Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 172
  • Məcdəlli Məryəm kim olub?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məcdəlli Məryəm kim olub?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Məcdəlli Məryəm fahişə olub?
  • Məcdəlli Məryəm «həvarilərin həvarisi» olub?
  • Məcdəlli Məryəm İsa Məsihin arvadı olub?
  • «Mən Ağanı gördüm!»
    İman örnəkləri
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • Sərdabə boşdur — Məsih dirilib!
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Məryəm Allahın anasıdır?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 172
Məcdəlli Məryəm boş sərdabənin önündə dirilmiş İsa Məsihlə rastlaşır.

Məcdəlli Məryəm kim olub?

Müqəddəs Kitabın cavabı

Məcdəlli Məryəm İsa Məsihin sadiq davamçısı olub. Görünür, o, bir müddət Cəlilə dənizinin yaxınlığında yerləşən Məcdəl (ehtimal ki, Məcdən) şəhərində yaşadığı üçün belə adlanırdı.

Məcdəlli Məryəm İsa və şagirdləri ilə birlikdə şəhərbəşəhər gəzib, onlara qulluq edən qadınlardan biri idi (Luka 8:1—3). O, İsanın edam olunmasının şahidi olmuşdu, həmçinin İsa diriləndən sonra onu ilk görənlərdən biri idi (Mark 15:40; Yəhya 20:11—18).

  • Məcdəlli Məryəm fahişə olub?

  • Məcdəlli Məryəm «həvarilərin həvarisi» olub?

  • Məcdəlli Məryəm İsa Məsihin arvadı olub?

  • Müqəddəs Kitabda neçə Məryəmin adı çəkilir?

Məcdəlli Məryəm fahişə olub?

Müqəddəs Kitabda deyilmir ki, Məcdəlli Məryəm fahişə olub. Onun keçmişi barədə tək o deyilir ki, İsa Məsih onu yeddi cindən azad etmişdi (Luka 8:2).

Bəs nəyə görə çoxları onun İsanın şagirdi olmazdan əvvəl fahişə olduğunu fikirləşir? Məryəmin ölümündən əsrlər sonra belə bir fərziyyə irəli sürülmüşdü ki, o, İsanın ayağını göz yaşları ilə yuyub, saçları ilə qurulayan və adı çəkilməyən (ehtimal ki, fahişə) qadın olub (Luka 7:36—38). Lakin bu fikir Müqəddəs Kitabda öz təsdiqini tapmır.

Məcdəlli Məryəm «həvarilərin həvarisi» olub?

Xeyr. Katolik kilsəsi Məryəmi «Müqəddəs Məcdəlli Məryəm», həmçinin «həvarilərin həvarisi» adlandırır, çünki İsanın dirilməsi xəbərini həvarilərə ilk olaraq o çatdırmışdı (Yəhya 20:18). Amma bu onu həvari adlandırmağa əsas vermir. Müqəddəs Kitabın heç bir yerində Məryəm həvari adlanmır (Luka 6:12—16).

Müqəddəs Kitab eramızın I əsrinin sonunda tamamlanıb. Amma kilsə rəhbərləri VI əsrdə Məcdəlli Məryəmi yüksək mövqeyə ucaldıblar. II—III əsrə aid olan və Müqəddəs Yazılara daxil olmayan yazılarda İsanın həvarilərindən bəzilərinin Məryəmə paxıllıq etdiyi yazılıb. Lakin bu əhvalatlar Müqəddəs Kitaba əsaslanmır, uydurmadır.

Məcdəlli Məryəm İsa Məsihin arvadı olub?

Xeyr. Müqəddəs Kitabda aydın yazılıb ki, İsa Məsih axıra qədər subay qalıba.

a «İsa evli idi? İsanın doğma bacı-qardaşı var idi?» adlı məqaləyə baxın.

Müqəddəs Kitabda neçə Məryəmin adı çəkilir?

Müqəddəs Kitabda Məryəm adlı səkkiz qadından danışılır.

  1. 1. Musa ilə Harunun bacısı Məryəm (1 Salnamələr 6:3).

  2. 2. Yəhudanın nəslindən olan Məryəm (1 Salnamələr 4:17).

  3. 3. İsa Məsihin anası Məryəm (Mətta 1:18).

  4. 4. Marta ilə İlazərin bacısı Məryəm (Yəhya 11:1, 2).

  5. 5. Məcdəlli Məryəm (Luka 8:2).

  6. 6. Yaqubla Yusifin anası Məryəm (Mətta 27:56).

  7. 7. Mark ləqəbli Yəhyanın anası Məryəm (Həvarilərin işləri 12:12).

  8. 8. Romada yığıncaq üçün çoxlu zəhmət çəkmiş məsihi qadın Məryəm (Romalılara 16:6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş