Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp23 №  1 s. 6—7
  • 1 | Dua. «Bütün qayğılarınızı Onun üzərinə qoyun»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 1 | Dua. «Bütün qayğılarınızı Onun üzərinə qoyun»
  • Gözətçi qülləsi (kütləvi) 2023
  • Başlıqlar
  • Oxşar material
  • Mənası
  • Necə tətbiq edə bilərik?
  • Bütün qayğılarınızı Yehova Allahın üzərinə qoyun
    Gözətçi qülləsi 2016
  • Narahatçılıq keçirməmək üçün nə edə bilərəm?
    Gənclərin sualları
  • Kişilərdə narahatçılıq hissi. Müqəddəs Kitab necə kömək edə bilər?
    Əlavə mövzular
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2023
wp23 №  1 s. 6—7
Cavan oğlan məyus halda əlini sinəsinə sıxaraq dua edir.

1 | Dua. «Bütün qayğılarınızı Onun üzərinə qoyun»

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Bütün qayğılarınızı Onun [Allahın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 BUTRUS 5:7).

Mənası

Yehova istəyir ki, bizi sıxan, ürəyimizi və düşüncəmizi rahat buraxmayan hər şeyi Ona açıb danışaq (Zəbur 55:22). Problemimizin kiçik, yaxud böyük olmasından asılı olmayaraq, biz onun haqda dua edə bilərik. Əgər hansısa məsələ bizim üçün önəmlidirsə, Yehova Allah üçün də önəmlidir. Buna görə də Allaha dua etmək qəlb rahatlığına aparan vacib addımdır (Filippililərə 4:6, 7).

Necə tətbiq edə bilərik?

Mental sağlamlıqla bağlı problemimiz olanda özümüzü tamamilə yalnız hiss edə bilərik. İnsanlar nələr yaşadığımızı həmişə tam anlaya bilməz (Məsəllər 14:10). Lakin Allaha ürəkdən dua edib hisslərimizi Onunla bölüşəndə O bizi şəfqətlə dinləyir. Yehova bizi görür, çəkdiyimiz əzab-əziyyəti duyur və istəyir ki, bizi narahat edən istənilən məsələ barədə Ona dua edək (2 Salnamələr 6:29, 30).

Dua edəndə Yehova Allahın qayğımıza qaldığına əminliyimiz artır. Bir mömin insan duasında belə sözlər demişdi: «Əzab-əziyyətimi gördün, qəlbimdəki dərdi bilirsən» (Zəbur 31:7). Doğrudan da, biləndə ki, Yehova Allah nələr çəkdiyimizi görür, problemlərimizdən agahdır, bu, çətinliklərə sinə gərmək üçün gücümüzə güc qatır. O, sadəcə nələr çəkdiyimizi müşahidə etməklə kifayətlənmir. Allah bizi hər kəsdən yaxşı başa düşür, nələrdən keçdiyimizi anlayır və Kəlamı vasitəsilə təsəlli verib ovudur.

Müqəddəs Kitabın köməyi. Julyen

Narahatlıqların həyatıma təsiri

Julyen.

«Mən tez-tez təlaş keçirirəm və obsessiv-kompulsiv pozuntudan (OKP və ya sarışan hallar nevrozu) əziyyət çəkirəm. Durduğum yerdə narahat olmağa başlayıram. Bir anda gah yaxşı oluram, gah da səbəbsiz yerə həddən artıq narahat oluram. Xüsusən də insanlar arasında olanda narahatlıq keçirirəm. Həmişə fikirləşirəm, görəsən, haqqımda nə düşünürlər.

Problemimdən xəbərdar olan dostlarım kömək etmək üçün əllərindən gələni edirlər. Etiraf edim ki, bəzən onların dedikləri mənə elə də kömək eləmir, amma xoş niyyətdən irəli gələrək etdikləri köməyi çox qiymətləndirirəm.

Hərdən təlaş keçirdiyimə və obsessiv-kompulsiv pozuntuya görə dua etmək mənə çətin gəlir. Bəzən fikrimi toparlayıb Yehovaya dua etmək üçün düşüncələrimlə mübarizə aparmalı oluram. Beynimdə bir fikirdən o biri fikrə elə tez keçirəm ki, zehnim çox qarışır. Fikirlərimi idarə etmək çətin olanda duada Yehovaya düşüncələrimi, hisslərimi sözlərlə izah etmək də çətin olur.

Müqəddəs Kitabın mənə faydası

Müqəddəs Kitabı araşdıranda öyrəndim ki, duanın Allaha məqbul olması üçün onun uzun, yaxud bəlağətli olmasına ehtiyac yoxdur. Hərdən hisslərimi sözlərlə ifadə etmək çətin olanda sadəcə deyirəm: “Yehova, nə olar, kömək et”. Hətta bu cür dua edəndə belə hiss edirəm ki, O məni başa düşür və dərhal lazımi köməyi göstərir. Dua ilə yanaşı, tibbi kömək də axtardım. Sevinirəm ki, duanın və müalicənin sayəsində vəziyyətim xeyli yaxşılaşıb. Yehovadan kömək istəmək mənə çətin olsa da, buna dəyər, çünki əminəm ki, O məni sevir və mənə yardım etmək istəyir».

Yeniyetmələrə kömək

«Yehovanın dostu ol. Hər vaxt dua et» adlı video.

Yehovanın dualarınızı dinləyib cavab verdiyinə əminliyinizi artırmaq üçün jw.org saytından ətraflı məlumat əldə edin.

«Yehovanın dostu ol. Hər vaxt dua et» adlı videoya baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş