Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w21 noyabr s. 31
  • Bilirsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsiniz?
  • Gözətçi qülləsi 2021
  • Oxşar material
  • Müqəddəs Yazıların kitabı nömrə 34 Nahum
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Nahumun məzmunu
    Müqəddəs Kitab
  • «Nahum», «Habaqquq» və «Sefanya» kitablarından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
Gözətçi qülləsi 2021
w21 noyabr s. 31
Qədim Neynəva tikililərinin və abidələrinin xəyali təsviri.

Neynəva əzəmətli abidələri və tikililəri ilə seçilirdi

Bilirsiniz?

Yunus peyğəmbərin dövründən sonra Neynəva şəhərinin aqibəti necə oldu?

ARTIQ eramızdan əvvəl VII əsrdə Aşşur dünyanın ən böyük imperiyasına çevrilmişdi; «ərazisi qərbdə yerləşən Kiprdən şərqdə yerləşən İrana qədər uzanırdı, bir müddət hətta Misir də onun ərazisinə daxil idi», — deyə Britaniya muzeyinin saytında vurğulanır. İmperiyanın paytaxtı Neynəva dünyanın ən böyük şəhəri idi. O, əzəmətli abidələri, gözoxşayan bağları, cah-calallı sarayları, nəhəng kitabxanaları ilə öyünürdü. Neynəvanın qədim relyefləri göstərir ki, digər Aşşur hökmdarları kimi, Asenappar (Aşşurbanipal) da özünü «dünyanın hökmdarı» adlandırırdı. Onun dövründə Aşşurla Neynəva məğlubedilməz hesab olunurdu.

Xəritədə Aşşur imperiyasının eramızdan əvvəl 7-ci əsrdəki sərhədləri göstərilib. Xəritədə Misirin, Kipr adasının və Neynəvanın əraziləri təsvir olunub.

Qüdrətli dünya hökuməti Aşşur həmin dövrdə ən böyük imperiya idi

Buna baxmayaraq, Aşşur öz əzəmətinin zirvəsində olduğu dövrdə Yehova Səfənya peyğəmbər vasitəsilə qabaqcadan demişdi: «[Yehova] Aşşuru məhv edəcək. O, Neynəvanı viranəliyə, susuz bir səhraya çevirəcək». Bundan əlavə, Yehovanın peyğəmbəri Nahum da peyğəmbərlik etmişdi: «Gümüşü talan edin, qızılı talan edin!.. Şəhər bomboşdur, tərk edilib, viran qalıb!.. Səni görən səndən qaçıb deyəcək: “Neynəva tar-mar oldu!”» (Səf. 2:13; Nah. 2:9, 10; 3:7). Bu peyğəmbərlikləri eşidənlər düşünə bilərdi: «Belə bir şey ola bilər? Aşşur kimi qüdrətli bir dövlət nə vaxtsa fəth edilə bilər?» Bu, qeyri-mümkün görünürdü.

Neynəva viranəliyə çevrilib!

Amma ağlasığmaz bir şey baş verdi. Eramızdan əvvəl VII əsrin axırlarında babillilər və madalılar artıq Aşşuru zəbt etmişdi. Nəticədə, Neynəva viran qaldı və yaddaşlardan silindi! Nyu-Yorkun Metropoliten muzeyinin bir nəşrində deyilir: «Artıq orta əsrlərdə bu ərazi yer üzündən silinmiş, torpaq altında qalmışdı. İnsanlar Neynəva haqqında yalnız Müqəddəs Kitab səhifələrindən bilirdi». Bir mənbəyə əsasən, 1800-cü illərin əvvəlinə qədər «əzəmətli Aşşur paytaxtının nə vaxtsa həqiqətən mövcud olduğu haqda heç kim heç nə bilmirdi» («Biblical Archaeology Society Online Archive»). Amma sonra 1845-ci ildə arxeoloq Ostin Henri Leyard Neynəva şəhərinin dağıntılarını qazıb çıxarmağa başladı. Aşkar olunan tapıntılar Neynəvanın keçmiş əzəmətinə dəlalət edirdi.

Neynəva ilə bağlı peyğəmbərliklərin dəqiqliyinə kimi yerinə yetməsi bizi əmin edir ki, bu dünyanın siyasi qüvvələri haqda deyilmiş peyğəmbərliklər də yerinə yetəcək (Dən. 2:44; Vəhy 19:15, 19—21).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş