İNDONEZİYA
Kriminal keçmişi olan nümunəvi vətəndaş
Hisar Somin
DOĞUM TARİXİ: 1911
VƏFTİZ TARİXİ: 1952
QISA MƏLUMAT: Keçmişdə cinayətkar dəstənin başçısı olmuş filial komitəsinin üzvü.
BİR DƏFƏ kəşfiyyat idarəsinin direktoru Somin qardaşı baş prokurorluğa çağırıb soruşdu:
— Sən ki, indoneziyalısan, mənə düzünü de görüm, Yehovanın Şahidləri İndoneziyada əslində nə işlə məşğuldurlar?
Somin qardaş cavab verdi:
— Gəlin sizə öz hekayəmi danışım. Əvvəllər mən cinayətkar dəstənin başçısı idim, indi isə insanlara Allahın Kəlamını öyrədirəm. Yehovanın Şahidləri İndoneziyada məhz bu işlə məşğuldurlar — mənim kimi yaramaz insanlara nümunəvi vətəndaş olmağa kömək edirlər!
Kəşfiyyat idarəsinin direktoru sonradan bildirmişdi: «Yehovanın Şahidləri haqda çoxlu şikayət eşitsəm də, dəqiq bilirəm ki, bu, yaxşı dindir, çünki cənab Somini dəyişdirə bilib».