Padşahlıq Zallarının tikintisi — müqəddəs xidmətin vacib sahəsi
1. Padşahlıq Zalları tikintisində hansı işlər həyata keçirilib, lakin hələ də nəyə ehtiyac vardır?
1 2005-ci təqvim ili ərzində Gürcüstanda standart layihə üzrə 4 yeni Padşahlıq Zalı tikilmiş, 3 bina isə Padşahlıq Zalı edilmişdir. Biz Padşahlıq Zallarının tikintisi stolu nümayəndələrinə, tikinti qruplarında çalışan qardaşlara, o cümlədən, onlara kömək edən hər kəsə əməyinə görə ürəkdən minnətdarıq. Bu sahədə xeyli iş görülsə də, qarşıda hələ çox şey durur. Bizlərdən hər birimiz Yehovaya olan müqəddəs xidmətin bu vacib sahəsində necə köməklik göstərə bilərik? (Vəhy 7:15).
2. Biz Padşahlıq Zalı tikintisində bilavasitə necə kömək edə bilərik?
2 Hazırlıq ruhu göstər. Əgər sən vəftiz olunmuş təbliğçisənsə, səni bu xidmət növündə iştirak etməyə də’vət edirik. Bunun üçün sən «Padşahlıq Zallarının tikinti proqramında iştirak edən könüllülərin ərizəsi» (A-25) blankını doldura bilərsən (Məz. 110:3). Könüllülər çalışqan və əməkdaşlıq etməyə hazır olmalıdırlar (Məz. 133:1). Tikinti işində bacarığın olmasa da, çox köməyin dəyə bilər. Həm də sən elə bacarığa yiyələnərsən ki, bunun sayəsində gələcəkdə Padşahlıq işi üçün daha çox şey edə bilərsən.
3. Tikinti işində bilavasitə iştirak edə bilməsən də, öz köməyini necə göstərə bilərsən?
3 Padşahlıq Zalları tikintisində bilavasitə iştirak edə bilməsəndə, onda könüllüləri ruhlandırmaqla köməyini göstərə bilərsən. Bu işdə iştirak edənlərin yığıncaqda gördükləri işi sən yerinə yetirə bilərsən. Ağsaqqallar isə hər şeyi planlaşdıraraq, yığıncağın işlərinin öz qaydasında gedəcəyinin qayğısına qalmalıdırlar. Şübhəsiz, Padşahlığın işinin irəliləməsi üçün çiyin-çiyinə işləyəndə, Yehova bizdən razı qalır (İbr. 13:16).
4. Biz Padşahlıq Zalları tikintisində çalışanları necə ruhlandıra bilərik?
4 Dayaq ol. İbadət yerləri tikmək çoxlu vaxt və qüvvə tələb edir. Aydın məsələdir ki, tikintiyə də’vət olunanlar bə’zən doğma yığıncaqlarına gələ bilməyəcəklər. Gəlin bu vacib işdə fədakarlıqla çalışan könüllülərə əməyini qiymətləndirdiyimizi söyləyək və onları ruhlandıraq (Həv. iş. 6:3; Rom. 14:19).
5. Tikintidə iştirak edən könüllülər tarazlığı necə qoruya bilərlər?
5 Tarazlığı qoru. Allahın Padşahlığı haqqında təbliğ işi ibadətimizin əsas hissəsidir (Mark 13:10). Bunu nəzərə alaraq, Padşahlıq Zallarının tikintisi qrupları işlərini elə planlaşdırırlar ki, könüllülər gərəksiz yerə öz yığıncaqlarından qalmasınlar. Həmçinin könüllülər də çoxsaylı məs’uliyyətlərini yerinə yetirərkən tarazlığı qorumağa çalışmalıdırlar. Bu qardaşlar özləri qayğı göstərməlidirlər ki, yığıncaqda olmayanda yığıncağın işləri yerinə yetirilsin.
6. Yığıncaqda hamı bir-birilə əməkdaşlıq edəndə nə əldə edilir?
6 Həvari Pavelin sözlərinə görə, yığıncağın üzvləri ‘bədənin qamətini artıraraq məhəbbətlə inkişaf etməsi’ üçün vəhdətdə işləyirlər (Efes. 4:16). Yehovaya və həqiqi ibadətə olan məhəbbət həm xoş xəbərin təbliğində, həm də Padşahlıq Zalı tikintisində bir-birimizlə əməkdaşlıq etməyə təşviq edir.