SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN
Dua edərək Yehovadan kömək istəyin
Həqiqət toxumu insanın ürəyində Yehovanın sayəsində kök atıb böyüyür (1Kr 3:6—9). Buna görə də xidmətdə uğur qazanmaq üçün Yehovadan xahiş etməliyik ki, bizə və dərs keçdiyimiz insanlara kömək etsin.
Yehovadan xahiş edin ki, şagirdə təzyiqlərə dözməyə və çətinlikləri aşmağa kömək etsin (Fp 1:9, 10). Konkret dua edin. Allahdan diləyin ki, müqəddəs ruh düşüncənizə və hərəkətlərinizə istiqamət versin (Lk 11:13). Şagirdə dua etməyi öyrədin və onu bu cür dua etməyə təşviq edin. Şagirdlə birlikdə dua edin, həmçinin onun üçün dua edin. Dua zamanı şagirdin adını çəkin.
«YEHOVANIN KÖMƏYİNİ QƏBUL EDƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. DUA» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Nita Ceydlə dərs keçərkən hansı çətinliklə üzləşdi?
1 Korinflilərə 3:6 ayəsi Nitaya necə kömək etdi?
Nita problemi necə yoluna qoydu?