Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp24 №  1 s. 6—9
  • Müqəddəs Kitab etibarlı bələdçidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab etibarlı bələdçidir
  • Gözətçi qülləsi (kütləvi) 2024
  • Başlıqlar
  • Oxşar material
  • İLAHİ NƏSİHƏTLƏRƏ EHTİYAC DUYURUQ
  • İLAHİ NƏSİHƏTLƏRLƏ DOLU BƏLƏDÇİ
  • Müqəddəs Kitabdakı əxlaq normaları köhnəlib?
    Əlavə mövzular
  • Ailələr üçün əlavə kömək
    Oyanın! 2018
  • Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Hər kəsin verməli olduğu qərar
    Gözətçi qülləsi (kütləvi) 2024
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2024
wp24 №  1 s. 6—9

Müqəddəs Kitab etibarlı bələdçidir

Əgər təkcə özümüzün və ya başqalarının hissləri əsasında qərar veririksə, mütləq yaxşı nəticə əldə edəcəyimizə zəmanət yoxdur. Müqəddəs Kitab bunun səbəbini açıqlayır. Üstəlik, bu kitab xoşbəxt və mənalı həyata sahib olmağımız üçün etibarlı bələdçidir.

İLAHİ NƏSİHƏTLƏRƏ EHTİYAC DUYURUQ

Yehovaa Allah Müqəddəs Kitabda bildirir ki, insanların Onun nəsihətlərinə ehtiyacı var və onlar öz ağıllarına güvənib hər məsələdə doğru qərar verə bilməzlər (Ərəmya 10:23). Buna görə də O, Müqəddəs Kitabda nəyin doğru, nəyin yanlış olduğuna dair göstərişlər verib. O, hər birimizi sevir və istəmir ki, həyati vacib qərarlar verərkən səhvlərə yol verək, acı təcrübə yaşayıb, sonradan peşman olaq (Qanunun təkrarı 5:29; 1 Yəhya 4:8). Üstəlik, bizə lazım olan ən gözəl öyüd-nəsihətləri vermək üçün hikmətə və biliyə sahibdir (Zəbur 100:3; 104:24). Buna baxmayaraq, Allah heç vaxt insanları Onun qoyduğu qaydalara əməl etməyə məcbur etmir.

Yehova ilk kişi və qadını, Adəmlə Həvvanı əsl xoşbəxtliyi dadmaları üçün lazım olan hər şeylə təmin etmişdi (Yaradılış 1:28, 29; 2:8, 15). Bundan başqa, onlara sadə göstərişlər vermişdi və onlardan itaətkarlıq gözləyirdi. Amma izin verdi ki, bu göstərişlərə əməl edib-etməyəcəklərinə özləri qərar versin (Yaradılış 2:9, 16, 17). Heyif ki, Adəmlə Həvva Allahın qoyduğu qaydalara riayət etməyi yox, öz bildikləri kimi yaşamağı seçdilər (Yaradılış 3:6). Bəs bunun aqibəti necə oldu? Məgər insanların nəyin düz, nəyin səhv olduğuna özlərinin qərar verməsi daha yaxşı olmaz? Təbii ki, yox. Tarix sübut edir ki, Allahın qayda-qanunlarına məhəl qoymadığımız təqdirdə, daimi dincliyə və xoşbəxtliyə nail ola bilmərik (Vaiz 8:9).

Müqəddəs Kitabda boya-başa çatdığımız mühitdən və ərazidən asılı olmayaraq, bizə hikmətli qərarlar verməyə kömək edən nəsihətlər var. (2 Timutiyə 3:16, 17; «Hamı üçün olan kitab» adlı çərçivəyə baxın.) Gəlin bu nəsihətlərdən bəziləri ilə tanış olaq.

Müqəddəs Kitabın nəyə görə haqlı olaraq «Allahın sözü» adlandığı haqda ətraflı məlumat əldə edin (1 Salonikililərə 2:13). jw.org saytında «Müqəddəs Kitabın müəllifi kimdir?» adlı videoya baxın.

HAMI ÜÇÜN OLAN KİTAB

Hikmətli və məhəbbətli Yaradanın öyüd-nəsihətlərini hər kəs oxuyub öyrənə bilər. Gəlin Müqəddəs Kitabla bağlı bəzi faktları nəzərdən keçirək:

Müxtəlif millətlərdən olan insanlar Müqəddəs Kitab oxuyur. Ön planda müxtəlif dillərdə olan çap və elektron formatda Müqəddəs Kitablar var.
  • 3500+ Müqəddəs Kitabın ən azı bir hissəsinin mövcud olduğu dillərin sayı göstərir ki, o, indiyədək ən çox tərcümə edilmiş kitabdır.

  • 5 000 000 000+ Müqəddəs Kitab nüsxələrinin sayı göstərir ki, o, tarixdə ən geniş yayılmış kitabdır.

Müqəddəs Kitab heç bir irqi, xalqı, qəbiləni və ya mədəniyyəti digərindən üstün tutmur. Bu kitab, doğrudan da, hamı üçün olan kitabdır.

Müqəddəs Kitabı onlayn formatda jw.org saytında oxuya bilərsiniz (250-dən çox dildə əlçatandır)

Bir kişi barmağı ilə izləyə-izləyə Müqəddəs Kitab oxuyur.

NƏYƏ GÖRƏ BƏZİ İNSANLAR MÜQƏDDƏS KİTABA ETİBAR ETMİR?

Bəzi insanlar iddia edir ki, Müqəddəs Kitabda düzgün qərar verməyə kömək edən faydalı heç nə yoxdur. Onlar bu kimi fikirlər irəli sürə bilərlər.

İddia: «Müqəddəs Kitabda bir-birinə zidd fikirlər var».

Fakt: İlk baxışdan sizə elə gələ bilər ki, Müqəddəs Kitabın bəzi hissələri arasında ziddiyyət var. Fəqət kontekstə, tarixi faktlara, adət-ənənələrə, yazarın nöqteyi-nəzərinə və digər amillərə nəzər salsanız, onda şübhələriniz aradan qalxa bilər.

Bəzi konkret hadisələri jw.org saytındakı «Müqəddəs Kitabda ziddiyyətlər varmı?» adlı məqalədə oxuya bilərsiniz.

İddia: «Müqəddəs Kitaba uyğun yaşadığını iddia edən insanlar pis əməllər törədir. Belə olan halda, bu kitaba necə etibar etmək olar?!»

Fakt: İnsan öyrəndiyinə əməl etmirsə, təqsirkar Müqəddəs Kitab deyil, özüdür. Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, orada yazılanlara əməl etdiyini iddia edən insanların çoxu, eləcə də din rəhbərləri öyrəndiklərinə zidd davranacaqlar. Üstəlik, Allahın Kəlamında deyilir ki, «belələrinə görə həqiqət yolu pislənəcək» (2 Butrus 2:1, 2).

Bir çox din rəhbərlərinin hansı sahələrdə Müqəddəs Kitab təlimlərinə əməl etmədikləri haqda jw.org saytındakı «Din bir biznesdir?» adlı məqalədən oxuya bilərsiniz.

İddia: «Müqəddəs Kitab ayrı-seçkiliyi təbliğ edir».

Fakt: Müqəddəs Kitab insanlara hörmətlə yanaşmağı tövsiyə edir. Orada deyilmir ki,..

  • özümüzü başqalarından üstün tutmalıyıq (Filippililərə 2:3).

  • fərqli dəyərləri və ya etiqadı olan insanlara hörmətsizlik etməliyik (1 Butrus 2:17).

  • başqalarına öz fikrimizi yeritməliyik (Mətta 10:14).

Müqəddəs Kitabda deyilir ki, Allah insanlara qarşı həmişə xeyirxah və ədalətlidir, O bizdən də bunu gözləyir (Romalılara 9:14).

Ətraflı məlumat üçün jw.org saytındakı «Tolerant olmaq. Müqəddəs Kitab necə kömək edə bilər?» adlı məqaləni oxuyun.

İLAHİ NƏSİHƏTLƏRLƏ DOLU BƏLƏDÇİ

Müqəddəs Kitabda Yehovanın ta əzəldən insanlarla münasibəti haqqında dəqiq məlumatlar yer alır. Orada yazılanlar bizə Allahın doğru və yanlışa, faydalı və zərərli şeylərə dair baxışını anlamağa kömək edir (Zəbur 19:7, 11). Biz oradan gündəlik həyatda hikmətli qərarlar verməyə kömək edən və həmişə işə yarayan nəsihətlər əldə edirik.

Məsələn, götürək Məsəllər 13:20 ayəsindəki məsləhəti. Orada deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar». Bu nəsihət qədimdə olduğu kimi bu gün də işə yarayır. Müqəddəs Kitab bu cür faydalı və dəyərli nəsihətlərlə doludur. («Aktuallığını itirməyən hikmətli nəsihətlər» adlı çərçivəyə baxın.)

Bəlkə də, sizdə belə bir sual yarandı: «Müqəddəs Kitabdakı nəsihətlərin bu gün də işə yaradığına necə əmin ola bilərəm?» Növbəti məqalədə bununla bağlı bəzi gerçək əhvalatlar gətirilir.

a Yehova Allahın adıdır (Zəbur 83:18).

AKTUALLIĞINI İTİRMƏYƏN HİKMƏTLİ NƏSİHƏTLƏR

Müqəddəs Kitab təxminən 2000 il əvvəl yazılıb tamamlansa da, bu gün də aktuallığını qoruyur. İnsanın ta əzəldən bir istəyi var — həyatdan zövq almaq və xoşbəxt olmaq (Vaiz 1:9). Müqəddəs Kitabdakı zamanın sınağından çıxmış hikmətli nəsihətlər bizə məqsədimizə çatmağa kömək edə bilər.

Dürüstlük

  • «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

  • «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın» (Efeslilərə 4:28).

İnsanlarla münasibət

  • «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

  • «Bir-birinizə qarşı həmişə səbirli olun,.. bir-birinizi ürəkdən bağışlayın» (Koloslulara 3:13).

Qərar vermək

  • «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).

  • «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş