bərabərdir (1 Tim. 4:6, 7).

4 Əgər dəqiq olmayan mə’lumat yollayırsansa, bu mə’lumatın səbəb ola biləcəyi kədərə və qarışıqlığa görə məs’uliyyət daşıyırsan. Davuda, guya oğullarının hamısının öldürülməsi barədə şişirdilmiş mə’lumat çatanda, o kədər içində “geyimini yırtdı”. Əslində isə onun oğullarından yalnız biri ölmüşdü. Elə bunun özü artıq böyük kədərə səbəb olsa da, şişirtmə Davudun kədərini daha da artırdı (2 Sam. 13:30-33). Əlbəttə, biz elə davranmaq istəməzdik ki, hansısa iş qardaşlarımızdan birini azdırsın və ya ruhdan salsın.

5 Allahın tə’yin etdiyi kanal. Yadda saxlamaq lazımdır ki, səmavi Atamız, əlaqə kanalı timsalında “sadiq və ağıllı qulu” istifadə edir. Bu “qula” həm bütün qardaşlığa hansı mə’lumatı verəcəyi, həm də bu mə’lumatı nə vaxt verəcəyi üzərində də səlahiyyət verilmişdir. Ruhani qida yalnız teokratik təşkilat tərəfindən paylanır. E’tibarlı mə’lumat üçün biz İnternet xəttinin istifadəçilərinə yox, həmişə Allah tərəfindən tə’yin edilmiş kanala müraciət etməliyik (Mat. 24:45).

6 İnternetdə Web-saytlar. Bizim rəsmi Web-saytımız var: www.watchtower.orq. İnsanlara lazımi mə’lumatı çatdırmaq üçün, bu, bəs edir. Nə fərdi şəxslərin, nə komitələrin, nə də yığıncaqların Yehovanın Şahidləri haqda Web-səhifələr yaratmasına ehtiyac duyulmur. Bə’ziləri bizim nəşrlərin mövzularını və bu mövzularda olan bütün Müqəddəs Kitab ayələrini və onlara verilən əlavələri İnternetdə yerləşdirmiş, hətta könüllü ianə müqabilində vilayət konqreslərinin materiallarını təklif etmişlər. Mənfəət güdülüb-güdülmədiyindən asılı olmayaraq, Gözətçi Qülləsi nəşrlərini yenidən istehsal etmək və elektron sənədlər formasında yaymaq, müəlliflik hüquqları barədəki qanunu pozmaqdır. Kim isə bu işi qardaşlara qulluq saysa da, bu iş bəyənilmir və buna son qoyulmalıdır.

7 Elektron əlaqə vasitələrindən istifadə edilməsində sağlam düşüncə və dərrakə əks etdirərək, ağlımızı “dəyərli, yaxşı şeylərlə” doldura bilərik (Sül. məs. 24:4, MKŞ).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş