Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 6
  • Niyə valideynlərim əylənməyə imkan vermir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Niyə valideynlərim əylənməyə imkan vermir?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Niyə valideynlərim həmişə «yox» deyir?
  • Valideynlərimdən «hə» cavabı almaq üçün nə edə bilərəm?
  • Niyə valideynlərim məni əylənməyə qoymur?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Valideynlərimin etibarını necə qazana bilərəm?
    Gənclərin sualları
  • Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?
    Gənclərin sualları
  • Evdə qaydaların qoyulması şərtdir?
    Gənclərin sualları
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 6
Gənc oğlan valideynləri ilə söhbət edir. Onun yanındakı danışıq balonu videooyun pultunu, gənclərin partidə rəqs etdiyini və skeytbordu göstərir. Valideynləri qollarını çarpazlayıb qaşlarını çatırlar.

GƏNCLƏRİN SUALLARI

Niyə valideynlərim əylənməyə imkan vermir?

Dostların səni həftəsonu partiyə dəvət ediblər. Valideynlərindən icazə istəyirsən, amma onlar deyir: «Yox, vəssalam». Sən buna təəccüblənmirsən. Çünki keçən dəfə də eyni cavabı almışdın.

Bu məqalədə

  • Niyə valideynlərim həmişə «yox» deyir?

  • Valideynlərimdən «hə» cavabı almaq üçün nə edə bilərəm?

  • Həmyaşıdların nə deyir?

Niyə valideynlərim həmişə «yox» deyir?

Əgər valideynlərin hər istəyinə «yox» deyirlərsə, düşünə bilərsən ki, onlar sənin əylənməyini istəmirlər.

Mari adlı bir gənc təzə telefon alanda bu cür düşünürdü. O deyir: «Atam çoxlu qaydalar qoyurdu: telefonuma hansı tətbiqləri yükləyə bilərəm, kimlərlə və saat neçəyə kimi söhbət edə bilərəm. Dostlarım isə ürəkləri istəyəni edə bilirdilər».

Düşün: Marinin atası doğrudan onun əylənməsini istəmirdi? Bəlkə o, nəyəsə görə narahat idi?

Maşın yolda gedir. Yol qırağındakı nişanda sürət həddi «50» göstərilir. Maşının içindəki spidometr maşının saatda 50km sürətlə getdiyini göstərir.

Sürət həddi azadlığını müəyyən dərəcədə məhdudlaşdırsa da, səni baş verə biləcək təhlükədən qoruyur; eyni şeyi valideynlərin qoyduğu qaydalarla bağlı da demək olar.

Məsləhət: Təsəvvür et ki, sən valideynsən və yeniyetmə övladın təzəcə telefon alıb. Səni nələr narahat edərdi? Övladını qorumaq üçün hansı qaydaları qoyardın? Əgər övladın desəydi ki, onun əylənməyini istəmirsən, sən nə cavab verərdin?

«Atam həmişə deyirdi: “Özünü mənim yerimə qoy”. Belə edəndə nəinki atamın qoyduğu qaydaların xeyrini görürdüm, həm də səbəblərini başa düşürdüm. Uşaqlarım olsaydı, atamın məndən gözlədiklərini mən də onlardan gözləyərdim» (Tanya).

Valideynlərimdən «hə» cavabı almaq üçün nə edə bilərəm?

Oğlan qollarını çarpazlayıb, qulağından tüstü çıxır.

Bunları etmə: Küsmə, deyinmə, söz güləşdirmə.

Oğlan qollarını çarpazlayıb, qulağından tüstü çıxır.

«Qışqır-bağır salmaqla heç nə əldə etməyəcəksən. Əksinə, özünü də, valideynləri də yoracaqsan. Söz güləşdirsən, valideynlərin düşünəcəklər ki, sən hələ böyüməmisən, səni sərbəst buraxmaq olmaz» (Riçard).

Bunu et: Tez cavab vermə. Vəziyyətə valideynlərinin tərəfindən bax. Problem nədədir: onlar sənə güvənmirlər, yoxsa gedəcəyin məkana və əhatəndə olacaq insanlara? Bəlkə, bu məsələni valideynlərinlə sakitcə müzakirə edəsən və onların nəyə görə icazə vermədiyini başa düşəsən?

Lampa

Məsləhət: Valideynlərinlə danışanda onların narahat olmaması üçün məntiqli arqumentlər gətir. Amma onlar yenə də «yox» desələr, ən azından sənin nə düşündüyü başa düşəcəklər. Ola bilsin, sən də onların nə düşündüyünü anlayacaqsan.

«Valideynlərim adətən yaxşı niyyətdən irəli gələrək qayda qoyurdular. Onlar əylənməyimə qarşı deyildilər. Sadəcə istəyirdilər ki, zərərsiz əyləncə seçim, durduq yerə başıma iş açmayım» (Ayve).

Müqəddəs Kitab prinsipi: «Axmaq adam hirsini ortaya tökər, hikmətli isə təmkinini pozmayıb sakit qalar» (Məsəllər 29:11).

Gənc qız gecənin yarısı mesajlaşır və sosial şəbəkələrdən istifadə edir.

Bunu etmə: Valideynlərindən gizlin bir iş görmə.

Gənc qız gecənin yarısı mesajlaşır və sosial şəbəkələrdən istifadə edir.

«Atamın telefonla bağlı qoyduğu qaydalara məhəl qoymurdum. Onun xəbəri olmadan gecə yarısı dostlarımla yazışırdım, onun qadağan elədiyi tətbiqləri yükləyirdim. Bunun üstü açılsaydı, mənə daha sərt qadağalar qoyardı, çünki daha mənə etibar etməzdi. Bu cür davranmaq ağılsızlıqdır» (Mari).

Bunu et: Valideynlərinə göstər ki, onların qoyduğu qaydalara əməl edib etibarlarını qazanmağa çalışırsan.

Lampa

Məsləhət: Valideynlərin «Qonaqlıqda kimlər olacaq?», «Evdə neçədə olacaqsan?» kimi konkret suallar verəndə konkret və doğru cavablar ver. Qeyri-dəqiq cavablarla onların etibarını qazana bilməzsən.

«Səbirli ol. Valideynlərinə qoyduqları qaydaya dəyişiklik etməyə vaxt lazım gələ bilər. Amma onlar görsələr ki, qoyduqları qaydalara əməl edirsən, onda ola bilsin, sənə daha çox sərbəstlik verəcəklər» (Melinda).

Müqəddəs Kitab prinsipi: «Hər şeydə valideynlərinizin sözünə qulaq asın» (Koloslulara 3:20).

Gənc oğlan valideynlərinə yalvarır. Yanındakı danışıq balonunda üç gənc göstərilir.

Bunu etmə: Valideynlərinə təzyiq göstərib demə: «Hamı uşağına icazə verir, sizsə yox».

Gənc oğlan valideynlərinə yalvarır. Yanındakı danışıq balonunda üç gənc göstərilir.

«Elə düşünmə ki, təkid etməklə vəziyyət daha yaxşı olacaq və istədiyini əldə edəcəksən» (Natali).

Bunu et: «Qaydalar haqda fikirlər» adlı çalışma vərəqəsi sənə məsələni valideynlərinlə müzakirə etməyə kömək edəcək.

Lampa

Məsləhət: Çalış valideynlərinlə onlara rahat olan vaxtda söhbət edəsən, onlar işdən evə gələn kimi və ya məşğul olanda yox.

«Valideyn görmək istəyir ki, sən düzgün qərar verə bilirsən. Mən valideynlərimlə danışanda çalışıram, fikrimi hisslərə əsasən yox, məntiqli şəkildə ifadə edim» (Cozef).

Müqəddəs Kitab prinsipi: «Atana və anana hörmət et» (Efeslilərə 6:2).

Həmyaşıdların nə deyir?

  • İzabella.

    «Mən başa düşdüm ki, ailədə hər şeyin yolunda getməsi üçün qaydalar mütləq olmalıdır. Bunları qayda adlandırsaq da, bizim üçün əsl müdafiədir. Ailədə qoyulan hansısa qayda sərt görünürsə, deməli, bəzi şeylərlə bağlı valideynlərin ciddi narahatlığı var» (İzabella).

  • Maykl.

    «Düşünürəm ki, qaydalarla böyüyən gənclər yetkin yaşa çatanda daha yaxşı insan olurlar. Mənalı yaşamaq istəyiriksə, azadlığımızın sərhədləri olmalıdır. Bunların sayəsində məsuliyyətli olmağı və sonradan peşman olacağımız əməllərdən uzaq durmağı öyrənirik» (Maykl).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş