İNDONEZİYA
Kommunist qiyamından sağ çıxdım
Ronald Yaka
DOĞUM TARİXİ: 1928
VƏFTİZ TARİXİ: 1941
QISA MƏLUMAT: İndoneziyada 25 ildən artıq xidmət etmiş filial xidmətçisi.
1965-ci il oktyabrın 1-i gecə yarısı idi. Dövlət çevrilişinə cəhd zamanı İndoneziya Kommunist Partiyasının (İKP) qoşunları tanınmış altı generalı qətlə yetirdilər. Dövlət buna tez və amansızcasına cavab verdi. Ümumxalq soyqırımı kimi tanınan bu hadisədə təxminən 500 000 günahsız kommunist qətlə yetirildi.
Çevriliş baş tutmayandan bir neçə həftə sonra yüksək rütbəli hərbi komandir bildirdi ki, adım ölüm siyahısında lap başda idi. Kommunistlər bu siyahıya ərazimizdəki bütün dini liderlərin adını daxil etmişdilər. O hətta mənim üçün qazılmış qəbri də göstərmək istədi. Ancaq mən hörmətcil şəkildə bundan imtina etdim. Siyasi mühitin tüğyan etdiyi bir atmosferdə istəmədim ki, məni onunla birgə görsünlər və məsihi bitərəfliyimə xələl gəlsin.