Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 dekabr s. 30
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2024
  • Oxşar material
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Bizə nümunə olan sadiq mələklər
    Gözətçi qülləsi 2025
  • Mələklər insanlara kömək edir
    Böyük Müəllimdən öyrən
Əlavə
Gözətçi qülləsi 2024
w24 dekabr s. 30

Oxucuların sualları

1 Timutiyə 5:21 ayəsindəki «seçilmiş mələklər» kimlərdir?

Həvari Bulus ağsaqqal əməkdaşı Timutiyə yazmışdı: «Allahın, Məsih İsanın və seçilmiş mələklərin qarşısında sənə tapşırıram: bu göstərişlərə əməl et, qərar verməzdən əvvəl hər şeyi diqqətlə və qərəzsiz araşdır» (1 Tim. 5:21).

Əvvəlcə görək bu mələklərin sırasında kimlər ola bilməz. Aydın məsələdir ki, bu, 144 000 məsh olunmuş deyil. Bulus Timutiyə məktub yazanda məsh olunmuş məsihilərin göylər həyatına dirilməsi hələ başlamamışdı. Nə həvarilər, nə də başqa məsh olunmuşlar hələ ruhani varlıq olmamışdılar. Buna görə də «seçilmiş mələklər» onlar deyil (1 Kor. 15:50—54; 1 Salon. 4:13—17; 1 Yəh. 3:2).

Həmçinin Daşqın zamanı itaətsizlik etmiş mələklər də «seçilmiş mələklər» ola bilməz. Onlar Şeytanın tərəfini tutaraq cin oldular və İsanın düşməninə çevrildilər (Yar. 6:2; Luka 8:30, 31; 2 But. 2:4). Gələcəkdə onlar 1000 il müddətinə buxovlanacaqlar, sonra isə İblislə bərabər məhv ediləcəklər (Yhd. 6; Vəhy 20:1—3, 10).

Onda belə çıxır ki, Bulus «seçilmiş mələklər» deyəndə «Allahın [və] Məsih İsanın» tərəfində olan göydəki mələklərdən danışırdı.

Yehovanın on minlərlə sadiq mələyi var (İbr. 12:22, 23). Düşünməməliyik ki, onların hamısı eyni vaxtda eyni işi görür (Vəhy 14:17, 18). Yadınızdadırsa, bir mələk aşşurluların 185 000 əsgərini öldürmək tapşırığını almışdı (2 Pad. 19:35). Ola bilsin, xeyli sayda mələyə «günaha sürükləyən hər şeyi və qanunsuz işlər görən hər kəsi [İsanın] Padşahlığından yığ»maq həvalə olunub (Mət. 13:39—41). Digər mələklər, görünür, «Onun seçdiklərini» göyə yığırlar (Mət. 24:31). Bir başqalarına isə addımlarımızı qorumaq tapşırılıb (Zəb. 91:11; Mət. 18:10; Mətta 4:11 və Luka 22:43 ayələri ilə əlaqələndirin).

Mələk sahə xidmətində olan ər-arvadı bir evə yönəldir. Həmin evdə bir nəfər dua edir.

1 Timutiyə 5:21 ayəsindəki «seçilmiş mələklər», çox yəqin ki, Yehovanın xalqı ilə bağlı xüsusi öhdəlikləri olan mələklərdir. Kontekstə baxanda görmək olar ki, Bulus ağsaqqallara hikmətli məsləhətlər verir və onların hörmətə layiq olduğunu qeyd edir. Ağsaqqallar məsuliyyətlərini «qərəzsiz» yerinə yetirməlidirlər və qərar verməzdən əvvəl hər şeyi «diqqətlə» araşdırmalıdırlar. Onlar Bulusun bu məsləhətinə ciddi yanaşmalıdırlar, çünki «Allahın, Məsih İsanın və seçilmiş mələklərin qarşısında» xidmət edirlər. Deməli, bəzi mələklərin işi yığıncaqla bağlıdır: onlar Allahın xalqını qoruyur, təbliğ işinə nəzarət edir və hər şeyi diqqətlə müşahidə edib Yehovaya xəbər aparırlar (Mət. 18:10; Vəhy 14:6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş