ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 16, 17
Kəffarə gününün sizə aidiyyəti
Kəffarə günü buxurun istifadəsindən nə öyrənirik?
Yehovanın xidmətçilərinin məqbul duaları buxura bənzəyir (Zb 141:2). Baş kahin buxuru Yehovanın önünə dərin hörmətlə gətirdiyi kimi, biz də Yehovaya dərin hörmət və ehtiramla dua edirik
Baş kahin qurbanları təqdim etməzdən öncə buxur yandırmalı idi. Eynilə, İsa Məsih də həyatını qurban verməzdən öncə sadiq və qüsursuz ömür sürməli idi ki, Yehova onun qurbanını qəbul etsin
Qurbanlarımın Yehovaya məqbul olması üçün nə edə bilərəm?