Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp23 №  1 s. 8—9
  • 2 | Müqəddəs Kitab təsəlli verir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 2 | Müqəddəs Kitab təsəlli verir
  • Gözətçi qülləsi (kütləvi) 2023
  • Başlıqlar
  • Oxşar material
  • Mənası
  • Necə tətbiq edə bilərik?
  • Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları
    Oyanın! 2017
  • 3 | Qədimdə yaşamış mömin insanların nümunəsi
    Gözətçi qülləsi (kütləvi) 2023
  • Depressiya
    Oyanın! 2013
Gözətçi qülləsi (kütləvi) 2023
wp23 №  1 s. 8—9
Yaşlı bir kişi Müqəddəs Kitabdan oxuduqları üzərində düşünür.

2 | Müqəddəs Kitab təsəlli verir

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (ROMALILARA 15:4).

Mənası

Müqəddəs Kitabda insana təsəlli verən ayələr çoxdur. Onları oxuduqca insan özündə güc tapıb mənfi düşüncələrlə mübarizə apara bilir. Orada həmçinin ümidverici bir xəbər də var: çox tezliklə bizə əzab verən hisslərdən birdəfəlik qurtulacağıq.

Necə tətbiq edə bilərik?

Bəzən hər birimizin kədərli olduğu, narahatlıq keçirdiyi anlar olur, lakin depressiyada olan, yaxud tez-tez narahatlıq keçirən insanlar bu hisslərlə həmişə mübarizə aparırlar. Müqəddəs Kitab necə kömək edə bilər?

  • Müqəddəs Kitabda mənfi fikirləri qovmağa kömək edən çoxlu müsbət fikirlər var (Filippililərə 4:8). Allahın Kəlamının sayəsində düşüncəmizi bizə təsəlli verən, bizi ovudan fikirlərlə qidalandıra bilərik. Nəticədə, hisslərimizi idarə etmək daha asan olacaq (Zəbur 94:18, 19).

  • Müqəddəs Kitab dəyərsizlik hissindən qurtulmağa bizə kömək edə bilər (Luka 12:6, 7).

  • Müqəddəs Kitabın bir çox ayələrində deyilir ki, biz tək deyilik və Allah keçirdiyimiz hissləri çox yaxşı başa düşür (Zəbur 34:18; 1 Yəhya 3:19, 20).

  • Allah Müqəddəs Kitabda vəd edir ki, əzablı xatirələrin izi-tozu belə qalmayacaq (Əşiya 65:17; Vəhy 21:4). Mənfi emosiyalar, fikirlər bizə əzab verəndə bu vəd dözmək üçün güc verəcək.

Müqəddəs Kitabın köməyi. Cesika

Depressiyanın həyatıma təsiri

Cesika əlində Müqəddəs Kitab yuxuya gedib.

«25 yaşım olanda əsəb partlaması yaşadım və mənə ağır depressiya diaqnozu qoyuldu. Tez-tez pis xatirələr yadıma düşür, mənə əzab verirdi. Həkimlərin köməyi sayəsində başa düşdüm ki, məndəki depressiyanın səbəbi tez-tez mənfi fikirlərə qapılmağım idi. Bu, keçmişdə yaşadığım travmalardan qaynaqlanırdı. Dərman qəbulundan əlavə, terapiya da aldım. Bu mənə qeyri-sağlam düşüncələri müəyyən edib, onlarla mübarizə aparmağa kömək etdi.

Müqəddəs Kitabın mənə faydası

Depressiyamın lap ağır dönəmlərində güclü narahatlıq hissi, panik atak keçirirdim və yuxusuz qalırdım. Çox vaxt gecələr beynimdə narahat düşüncələr dolaşır, məni təlaşa salırdı. Zəbur 94:19 ayəsində deyilir ki, fikirlər bizi çulğayanda Allah bizə təsəlli verib ovuda bilər. Buna görə də, ruhlandırıcı ayələri yazdığım dəftəri və Müqəddəs Kitabı yatağımın yanına qoyurdum. Yuxum qaçanda onları oxuyub Allahın Kəlamından təsəlli alırdım.

Müqəddəs Kitab insanı təşviq edir ki, Allah haqda bildiyi yanlış fikirləri rədd etsin. Əvvəllər özümü dəyərsiz hesab edirdim, fikirləşirdim ki, heç kim məni sevmir, heç bir işə yaramıram. Lakin sonradan öyrəndim ki, bu cür düşüncələr Allahın Kəlamına ziddir, çünki orada Allahın məhəbbətli, şəfqətli olduğu, hər birimizin qeydinə qaldığı deyilir. Tədricən fikirlərimin əsiri yox, ağası oldum. Özümə məhəbbətli Allahın nəzəri ilə baxmağa başladım. Bu özümlə bağlı yanlış düşüncələri dəf etməyim üçün vacib bir addım oldu.

Bilirəm ki, tezliklə psixoloji problemlər olmayacaq, əzablı xatirələr keçmişdə qalacaq. Bu mənə indi dözümlü olmağa, mübarizə aparmağa güc verir və depressiyadan tamamilə qurtulacağım o günü səbirsizliklə gözləməyə kömək edir».

Daha ətraflı:

jw.org saytından «Depressiyadayamsa, Müqəddəs Kitabın mənə köməyi dəyə bilərmi?» adlı məqaləni oxuyun.

jw.org saytından «Zəbur» kitabını oxuyub təsəlli tapın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş