Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  3 s. 12—14
  • Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Başlıqlar
  • Oxşar material
  • ƏN ETİBARLI MƏNBƏ
  • Müqəddəs Kitabda nə deyilir?
    Oyanın! 2017
  • Müqəddəs Kitab etibarlı bələdçidir
    Gözətçi qülləsi (kütləvi) 2024
  • Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
    Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
  • «Həlimlər yer üzünə sahib olacaq»
    Gözətçi qülləsi (kütləvi) 2018
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  3 s. 12—14
Kişi Müqəddəs Kitabı oxuyur.

Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?

Əvvəlki məqalələrdən oxuduq ki, insanlar xoşbəxt gələcək qurmaq üçün taleyə, təhsilə, var-dövlətə bel bağlayırlar, yaxşı insan olmağa çalışırlar. Ancaq bu ona bənzəyir ki, insan mənzil başına çatmaq üçün səhv xəritədən istifadə edir. Bəs bu o deməkdir ki, xoşbəxt həyata aparan yolu heç cür tapa bilmərik? Xeyr!

ƏN ETİBARLI MƏNBƏ

Adətən qərar verəndə bizdən yaşca böyük, ağıllı insanlardan məsləhət alırıq. Eynilə, xoşbəxt gələcək qurmaq üçün etibarlı məsləhəti bizdən qat-qat böyük, hikmətli olan bir Kəsdən ala bilərik. Onun verdiyi məsləhətlər Müqəddəs Yazılarda cəmlənib. Müqəddəs Kitab adlanan bu kitabın ilk kəlməsi təxminən 3500 il bundan əvvəl yazılmışdı.

Müqəddəs Kitaba etibar edə bilərsiniz. Çünki onun Müəllifi Kainatda ən hikmətli Varlıqdır. Müqəddəs Kitabda deyilir ki, O, «Əzəldən Var Olan»dır, «əzəldən əbədiyyətə Allah»dır (Dənyal 7:9; Zəbur 90:2). O, «göyləri yaradan, var olan,.. yerə quruluş verən» Allahdır (Əşiya 45:18). Allah Öz adını bizə açıb. Onun adı Yehovadır (Zəbur 83:18).

Allah Müqəddəs Kitabı bütün bəşəriyyət üçün göndərib. Ona görə də orada hansısa xalq digərindən üstün tutulmur. Oradakı məsləhətlər köhnəlmir və bütün dünyadakı insanlara fayda gətirir. Müqəddəs Kitab minlərlə dilə tərcümə olunub və dünyada ən geniş yayılmış kitabdıra. Bu o deməkdir ki, Müqəddəs Kitabı hamı oxuyub başa düşə bilər və onun məsləhətlərindən faydalana bilər. Bütün bunlar Müqəddəs Kitabda deyilən sözlərin doğruluğunu təsdiqləyir:

«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (HƏVARİLƏRİN İŞLƏRİ 10:34, 35).

Qayğıkeş valideyn övladına öyüd-nəsihət verdiyi kimi, Yehova Allah da Kəlamı vasitəsilə bizə öyüd-nəsihət verir (2 Timutiyə 3:16). Onun Kəlamına etibar edə bilərsiniz, axı bizi O yaradıb. Bilir ki, hansı həyat yolu bizim üçün ən yaxşısıdır.

ETİBARLI BƏLƏDÇİ

Şəkillər: 1) Oğlan metroda gedir və smartfonda nəsə oxuyur. 2) Oğlanın smartfonunda Müqəddəs Kitab görünür.

Müqəddəs Kitab gələcəyə aparan yolu göstərən etibarlı bələdçidir. Biz bu kitaba tam inana bilərik, çünki bu gün baş verən hadisələr və insanların xasiyyətindəki dəyişikliklər təxminən 2000 il bundan əvvəl orada yazılmışdı.

HADİSƏLƏR

«Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq» (LUKA 21:10, 11).

İNSANLARIN XASİYYƏTİ

«Bunu bil ki, axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 TİMUTİYƏ 3:1—4).

Müqəddəs Kitabda bugünkü hadisələrin dəqiqliklə təsvir edildiyini görəndə hansı nəticəyə gəlirsiniz? Yəqin, siz də Honkonqdan olan Loinqin sözləri ilə razılaşacaqsınız. O deyir: «Müqəddəs Kitab çox-çox əvvəl yazılıb. Ola bilməz ki, hansısa insan bu hadisələri belə dəqiqliklə qabaqcadan desin. Deməli, Müqəddəs Kitab bizdən qat-qat üstün olan bir Kəsin Kəlamıdır».

Müqəddəs Kitabda yüzlərlə hadisə haqqında qabaqcadan məlumat verilmişdi və onlar sonradan dəqiqliklə yerinə yetmişdib. Bu sübut edir ki, Müqəddəs Kitab, həqiqətən də, Allahın Kəlamıdır. Yehova Allah deyir: «Allah Mənəm, Mənim mislim yoxdur. Axırı əvvəldən... xəbər verirəm» (Əşiya 46:9, 10). Buna görə Müqəddəs Kitabda gələcəklə bağlı yazılanlara da etibar edə bilərsiniz.

İNDİ VƏ ƏBƏDİYYƏN XOŞBƏXT HƏYAT

Valideynlər uşaqlarının əlindən tutub xoşbəxt halda təbiətdə gəzirlər.

Müqəddəs Yazılardakı məsləhətə əməl edəndə mütləq xeyir tapacaqsınız. Gəlin bəzi nümunələrə baxaq.

PUL VƏ İŞ

«Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (VAİZ 4:6).

AİLƏ HƏYATI

«Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (EFESLİLƏRƏ 5:33).

İNSANLARLA MÜNASİBƏTLƏR

«Qəzəbi burax, hiddətdən çəkin, dilxor olub şərə əl atma» (ZƏBUR 37:8).

Müqəddəs Kitabdakı məsləhətlərə əməl etsəniz, həm indi xeyir tapacaqsınız, həm də gələcəyiniz gözəl olacaq. Müqəddəs Kitabda Allahın gələcəyə dair gözəl vədləri var. Məsələn,

SÜLH VƏ ƏMİN-AMANLIQ OLACAQ

«Əmin-amanlığın bolluğundan həzz alacaqlar» (ZƏBUR 37:11).

HAMININ EV-EŞİYİ OLACAQ, QİDA BOLLUĞU OLACAQ

«Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək» (ƏŞİYA 65:21).

XƏSTƏLİK, ÖLÜM OLMAYACAQ

«Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (VƏHY 21:4).

Belə bir həyatda yaşamaq üçün nə etməlisiniz? Növbəti məqaləni oxuyun.

a Müqəddəs Kitabın tərcüməsi və yayılması ilə bağlı ətraflı məlumat almaq üçün www.jw.org saytına daxil olub, MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTAB VƏ TARİX bölməsinə baxa bilərsiniz.

b Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» adlı kitabın (türk.) 9-cu fəslinə baxın. Kitabı www.jw.org saytından əldə edə bilərsiniz. KİTABXANA > KİTABLAR VƏ BROŞÜRLƏR bölməsinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş