MƏSİHİ HƏYATI
Vaxtınızı və gücünüzü Yehovanın yolunda sərf edin
Əşiya peyğəmbərin qabaqcadan dediyi kimi, bu gün Yehovanın təşkilatının yerüzü hissəsində görünməmiş inkişaf gedir (Əş 54:2). Buna görə də yeni ibadət evlərinin, toplantı zallarının və Beytel binalarının tikintisinə tələbat artır. Tikiləndən sonra isə bu binalara qulluq etmək, bəzilərini isə sonradan bərpa etmək lazım gəlir. Bu, vaxtımızı və gücümüzü Yehovanın yolunda sərf etmək üçün qarşımızda növbəti imkanları açır:
Təbliğ qrupumuzun ibadət evini təmizləmək növbəsi olanda biz də təmizlikdə iştirak edə bilərik
İbadət evinə qulluqla bağlı keçirilən seminarda iştirak edə bilərik
Ərazimizdəki tikinti və təmir işlərində vaxtaşırı kömək etmək üçün «Yerli tikintidə iştirak üzrə könüllü anketi»ni (DC-50) doldura bilərik
Filialımızın ərazisindəki Beyteldə, yaxud digər filial binalarında bir həftə və ya daha çox müddət ərzində kömək etmək üçün «Könüllü proqramı üçün ərizə»ni (A-19) doldura bilərik
«YENİ İNŞAAT LAYİHƏSİ» ADLI VİDEODAN FRAQMENTƏ BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
2014-cü ildən bəri təşkilatın video istehsalında hansı artım müşahidə olunur?
Video istehsalına olan tələbatı qarşılamaq üçün hansı işlər görüləcək və bu layihə nə vaxta planlaşdırılır?
Könüllülər bu layihəyə öz töhfələrini necə verə bilər?
Nəyə görə Ramaponun tikintisində kömək etmək üçün anket (DC-50) doldurmaq və Yerli layihə-inşaat şöbəsinin yaşadığımız yerdəki layihələrində iştirak etmək lazımdır?
Yehovanın bu layihəyə rəhbərlik etdiyi nədən görünür?
Ramaponun tikintisində şəxsən kömək edə bilməsək də, layihəni necə dəstəkləyə bilərik?