Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yb16 s. 16—17
  • İbadət evlərinin tikintisi sürətlənir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbadət evlərinin tikintisi sürətlənir
  • Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
  • Oxşar material
  • Yehovaya şərəf gətirən tikinti
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Vaxtınızı və gücünüzü Yehovanın yolunda sərf edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • İbadət evlərinə qulluq edirik
    İanələriniz hara xərclənir?
  • Təbliğ işimizə dəstək olan tikililər
    İanələriniz hara xərclənir?
Əlavə
Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
yb16 s. 16—17
Yehovanın Şahidləri yeni ibadət evi tikirlər

ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

İbadət evlərinin tikintisi sürətlənir

BÜTÜN dünyada həqiqi ibadətin sürətlə yayılmasında Yehova Allahın əlini görmək necə də xoşdur! (Əşy. 60:22). Bu səbəbdən ibadət evlərinə tələbat getdikcə artır. Ümumilikdə 13 000-dən çox ibadət evi tikilməli və ya əsaslı təmir olunmalıdır.

Bu işin sürətini ən sərfəli yolla artırmaq üçün Rəhbərlik Şurası müxtəlif tikinti şöbələrində dəyişikliklər həyata keçirir. Bruklindəki (Nyu-York) baş idarəmizdə yenicə yaradılmış Ümumdünya layihə-inşaat şöbəsi (ÜLİ) dünya miqyaslı tikinti və təmir-bərpa layihələri üzrə prioritetlərin müəyyən edilməsi və sürətləndirilməsində böyük zəhməti olub. Avstralaziya, Mərkəzi Avropa, Cənubi Afrika və Birləşmiş Ştatların filiallarındakı Regional layihə-inşaat şöbəsi (RLİ) müvafiq regionlardakı layihələri idarə edir və ibadət evlərinin tikintisinin tez və sərfəli yolla həyata keçirilməsinə xüsusi diqqət ayırır. Bu şöbə həmçinin öz regionlarındakı filiallara təlim verir ki, onlar öz nəzdində olan teokratik binalara qulluq göstərsinlər. Bundan əlavə, hər bir filialda Yerli layihə-inşaat şöbəsi (YLİ) ibadət evlərinin və toplantı zallarının tikintisinə və texniki xidmətinə nəzarət edir.

2015-ci ilin yanvar ayında Birləşmiş Ştatlardakı bütün ağsaqqallar video vasitəsilə möhtəşəm bir görüşdə iştirak etmişdilər. Bu görüşdə ibadət evlərinin layihəsinin hazırlanması, inşası və qulluğu üzrə yeni sistem izah olundu.

  • İnşası. Standartlaşdırılmış dizaynlar və materiallar yerli əraziyə uyğunlaşdırılacaq və Rəhbərlik Şurasının Nəşriyyat komitəsinin göstərişinə əsaslanacaq. Binalar davamlı və az qulluq tələb edən olacaq, eyni zamanda gözəl görünəcək və çox xərc tutmayacaq.

  • Qulluğu. İbadət evlərinin saz vəziyyətdə qalması və uzun müddət bizə xidmət göstərməsi üçün hər yığıncaqdan könüllülərə təlim veriləcək.

Düzdür, binaların inşasının və qulluğunun həm miqyası, həm də həcmi olduqca böyükdür. Ancaq Yehovanın xalqının birgə zəhməti işi xeyli sürətləndirəcək, eyni zamanda ianədən qənaətlə istifadə etməyə yol açacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş