OYAQ QALIN!
Rusiya—Ukrayna müharibəsi və din. Müqəddəs Kitabda bu barədə nə deyilir?
Görün din rəhbərlərinin Ukraynada gedən müharibəyə münasibəti barədə nə deyilir:
«Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Rusiyanın Ukraynaya təcavüzünə qarşı heç nə deməyib... Onun başçılıq etdiyi kilsənin Ukrayna ilə bağlı sistematik təbliğat kampaniyası müharibəyə haqq qazandırmaq üçün Putin tərəfindən istifadə edilir» («EUobserver», 7 mart 2022-ci il).
«Rusiyanın Ukraynaya hücumuna haqq qazandıran ən güclü dəlil qismində... Patriarx Kirill bu münaqişənin günaha qarşı mübarizənin bir hissəsi olduğunu gətirib» («AP News», 8 mart 2022-ci il).
«Ukrayna Pravoslav Kilsəsinin rəhbəri Kiyev Mitropoliti I Epifani bazar ertəsi xalqına “rus işğalçılarına qarşı döyüşmək” üçün xeyir-dua verdi... [O] həmçinin bildirdi ki, rus əsgərlərini öldürmək günah deyil» («Jerusalem Post», 16 mart 2022-ci il).
«Biz [Ukraynanın Kilsələr və Dini Qurumlar Şurası (UKDQŞ)] Ukraynanın silahlı qüvvələrini və bizim müdafiəmizdə duran digərlərini dəstəkləyir, Ukraynanı təcavüzkardan müdafiə etmələrinə xeyir-dua verir və onlar üçün dua edirik» («UKDQŞ-nına bəyanatı, 24 fevral 2022-ci il»)
Necə fikirləşirsiniz, İsa Məsihin davamçısı olduqlarını iddia edən dinlər öz üzvlərini müharibədə iştirak etməyə təşviq etməlidir? Bəs Müqəddəs Kitabda bu barədə nə deyilir?
Tarix boyu dinin müharibələrdə rolu
Tarix göstərir ki, dinlər üzdən özlərini sülhə can atırmış kimi göstərsə də, əslində, çox vaxt müharibələrə göz yumur, onlara haqq qazandırır və ya özləri müharibələrin səbəbkarı olurdu. Yehovanın Şahidləri uzun illərdir ki, dinlərin bu cür ikiüzlüyünü ifşa edir. Gəlin nəşrlərimizdə gətirilən bəzi nümunələrə baxaq.
«Xaç yürüşləri — faciəvi illüziya» (türk.) məqaləsində izah olunur ki, Allah və İsa Məsih naminə törədilən kütləvi qırğınlara görə Roma Katolik Kilsəsi məsuliyyət daşıyırdı.
«Katolik kilsəsi Afrikada» (türk.) məqaləsində dinin qəbilələrarası müharibələrin, hətta soyqırımın qarşısını almadığı göstərilir.
«Günahkar dindir?» (türk), «Dinin müharibələrdə rolu» (ing.) və «Din tərəf tutur» (ing.) məqalələrində katolik, pravoslav və protestant din xadimlərinin bir çox müharibələr zamanı hər iki tərəfə necə dəstək olduqlarından danışılır.
Məsihin davamçıları müharibələri dəstəkləməlidirlər?
İsa öyrədirdi: «Başqasını özünü sevdiyin kimi sev» (Mətta 22:39). «Düşmənlərinizi həmişə sevin» (Mətta 5:44—47).
Düşünün. İsanın məhəbbətlə bağlı əmrinə tabe olduğunu iddia edən hər hansı bir din eyni zamanda öz üzvlərini başqalarını müharibədə öldürməyə çağıra bilər? Bu sualın cavabını öyrənmək üçün «Əsl məsihilər və müharibə» (ing.) və «İnsan düşmənini sevə bilər?» (türk.) adlı məqalələri oxuyun.
İsa öyrədirdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm» (Yəhya 18:36). «Qılınc götürən hər kəs qılıncdan öləcək» (Mətta 26:47—52).
Düşünün. Əgər məsihilərə İsa Məsihi müdafiə etmək üçün belə əllərinə silah götürmək qadağan idisə, məgər onlara başqa hansısa səbəbə görə əllərinə silah götürmək olar? «Məsihilər müharibədə iştirak etməlidir?» (türk.) adlı məqaləni oxuyun və görün İsanın erkən davamçıları onun nümunəsinə və təlimlərinə necə əməl edirdilər.
Müharibələri dəstəkləyən dinlərin aqibəti necə olacaq?
Müqəddəs Kitab öyrədir ki, İsanı təmsil etdiyini iddia edən, amma onun təlimlərinə əməl etməyən dinləri Allah rədd edir (Mətta 7:21—23; Titusa 1:16).
«Vəhy» kitabına əsasən, Allah «yer üzündə qətlə yetirilmişlərin hamısının [qanına]» görə belə dinləri günahkar hesab edir (Vəhy 18:21, 24). Bunun səbəbini öyrənmək üçün «Böyük Babil nədir?» adlı məqaləyə baxın.
İsa demişdi ki, çürük meyvə gətirən ağac kəsilib oda atıldığı kimi, Allahın rədd etdiyi bütün dinlər də pis əməllərinə görə məhv ediləcək (Mətta 7:15—20). «Yalan dinin sonu yaxındır!» məqaləsini oxuyun və görün bu, necə baş verəcək.
Photo credits, left to right: Photo by Sefa Karacan/Anadolu Agency/Getty Images; Maxym Marusenko/NurPhoto via Getty Images
a Ukraynanın Kilsələr və Dini Qurumlar Şurasına (UKDQŞ) pravoslav, yunan, Roma Katolik, protestant və yevangelist konfessiyalarını təmsil edən 15 kilsə, eləcə də yəhudi və müsəlman dini təşkilatları daxildir.