Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 aprel s. 14—19
  • Dindaşlarımıza yaxın olmaq xoşdur!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dindaşlarımıza yaxın olmaq xoşdur!
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ BİR-BİRİMİZƏ DAHA DA YAXIN OLMALIYIQ?
  • BİR-BİRİMİZƏ HÖRMƏT GÖSTƏRƏK
  • «ARANIZDA PARÇALANMA OLMASIN»
  • BİR-BİRİMİZİ «ƏMƏLDƏ VƏ HƏQİQƏTƏN» SEVƏK
  • Yehova mehriban Allahdır
    Gözətçi qülləsi 2024
  • Bizim üçün «Allaha yaxınlaşmaq xoşdur»!
    Gözətçi qülləsi 2025
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Səxavət göstərin, xoşbəxt olun
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 aprel s. 14—19

TƏLİM MƏQALƏSİ 16

NƏĞMƏ 87 Gəl təravət tap!

Dindaşlarımıza yaxın olmaq xoşdur!

«Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (ZƏB. 133:1).

ƏSAS FİKİR

Bu məqalədə dindaşlarımıza daha yaxın olmağın yollarından və bunun bizə gətirdiyi faydalardan danışacağıq.

1, 2. Yehova üçün vacib olan şeylərdən biri nədir və O bizim necə davranmağımızı istəyir?

İNSANLARLA necə rəftar etməyimiz Yehova üçün çox önəmlidir. İsa Məsih öyrədirdi ki, biz başqalarını özümüzü sevdiyimiz kimi sevməliyik (Mət. 22:37—39). Bura Yehovaya ibadət etməyən insanlara da xeyirxahlıq göstərmək daxildir. Onlara xeyirxahlıq göstərəndə Yehova Allaha bənzəmiş oluruq. «O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mət. 5:45).

2 Bəli, Yehova bütün bəşəriyyəti sevir, amma düzgün əməl sahibləri Onun üçün xüsusilə əzizdir (Yəh. 14:21). Yehova bu sahədə Ondan nümunə götürməyimizi istəyir. O bizi təşviq edir ki, iman bacı-qardaşlarımızı «hərarətlə» sevək və onlara «nəvazişlə qardaşlıq məhəbbəti» bəsləyək (1 But. 4:8; Rom. 12:10). Bu cür məhəbbət ailə üzvümüzə, qohumumuza, yaxud yaxın dostumuza bəslədiyimiz məhəbbətə bənzəyir.

3. Məhəbbətlə bağlı nəyi yadda saxlamalıyıq?

3 Otaq bitkisinin inkişafı üçün ona qulluq lazımdır. Eyni şeyi məhəbbət haqda da demək olar. Həvari Bulus məsihilərə belə bir nəsihət vermişdi: «Aranızda daim qardaşlıq məhəbbəti olsun» (İbr. 13:1). Yehova dindaşlarımıza məhəbbətimizi daima artırmağımızı istəyir. Bu məqalədən görəcəyik ki, nəyə görə bir-birimizə daha da yaxın olmalıyıq və bunu davamlı şəkildə necə edə bilərik.

NƏYƏ GÖRƏ BİR-BİRİMİZƏ DAHA DA YAXIN OLMALIYIQ?

4. Zəbur 133:1 ayəsində təsvir olunan birliyə görə daim minnətdar olmaq üçün nə edə bilərik? (Həmçinin şəkillərə baxın).

4 Zəbur 133:1 ayəsini oxuyun. Məzmurçu Yehovanı sevən insanlarla dostluq etməyin «yaxşı», «xoş» olduğunu demişdi. Biz də bu sözlərlə razıyıq. Amma bir məqamı unutmamalıyıq. Məsələn, ola bilsin, hər gün gördüyü nəhəng ağac insan üçün adiləşsin. Biz də bacı-qardaşlarımızla tez-tez, hətta bəzən həftədə bir neçə dəfə görüşürük. Buna görə ola bilər ki, onlarla aramızdakı birliyin necə gözəl olduğunun artıq fərqinə varmayaq. Bəs bunu daim qiymətləndirmək üçün nə edə bilərik? Əgər vaxt ayırıb hər bir bacının və qardaşın yığıncaq üçün, bizim üçün nə qədər dəyərli olduğu üzərində düşünsək, onda onlara sevgimiz daha da artacaq.

Kollaj: 1) Bacı gözəl bir ağaca heyranlıqla tamaşa edir. 2) Sonra o, regional toplantıda bir bacını qucaqlayır. Toplantıda digərləri də gülərüzlə söhbət edir.

Bacı-qardaşlarla aramızdakı birlik çox gözəldir, buna heç vaxt adi yanaşmamalıyıq (4-cü abzasa baxın)


5. Aramızdakı məhəbbət insanlara hansı təsiri bağışlayır?

5 İbadət görüşlərimizə ilk dəfə gələn insanlardan bəziləri aramızdakı məhəbbətə valeh olurlar. Elə bircə bu onlara bəs edir ki, həqiqəti tapdıqlarını başa düşsünlər. İsa demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35). Gəlin Çaytra adlı bir qızın hadisəsinə baxaq. Yehovanın Şahidləri ona Müqəddəs Kitab dərsi keçirdilər. Çaytra ilk dəfə regional toplantıda canlı iştirak edəndən sonra ona dərs keçən bacıya belə demişdi: «Atamla anam məni bir dəfə də olsun qucaqlamayıb. Amma toplantıda iştirak edənlər məni bir günün içində düz 52 dəfə qucaqladılar. Hiss etdim ki, Yehova bu ruhani ailə vasitəsilə mənə Öz sevgisini göstərir. Mən də bu ailəyə aid olmaq istəyirəm». Çaytra ruhani cəhətdən inkişaf etdi və 2024-cü ildə vəftiz olundu. Bəli, həqiqətlə maraqlanan insanlar yaxşı işlərimizi, o cümlədən aramızdakı məhəbbəti görəndə çox vaxt Yehovaya xidmət etməyə başlayırlar (Mət. 5:16).

6. Bacı-qardaşlarla yaxın olmağımız bizi necə qoruya bilər?

6 Bacı-qardaşlarla yaxın olmaq bizim üçün müdafiədir. Bulus məsihilərə belə bir nəsihət vermişdi: «Hər gün bir-birinizi ruhlandırın ki, heç kəsin ürəyi günahın tovlayıcı qüvvəsi ilə sərtləşməsin» (İbr. 3:13). Əgər ruhdan düşüb salehlik yolundan sapmağa başlamışıqsa, Yehova hansısa diqqətcil dindaşımızı bizə kömək etməyə təşviq edə bilər (Zəb. 73:2, 17, 23). Nə yaxşı ki dindaşlarımız bizə bu cür dəstək olurlar!

7. Məhəbbətlə birlik arasında hansı bağlılıq var? (Koloslulara 3:13, 14).

7 Yehovanın xalqı bir-birinə məhəbbət göstərmək üçün əlindən gələni edir. Bu xalqa məxsus olduğumuza görə biz bol nemətlər alırıq (1 Yəh. 4:11). Məsələn, məhəbbət sayəsində bir-birimizə qarşı səbirli ola bilirik, bu da aramızdakı birliyi möhkəmləndirir. (Koloslulara 3:13, 14 ayələrini oxuyun; Efes. 4:2—6.) Elə buna görə də ibadət görüşlərimizdə hökm sürən xoş ab-havanın dünyada tayı-bərabəri yoxdur.

BİR-BİRİMİZƏ HÖRMƏT GÖSTƏRƏK

8. Yehova aramızda birliyin olmasına necə kömək edir?

8 Bütün dünyada bacı-qardaşlar arasında birliyin olması möcüzədir. Yehova bu birliyi günahlı olmağımıza rəğmən mümkün edir (1 Kor. 12:25). Müqəddəs Kitabda deyilir ki, bir-birimizi sevməyi bizə «Allah öyrədir» (1 Salon. 4:9). Başqa sözlə, Yehova Kəlamı vasitəsilə bizə bir-birimizə yaxın olmağın yolunu açıqlayır. Bəs Yehovadan təlim almaq üçün nə etməliyik? Bunun üçün Onun öyüd-nəsihətlərini diqqətlə araşdırmalıyıq və onlara əməl etməliyik (İbr. 4:12; Yaq. 1:25). Yehovanın Şahidləri var gücləri ilə məhz bunu etməyə çalışırlar.

9. Romalılara 12:9—13 ayələrindən bir-birimizə hörmət göstərməklə bağlı nə öyrənirik?

9 Allahın Kəlamı bizə bacı-qardaşlarla münasibətləri möhkəmləndirməyi necə öyrədir? Görək Bulus Romalılara 12:9—13 ayələrində bu mövzu ilə bağlı nə demişdi. (Ayələri oxuyun.) «Hörmət göstərməkdə bir-birinizi qabaqlayın» sözlərinə xüsusilə diqqət yetirək. Bu nə deməkdir? Bu o deməkdir ki, biz nəvazişlə qardaşlıq məhəbbəti göstərmək üçün ilk addımı atmalıyıq. Bunu müxtəlif yollarla edə bilərik. Məsələn, səhvləri bağışlamaqla, qonaqpərvərlik göstərməklə və əliaçıq olmaqla (Efes. 4:32). Bacının və ya qardaşın birinci addım atmasını gözləmək lazım deyil. Onu qabaqlayıb ilk addımı siz atın. Onda İsanın növbəti sözlərinin doğruluğuna əmin olacaqsınız: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35).

10. Bir-birimizə hörmət göstərməkdə necə çalışqan ola bilərik? (Həmçinin şəklə baxın.)

10 Maraqlıdır ki, Bulus bizi hörmət göstərməkdə bir-birimizi qabaqlamağa təşviq edəndən dərhal sonra «tənbəl olmayın, çalışqan olun» demişdi. Çalışqan insan əməksevərdir, zəhmətkeşdir. O, işdən qorxmur. Ona iş tapşırılanda canla-başla yerinə yetirir. Məsəllər 3:27, 28 ayələrində deyilir: «Əlindən yaxşılıq gəlirsə, ehtiyacı olan kəsdən əsirgəmə». Buna görə də biz kiminsə köməyə ehtiyacı olduğunu görəndə yubanmadan onun hayına yetirik. Bu işi sonraya saxlamırıq. Nə də ki «kimsə onsuz da kömək edəcək» deyib yaxamızı qırağa çəkmirik (1 Yəh. 3:17, 18).

Cavan qardaş nərdivana çıxıb yaşlı qardaşın evinin navalçasıdan yarpaqları təmizləyir.

Ehtiyac içində olan bacı-qardaşlarımıza kömək etmək üçün təşəbbüs göstərməliyik (10-cu abzasa baxın)


11. Bir-birimizə daha da yaxın olmağa nə kömək edə bilər?

11 Hörmət göstərməyin digər bir yolu xətrimizə dəyən insanı tez bağışlamaqdır. Efeslilərə 4:26 ayəsində yazılıb: «Gün batana qədər hirsli qalmayın». Nəyə görə? 27-ci ayədə deyilir ki, hirsli qalsaq, İblisə fürsət vermiş olacağıq. Yehova Kəlamında dəfələrlə bizi bir-birimizi bağışlamağa səsləyir. Koloslulara 3:13 ayəsi bizi həmişə bir-birimizi ürəkdən bağışlamağa təşviq edir. Az şey tapılar ki, bağışlamaq qədər insanları bir-birinə yaxınlaşdırsın. Bağışlayanda «sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi» qoruyuruq (Efes. 4:3). Sözün qısası, bağışlamaq sülh və birliyə birbaşa töhfə verən amildir.

12. Yehova bir-birimizi bağışlamağa necə kömək edir?

12 Düzdür, xətrimizə dəyən insanı bağışlamaq çətin gələ bilər. Amma müqəddəs ruhun sayəsində bu bizdə alınar. Müqəddəs Kitabda «bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin» və «çalışqan olun» sözlərindən sonra belə bir nəsihət yazılıb: «Ruhla coşun». Ruhla coşan insanın şövqü müqəddəs ruhun təsiri altında aşıb-daşır və ətrafa saçır (Rom. 12:11). Deməli, Allahın ruhu bizə nəvazişlə məhəbbət göstərməyə və bir-birimizi ürəkdən bağışlamağa kömək edə bilər. Buna görə də biz Yehovaya israrla yalvarıb kömək diləyirik (Luka 11:13).

«ARANIZDA PARÇALANMA OLMASIN»

13. Aramıza nə parçalanma sala bilər?

13 Yığıncaqda hamımız bir-birimizdən fərqlənirik (1 Tim. 2:3, 4). Böyüdüyümüz mühit, maddi vəziyyətimiz, aldığımız təhsil və digər amillər bizi bir-birimizdən fərqləndirir. Əgər ehtiyatlı olmasaq, bu amillər geyim-keçim, sağlamlığın qayğısına qalmaq və əyləncə kimi şəxsi seçim məsələlərində parçalanma yarada bilər (Rom. 14:4; 1 Kor. 1:10). Diqqət yetirməliyik ki, şəxsi seçimlərimizi daha yaxşı qərar kimi başqalarına yeritməyək. Axı Allah bizə bir-birimizi sevməyi öyrədib (Filip. 2:3).

14. Necə bir insan olmağa çalışmalıyıq və nəyə görə?

14 Bir-birimizi həmişə ruhlandırmağımız, möhkəmləndirməyimiz də yığıncaqda parçalanmanın qarşısını ala bilər (1 Salon. 5:11). Son zamanlar vaxtilə qeyri-fəal olmuş, yaxud artıq Yehovanın Şahidi olmayan çoxlu sayda insan yığıncağa qayıdıb. Onları aramızda görmək çox xoşdur! (2 Kor. 2:8). Görün on il qeyri-fəal olmuş bir bacımız ibadət evinə gələndən sonra nə demişdi: «Yığıncaqda hamı məni gülərüzlə qarşıladı, əl verib görüşdü» (Həv. 3:19). Bu sadə yaxşılıq ona necə təsir bağışlamışdı? Bacı deyir: «Məndə elə hiss var idi ki, Yehova məni xoşbəxtlik duyduğum yerə geri qaytarır». Əgər hamını ruhlandırmağa çalışsaq, Məsihin əlində bir alət olub zəhmətkeşlərə və yükü ağır olanlara təravət verəcəyik (Mət. 11:28, 29).

15. Yığıncaqda birliyin olması üçün başqa nə edə bilərik? (Həmçinin şəklə baxın.)

15 Biz həmçinin dediyimiz sözlərlə də birliyə töhfə verə bilərik. Əyyub 12:11 ayəsində yazılıb: «Dil yeməyin dadını bildiyi kimi, sözün də xiridarı qulaq deyilmi?» Yaxşı aşpaz yeməyi süfrəyə qoymazdan əvvəl həmişə onun dadına baxır. Eynilə, biz də danışmazdan əvvəl deyəcəyimiz sözləri yaxşı-yaxşı götür-qoy etməliyik (Zəb. 141:3). Həmişə məqsədimiz o olmalıdır ki, sözlərimiz bizi «dinləyənlərə fayda gətirsin», onları ruhlandırsın və təravət versin (Efes. 4:29).

Qardaş qonaqları üçün hazırladığı yeməyi süfrəyə qoymazdan əvvəl dadına baxır.

Danışmazdan əvvəl düşünün (15-ci abzasa baxın)


16. Dediyi sözlərə xüsusilə kimlər diqqət yetirməlidir?

16 Valideynlər və ərlər sözlərinin ruhlandırıcı olmasına xüsusilə diqqət yetirməlidirlər (Kol. 3:19, 21; Tit. 2:4). Ağsaqqallar Yehovanın sürüsünü ruhlandırmaq, onlara təsəlli vermək məsuliyyəti daşıyırlar (Əşy. 32:1, 2; Qal. 6:1). Məsəllər 15:23 ayəsində yaxşı deyilib: «Yerində deyilən söz nə gözəldir!»

BİR-BİRİMİZİ «ƏMƏLDƏ VƏ HƏQİQƏTƏN» SEVƏK

17. Bacı-qardaşlarımıza məhəbbətimizin səmimi olması üçün nə edə bilərik?

17 Həvari Yəhya bizi təşviq edir ki, «bir-birimizi sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 Yəh. 3:18). İstəyirik, dindaşlarımıza məhəbbət ürəkdən gəlsin. Bəs buna necə nail ola bilərik? Bacı-qardaşlarımızla nə qədər çox vaxt keçirsək, bir o qədər onlara yaxın olacağıq və bir-birimizi daha da çox sevəcəyik. Buna görə də birlikdə vaxt keçirmək üçün fürsət axtarın. Məsələn, belə bir fürsət yığıncaqda və təbliğ xidməti zamanı yarana bilər. Kimlərəsə baş çəkməyə, yanına getməyə vaxt ayırın. Belə etməklə göstərəcəyik ki, Yehova bizə bir-birimizi sevməyi öyrədir (1 Salon. 4:9). Həmçinin növbəti sözlərin doğruluğunu öz üzərinizdə hiss edəcəksiniz: «Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (Zəb. 133:1).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Nəyə görə bir-birimizə yaxın olmaq yaxşıdır?

  • Hörmət göstərməkdə bir-birimizi necə qabaqlaya bilərik?

  • Aramızdakı birliyi möhkəmləndirmək üçün nə edə bilərik?

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş