Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb23 may s. 5
  • İqtisadi böhrana hər an hazır olmalıyıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İqtisadi böhrana hər an hazır olmalıyıq
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Oxşar material
  • Hazırsınız?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Axırzamanın axırında hazırlıqlı olun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Cəmiyyətdəki iğtişaşlara hazırsınız?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
mwb23 may s. 5

MƏSİHİ HƏYATI

İqtisadi böhrana hər an hazır olmalıyıq

Dünya hadisələri iqtisadiyyata qlobal şəkildə təsir edir. Bu bizi təəccübləndirmir. Nə üçün? Çünki biz axırzamanın axırında yaşayırıq və Müqəddəs Kitab ümidimizi «gəldi-gedər var-dövlətə» bağlamamağa səsləyir (1Tm 6:17; 2Tm 3:1). Yəhuşafat padşahın nümunəsi bizə iqtisadi böhrana hazır olmağa necə kömək edir?

Düşmən xalqlar Yəhuşafatı hədələyəndə o, Yehovaya üz tutdu (2Sm 20:9—12). O həmçinin hazırlıqlar gördü, qabaqcadan tədbir töküb şəhərləri möhkəmləndirdi və ora keşikçi dəstələri qoydu (2Sm 17:1, 2, 12, 13). Yəhuşafat kimi biz də çətinliklərlə başa çıxmaq üçün Yehovaya üz tutmalı və müəyyən hazırlıqlar görməliyik.

İQTİSADİ BÖHRANA HAZIRLAŞMAQ ÜÇÜN NƏLƏR EDƏ BİLƏRİK?

Ruhani cəhətdən hazırlaşın. Əlinizdəkilərə qane olmağı öyrənin və Yehovanın gündəlik ruzinizi yetirəcəyinə əmin olun (Mt 6:26; 1Tm 6:8). Ehtiyaclarınızı təmin etmək üçün Müqəddəs Kitab prinsiplərini pozmayın (Rm 2:21). Elektrik və internet kəsilərsə, ruhani qidanı necə əldə edəcəyinizi düşünün. Evdə çap olunmuş nəşrlərdən bir neçəsini seçib saxlayın və mümkündürsə, nəşrlərin elektron versiyalarını qabaqcadan cihazınıza yükləyin.

Maddi cəhətdən hazırlaşın. Borcunuz varsa, onu azaldın və lazımsız xərclərə girməyin (Ms 22:7). Mümkündürsə, ərzaq və digər zəruri şeylərin tədarükünü görün. Bəziləri pula qənaət etmək üçün tərəvəz əkib-becərmək qərarına gələ bilər.

«FƏLAKƏTLƏRƏ HAZIRSINIZ?» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

«Fəlakətlərə hazırsınız?» adlı videodan səhnə: Müqəddəs Kitab, fəlakət çantası, smartfon və tikinti işçiləri.
  • Fəlakətlərə hazır olmaq üçün şəxsən biz nə edə bilərik?

«Fəlakətlərə hazırsınız?» adlı videodan səhnə: Bacı-qardaşlar tikintidə kömək etməklə, yük maşınından ləvazimatları boşaltmaqla yardım işini dəstəkləyirlər.
  • Başqalarına kömək etmək üçün nə edə bilərik?

MƏQSƏD

Ailəvi ibadət zamanı «Oyanın!» № 1, 2022-ci il jurnalını yenidən nəzərdən keçirin. Fəlakətə hazır olmaq üçün daha hansı addımları ata biləcəyinizi müzakirə edin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş