SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN
Şagirdə Yehova ilə dost olmağa kömək edin
Yehova istəyir ki, biz Ona məhəbbətdən irəli gələrək xidmət edək (Mt 22:37, 38). Allaha məhəbbət şagirdə lazımi dəyişikliklər etməyə və sınaqlar vaxtı möhkəm qalmağa güc verəcək (1Yh 5:3). Şagirdi vəftiz olunmağa da məhz Allaha məhəbbət təşviq edəcək.
Şagirdə kömək edin ki, Allahın şəxsən ona olan sevgisini görə bilsin. Ondan soruşun: «Buradan Yehova barədə nə öyrənirsən? Buradan Allahın səni sevdiyini necə görürsən?» Şagirdə kömək edin ki, Allahın şəxsən onun üçün nələr etdiyini görə bilsin (2Sm 16:9). Yehovanın sizin dualarınıza cavab verdiyinə dair nümunələr çəkin. Həmçinin şagirdi təşviq edin ki, Yehovanın ona necə cavab verdiyini görsün. Şagird Yehovanın məhəbbətinə hay verəndə, Onu ürəkdən sevdiyini göstərəndə biz çox sevinirik.
«ŞAGİRDƏ KÖMƏK EDİN. YEHOVA İLƏ DOST OLMAĞA» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Ceyd hansı maneə ilə üzləşdi?
Nita Ceydə necə kömək etdi?
Ceyd maneəni necə dəf edə bildi?