SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN
Suallar verin
«Xoşbəxt Allah» Yehova xidmətdən sevinc duymağımızı istəyir (1Tm 1:11). Xidmətdə püxtələşdikcə sevincimiz də artacaq. Suallar vermək maraq oyada bilər. Bu, söhbətə başlamağın təbii üsuludur. Suallar insanı düşünməyə və mülahizə yürütməyə təşviq edir (Mt 22:41—45). Suallar verib cavabı dinləyəndə biz sanki deyirik: «Sən mənim üçün dəyərlisən» (Yq 1:19). İnsanın verdiyi cavab söhbəti hansı istiqamətdə aparmağı müəyyən etməyə kömək edə bilər.
«XİDMƏTDƏ PÜXTƏLƏŞƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. SUALLAR VERİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Ceyddə hansı yaxşı xüsusiyyətlər var idi?
Nita Ceydlə maraqlandığını necə göstərdi?
Ceydin müjdəyə marağını artırmaq üçün Nita suallardan necə istifadə etdi?
Ceydi düşündürmək və nəticə çıxarmağa təşviq etmək üçün Nita suallardan necə istifadə etdi?