Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  3 s. 9—11
  • Yaxşı insan olmaq xoşbəxt gələcək üçün zəmanətdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı insan olmaq xoşbəxt gələcək üçün zəmanətdir?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Başlıqlar
  • Oxşar material
  • BİR ÇOXLARININ TUTDUĞU YOL
  • BƏS KÖMƏYİ DƏYİR?
  • Xoşbəxt gələcək qurmaq hər kəsin arzusudur
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Xoşbəxt gələcəyə aparan yol
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Ön söz
    Gözətçi qülləsi (kütləvi) 2021
  • «Həlimlər yer üzünə sahib olacaq»
    Gözətçi qülləsi (kütləvi) 2018
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  3 s. 9—11
Qadın avtobusda yaşlı qadına yer verir.

Yaxşı insan olmaq xoşbəxt gələcək üçün zəmanətdir?

Əsrlər boyu bir çox insanlar hesab edib ki, yaxşı, nəcib insan olmaq gözəl gələcəyə yol açır. Məsələn, Şərqdə insanlar məşhur filosof Konfutsinin sözlərinə böyük hörmətlə yanaşırlar (b. e. ə. 551—479). O demişdi: «Özünə rəva bilmədiyini başqalarına da rəva bilmə».

BİR ÇOXLARININ TUTDUĞU YOL

Çoxları düşünür ki, düzgün davranış gözəl gələcəyə yol açır. Onlar başqaları ilə hörmətlə davranırlar, ədəb qaydalarına riayət edirlər, cəmiyyətdə öz yerlərini bilirlər və vicdanlarını təmiz saxlamağa çalışırlar. Vyetnamdan olan Lin adlı bir qadın deyir: «Mən düşünürdüm ki, əgər dürüst, səmimi olsam, həyatım gözəl olacaq».

Həmin qadın yoxsullara və evsiz-eşiksizlərə yemək verir.

Bəziləri dini etiqadlarından irəli gələrək yaxşılıq etməyə çalışırlar. Tayvanda yaşayan Şu Yun adlı bir kişi deyir: «Mənə belə aşılamışdılar: insanın sağ ikən gördüyü əməllər onu öləndən sonra ya sonsuz nemətlərə qovuşdurur, ya da əbədi işgəncələrə məruz qoyur».

BƏS KÖMƏYİ DƏYİR?

Qadın iş gününün sonunda kədərli və taqətsiz halda körpə oğlunu qucağına alıb.

Düzdür, başqalarına yaxşılıq etməyin insana çox xeyri var. Ancaq başqaları ilə xeyirxah davranan insanlar çox vaxt bunun qarşılığını görmürlər. Honkonqda yaşayan Syu Pinq adlı qadın deyir: «Öz təcrübəmdən deyə bilərəm ki, insanlara yaxşılıq edən kəslər çox vaxt əvəzində pislik görürlər. Mən var gücümlə ailəmin qeydinə qalırdım, yaxşı həyat yoldaşı olmağa çalışırdım, amma ailəm dağıldı. Yoldaşım oğlumla məni atıb getdi».

Çoxları görmüşlər ki, bütün dindar insanlar heç də yaxşı insan deyil. Yaponiyada yaşayan Etsuko adlı bir qadın deyir: «Mən dini təşkilata qoşulmuşdum və gənclər üçün məşğuliyyətlər təşkil edirdim. Bu təşkilatdakı insanların əxlaqsızlığını, vəzifə davasını, kilsənin pulunu nadürüstcəsinə mənimsədiyini görəndə dəhşətə gəlirdim».

«Mən var gücümlə ailəmin qeydinə qalırdım, yaxşı həyat yoldaşı olmağa çalışırdım, amma ailəm dağıldı. Yoldaşım oğlumla məni atıb getdi» (SYU PİNQ, HONKONQ).

Bəzi dindar insanlar görəndə ki, yaxşı əməlləri mükafatsız qalır, pərişan olurlar. Vyetnamdan olan Van adlı bir qadın da bu hissləri keçirmişdi. O deyir: «Hər gün meyvə, gül, yemək alıb əcdadlarımın ruhuna təqdim edirdim. Ümid edirdim ki, bunun sayəsində gələcəyim gözəl olacaq. Nə qədər yaxşılıqlar etsəm də, uzun illər dini ayinləri icra etsəm də, ərim ağır xəstəliyə tutuldu. Daha sonra xaricdə oxuyan qızım gənc yaşında vəfat etdi».

YAXŞI İNSAN OLMAQ AZDIR

Yaxşı insan olmaq vacibdir, amma bu, gözəl gələcəyə zəmanət vermir. Nə üçün? Görün Allahın Kəlamında bu barədə nə deyilir.

HAMI YAXŞILIQ ETMƏYƏ CAN ATMIR

«Tək bir günahkar çoxlu gözəl şeyləri məhv edə bilər» (VAİZ 9:18).

Hətta siz yaxşı insan olmağa çalışsanız da, başqalarının əməlləri ucbatından həyatınız təhlükə altına düşə bilər. Məsələn, ola bilsin, siz pandemiya vaxtı dövlətin göstərişinə əməl edib insanlarla yaxın təmas qurmursunuz. Amma bəlkə də başqaları bu göstərişə əməl etmir. Onların laqeydliyi düzgün davranan insanların sağlamlığını təhlükəyə atır.

İNSANLAR YANILA BİLƏR

«Yol var ki, adama düz görünür, amma axırı ölümdür» (MƏSƏLLƏR 14:12).

Çox elə olub ki, insanlar düzgün hesab etdikləri işi görüblər, amma sonradan yanıldıqlarını başa düşüblər. Sadəcə niyyətin yaxşı olması insanı pis qərarın acı nəticələrindən qorumur.

HƏYAT GÖZLƏNİLMƏZ HADİSƏLƏRLƏ DOLUDUR

«Siz heç sabah başınıza nəyin gələcəyini bilmirsiniz» (YAQUB 4:14).

Hətta ən yaxşı insanın da ömrü yarıda kəsilə bilər. Məsələn, COVID-19 pandemiyası zamanı başqalarına fədakarcasına kömək edən bir çox insanlar həyatını itirdi. Yaxud da Çində yaşayan Litinq adlı bir qadının nümunəsinə nəzər salaq. Onun atası avtomobil qəzasında həlak oldu. O deyir: «Başa düşə bilmirdim, necə ola bilər ki, belə xeyirxah insan ölsün? Mənim atam zəhmətkeş, sadə, səmimi insan idi. Həmin qəza vaxtı avtomobilin içində olanlardan təkcə o həlak olmuşdu».

Əgər yaxşı insan olmaq da gözəl gələcəyə zəmanət vermirsə, bəs onda nə zəmanət verir? Bu suala cavab tapmaq üçün gərək etibarlı bir mənbə olsun. Elə bir mənbə ki, bütün suallarımıza cavab versin və xoşbəxt həyata aparan yolu bizə göstərsin. Belə bir mənbəni haradan tapa bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş