Gələcəyinizi özünüz seçin
Təxminən 3500 il bundan əvvəl Yehova Allah Öz xidmətçilərinə bildirmişdi ki, xoşbəxt olmaq üçün nə etməlidirlər. «Qarşınıza həyatla ölümü, xeyir-dua ilə lənəti qoydum. Həyatı seçin ki, özünüz də, övladlarınız da sağ qalasınız» (Qanunun təkrarı 30:19).
Xoşbəxt olmaq üçün onlar düzgün seçim etməli idilər. Bu gün bizim də qarşımızda bu cür seçim durur. Müqəddəs Kitabda izah olunur ki, xoşbəxt gələcəyə necə nail ola bilərik: Allahımız Yehovanı sevməklə, Onun sözünə qulaq asmaqla (Qanunun təkrarı 30:20).
BUNU NECƏ EDƏ BİLƏRİK?
ALLAHIN KƏLAMINI ÖYRƏNİN. Yehovanı sevmək üçün, ilk növbədə, Müqəddəs Kitabdan Onun haqqında öyrənmək lazımdır. Onun haqqında öyrəndikcə isə görəcəksiniz ki, O, insanları sevir, sizin yaxşılığınızı istəyir. Allah istəyir ki, siz Ona dua edəsiniz, «çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Müqəddəs Kitabda vəd olunur ki, əgər siz Allah haqda öyrənməyə çalışsanız, «O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
ÖYRƏNDİKLƏRİNİZƏ ƏMƏL EDİN. Allahın sözünə qulaq asmaq Onun Kəlamından öyrəndiyiniz hikmətli məsləhətlərə əməl etmək deməkdir. Bu məsləhətlərə əməl etdikcə hər işiniz avand olacaq, hikmətlə hərəkət edəcəksiniz (Yuşə 1:8).