Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 98
  • Qiymətlərim pisdirsə, nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qiymətlərim pisdirsə, nə edim?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nə edə bilərsən?
  • Uşağınıza qiymətlərini yaxşılaşdırmağa necə kömək edə bilərsiniz?
    Ailələrə komək
  • Dərslərimi necə çatdırım?
    Gənclərin sualları
  • Müəllimimlə necə dil tapa bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Müəllimimlə necə dil tapa bilərəm?
    Gənclərin sualları
Gənclərin sualları
ijwyp məqalə 98
Yeniyetmələr dərsdən çıxır. Bir qız məyus halda imtahanın cavabına baxır.

GƏNCLƏRİN SUALLARI

Qiymətlərim pisdirsə, nə edim?

«Bəzi sinif yoldaşlarım dərsdə dəftər-kitabsız oturur, müəllim dərsi izah edəndə qulaqcığı taxıb musiqiyə qulaq asır. Sonra da şikayətlənirlər ki, qiymətləri niyə aşağıdır. Mən isə kitabı əlimdən yerə qoymuram, bütün günü oxuyuram, amma yenə də, testdən pis qiymət alıram. Baş açmıram, niyə belə olur. Bütün həftəni gecə-gündüz oxuyasan, axırda da pis qiymət alasan. Adam yanıb-tökülür» (Yolanda).

Yolandanın hissləri sənə tanışdır? Razılaşarsan ki, pis qiymət alanda, özü də bu, dalbadal olanda adamın əhvalı təmiz korlanır.

Bəzi gənclər məktəbdə aşağı qiymət alanda həvəsdən düşürlər və qiymətlərini yaxşılaşdırmaq istəmirlər. Hətta bəziləri məktəbə getmir. Düzdür, bu, çıxış yolu kimi görünə bilər, amma problemi həll etməyin başqa yolu da var. Gəl görək hansı beş addımın sayəsində qiymətlərini yaxşılaşdıra bilərsən.

  • Nə edə bilərsən?

  • Həmyaşıdların nə deyir?

Nə edə bilərsən?

  • Bütün dərslərə gir. Yəqin deyəcəksən ki, “bunu hamı bilir”. Amma çox dərs buraxsan, bu, mütləq qiymətlərinə təsir edəcək.

    «Məktəbimizdə qiymətləri vecinə olmayan uşaqlar, adətən, dərsi buraxan uşaqlardır. Bu isə onların öz zərərinədir» (Metyu).

    Müqəddəs Kitab məsləhəti: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

  • Dərsi qavramağa çalış. Dərsə girmək ilk addımdır. Lakin səndən başqa şey də tələb olunur, çalış dərsdə bacardığın qədər çox şey öyrənəsən. Dolğun qeydlər apar. Müəllimin dediklərinin məğzini anlamağa çalış. İcazə verilirsə, dərs vaxtı suallar ver.

    «Dərs vaxtı çoxlu suallar verirəm. Çünki müəllim görəndə ki, kimsə dərsi yaxşı başa düşmür, daha yaxşı izah eləyir» (Oliviya).

    Müqəddəs Kitab məsləhəti: «Necə qulaq asdığınıza fikir verin» (Luka 8:18).

  • Aldatma. Bu, nadürüstlükdür. Şagirdlər müəllimləri çox şeydə aldadır. Başqasından köçürmək də bura daxildir. Köçürməyin bir pis tərəfi də odur ki, bununla sən heç bir şey öyrənmirsən.

    «Nəyisə başa düşməmisənsə, cavabı başqalarından köçürmə. Aldatmaq sənə heç nə verməyəcək. Problemləri özün həll etməyi öyrənməkdənsə, həmişə kiminsə sənə kömək etməsini gözləyəcəksən» (Conatan).

    Müqəddəs Kitab məsləhəti: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

  • Əvvəlcə ev tapşırıqlarını et. Mümkündürsə, əvvəlcə ev tapşırıqlarını et, digər işlərini və əyləncəni isə sonraya saxlaa. Ev tapşırığını yerinə yetirəndən sonra istirahət sənə ləzzət edəcək.

    «Əvvəlcə ev tapşırıqlarını edirdim, bunun sayəsində qiymətlərim yaxşılaşmışdı. Evə gələndə elə ürəyimdən keçirdi ki, bir az yuxumu alım, ya da musiqiyə qulaq asım. Amma çalışırdım əvvəlcə ev tapşırıqlarını edim, sonra dincəlim» (Kelvin).

    Müqəddəs Kitab məsləhəti: «Daha vacib şeyləri ayırd etməyi bacar» (Filippililərə 1:10).

  • Kömək istə. Başqalarından kömək istəməyə çəkinmə. Valideynlərindən məsləhət al. Qiymətlərini yaxşılaşdırmaq üçün müəllimindən kömək istə. Bəzən əlavə müəllim yanına getməyin köməyi dəyə bilər.

    Yeniyetmə qız otağında gitara çalır.

    Qiymətləri yaxşılaşdırmaq musiqi alətində çalmağı öyrənməyə bənzəyir. Zəhmət tələb etsə də, buna dəyər

    «Birbaşa müəlliminə müraciət et. Mövzunu başa düşmək və qiymətlərini yaxşılaşdırmaq üçün kömək istə. Sənin yaxşı oxumaq istəyin çox yəqin ki, müəllimin xoşuna gələcək və sənə kömək edəcək» (Deyvid).

    Müqəddəs Kitab məsləhəti: «Məsləhət verən çox olarsa, uğur olar» (Məsəllər 15:22).

Həmyaşıdların nə deyir?

Aleksandra.

«Yadda saxla ki, məktəbdə oxumaq imkanı insana həyatda bir dəfə verilir. Bu, sənə yaxşı oxumağa stimul verəcək. Nə qədər çox zəhmət çəksən, bir o qədər bəhrəsini görəcəksən» (Aleksandra).

Elias.

«Məqsədini müəllimlərinə bildir. Mən məktəbdə oxuyanda müəllimlərdən soruşurdum ki, qiymətlərimi necə yaxşılaşdıra bilərəm. Hətta bəzən ev tapşırıqlarını yenidən yerinə yetirirdim, yaxud əlavə çalışmalar edirdim» (Elias).

Makkenzi.

«Özün müəllimə yaxınlaş və kömək istə. Adətən müəllim görəndə ki, şagird qiymətini yaxşılaşdırmağa çalışır, ona kömək edir» (Makkenzi).

Xülasə: Qiymətlərim pisdirsə, nə edim?

  1. Bütün dərslərə gir.

  2. Dərsi qavramağa çalış.

  3. Aldatma.

  4. Əvvəlcə ev tapşırıqlarını et.

  5. Kömək istə.

a Dərslərini yerinə yetirməklə bağlı məsləhətlər üçün «Gənclərin sualları. Dərslərimi necə çatdırım?» adlı məqaləyə bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş