Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  1 s. 3—4
  • İnsanlar nə deyir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlar nə deyir?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Oxşar material
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dua kömək edirmi?
    Gözətçi qülləsi 2001
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  1 s. 3—4
Dünyanın müxtəlif ərazilərində yaşayan insanlar dua edir və Allahdan kömək istəyir.

İnsanlar nə deyir?

«Dua edəndə mənə elə gəlir ki, Allah yanımda dayanıb, əlimdən tutub. Nə edəcəyimi bilməyəndə O mənə yol göstərir» (MARİYA).

«Həyat yoldaşım 13 il xərçənglə mübarizə aparandan sonra vəfat etdi. Yadımdadır, hər gün Allaha dua edirdim. Hiss edirdim ki, Allah mənim dərdimi dinləyir. Ona dua edəndə ürəyimə rahatlıq çökürdü» (RAUL).

«Dua Allahın insanlara bəxş etdiyi gözəl bir nemətdir» (İLHAM).

Mariya, Raul və İlham kimi, bir çox insan duaya xüsusi bir nemət kimi yanaşır. Onlar dua edəndə Allaha ürəklərini açır, Ona şükür edir və imdad diləyirlər. Onlar Müqəddəs Kitabda dua ilə bağlı yazılanlara sidqi-ürəkdən inanırlar. Orada yazılıb: «Allahın önündə əminliyimiz budur: Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəhya 5:14).

Elə insanlar da var ki, onlara Müqəddəs Kitabda dua haqda yazılanlara inanmaq çətindir. Stiv bu barədə əvvəllər nə fikirləşdiyini bildirərək deyir: «17 yaşım olanda üç dostum vəfat etdi. Biri avtomobil qəzasında həlak oldu, ikisi isə dənizdə boğuldu. Allaha dua edib bunların səbəbini soruşurdum. Amma dualarıma cavab almırdım. Onda düşündüm ki, dua etməyə dəyməz». Çoxları düşünür ki, duaları cavabsız qalır. Buna görə də dua etməyin mənasız olduğu qənaətinə gəlirlər.

İnsanlar həmçinin başqa səbəblərə görə də duanın önəmsiz olduğunu düşünürlər. Bəziləri deyir ki, Allah onsuz da hər şeyi bilir, ehtiyaclarımızdan, problemlərimizdən agahdır. Ona görə də bunları Ona danışmağın mənası yoxdur.

Bir başqaları fikirləşir ki, Allah əvvəllər etdikləri səhvlərə görə onların duasına qulaq asmır. Ceni deyir: «Mənim ən böyük problemim odur ki, özümü dəyərsiz hiss edirəm. Bir vaxtlar etdiyim şeylərə görə peşmançılıq çəkirəm. Ona görə də düşünürəm ki, Allah mənim dualarıma qulaq asmaz. Mən buna layiq deyiləm».

Bir qadın kilsədə yuxarı baxıb dua edir, digərləri isə başlarını aşağı əyib dua edir.

Bəs siz dua barədə nə düşünürsünüz? Əgər siz də duanızın eşidildiyinə şübhə edirsinizsə, Müqəddəs Kitab sizə təsəlli verə bilər. Orada dua ilə bağlı bütün suallarınıza cavab tapa bilərsiniza. Müqəddəs Kitab etibara layiqdir. Oradan növbəti suallara cavab tapa bilərsiniz:

  • Allah duaları eşidir?

  • Nəyə görə Allah bəzi duaları qəbul etmir?

  • Necə dua etməliyik ki, dualarımız qəbul olunsun?

  • Dua bizə necə kömək edir?

a Müqəddəs Kitabda Allahın bir çox sadiq bəndələrinin, o cümlədən həzrəti İsanın duası yazılıb. Tövratda 150-dən çox dua qələmə alınıb.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş