Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 57
  • Bacı-qardaşınla yola gedirsən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bacı-qardaşınla yola gedirsən?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • «Mehriban düşmənlər»
  • Sülhü qorumağın iki səbəbi
  • Doğma bacı-qardaşlarımla necə yola gedə bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • İsa evli idi? İsanın doğma bacı-qardaşı var idi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Bizim bacı-qardaşlarımız kimlərdir?
    Böyük Müəllimdən öyrən
  • Ailədə
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Gənclərin sualları
ijwyp məqalə 57
Bacı-qardaş pizza bişirir

GƏNCLƏRİN SUALLARI

Bacı-qardaşınla yola gedirsən?

  • «Mehriban düşmənlər»

  • Sülhü qorumağın iki səbəbi

  • Həmyaşıdların nə deyir?

«Mehriban düşmənlər»

Bəzən bacı-qardaşları «mehriban düşmənlər» adlandırmaq olar. Onlar bir-birlərini çox istəyir, amma bəzən bir-birlərini görməyə gözləri olmur. Helena adlı 18 yaşlı gənc deyir: «Balaca qardaşım məni qıcıqlandırır. O, məni özümdən çıxarmaq üçün nə deyəcəyini, edəcəyini çox yaxşı bilir».

Bəzi bacı-qardaşlar mübahisəni həll etmək üçün söhbət edib, bir-biriləri ilə dil tapır. Məsələn:

  • Bir otaqda qalan iki qardaş arasında şəxsi həyatla bağlı mübahisə düşə bilər. Vəziyyəti necə düzəltmək olar? Onlar güzəştə getməyi öyrənməli və bir-birlərinin ehtiyaclarını nəzərə almalıdırlar. Luka 6:31 ayəsindəki prinsipə uyğun davranın.

  • İki bacı arasında bir-birlərinin paltarlarını icazəsiz geyinmək üstündə dava düşə bilər. Vəziyyəti necə düzəltmək olar? Məsələni müzakirə edib, sərhəd qoymaq lazımdır. 2 Timutiyə 2:24 ayəsindəki prinsipə uyğun davranın.

Bəzi vəziyyətlərdə bacı-qardaşlar arasında ciddi problemlər olur və bunun axırı heç də yaxşı qurtarmaya bilər. Gəlin Müqəddəs Kitabda yazılmış iki nümunəyə nəzər salaq.

  • Məryəmlə Harunun qardaşları Musaya paxıllıq etmələri faciə ilə qurtardı. Saylar 12:1—15 ayələrindəki hadisəni oxu. Özündən soruş: «Bacı-qardaşıma qarşı paxıllıq etməmək üçün nə edə bilərəm?»

  • Qabil qardaşı Habilə əsəbiləşdi və axırda onu öldürdü. Yaradılış 4:1—12 ayələrindəki hadisəni oxu. Özündən soruş: «Bacı-qardaşıma qəzəblənməmək üçün nə edə bilərəm?»

Sülhü qorumağın iki səbəbi

Bacı-qardaşınla yola getmək nə qədər çətin olsa da, ən azı, iki səbəbə görə sülhə can atmağa dəyər.

  1. Bu, yetkinliyin əlamətidir. Aleks adlı gənc deyir: «Mən bir saniyənin içində iki balaca bacıma əsəbləşirdim. Amma indi onlara qarşı sakit və səbirliyəm. Yəqin fikirləşirsiniz ki, mən artıq böyümüşəm».

    Müqəddəs Kitabda yazılıb: «Özündən tez çıxmayan bəsirət sahibidir, hövsələsiz isə səfehliyini nümayiş etdirər» (Məsəllər 14:29).

  2. Bu, gələcək üçün təcrübədir. Əgər sən bacı-qardaşının qeyri-kamilliyinə dözə bilmirsənsə, onda sabah həyat yoldaşınla, iş yoldaşlarınla, müdirinlə və ya ətrafındakı digər insanlarla necə yola gedəcəksən?

    Həyatın gerçəkliyi: Gələcəkdə quracağın münasibətlərin uğurlu olması üçün gərək ünsiyyət etmək və dil tapmaq bacarığın olsun. Bu qabiliyyətə yiyələnmək üçün ailədən yaxşı yer ola bilməz.

    Müqəddəs Kitabda yazılıb: «Əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:18).

Bacı-qardaşınla arandakı problemi həll etmək üçün kömək istəyirsən? Elə isə «Həmyaşıdların nə deyir?» yarımbaşlığını oxu və «Bacı-qardaşınla yola gedirsən?» adlı çalışma vərəqini tamamla.

Həmyaşıdların nə deyir?

Cesika

«Mənim üç bacım var. Onlarla yaxşı münasibəti qoruyub saxlamaq heç də asan olmur. Eyni zamanda bilirəm ki, məni hamıdan yaxşı tanıyan da onlardır, həmişə yanımda olan da» (Cesika).

Tayler

«Dəfələrlə qardaşımla bir-birimizi əsəbiləşdirmişik. Amma mən onu çox istəyirəm. O, həmişə mənə arxa-dayaq olub. Mən onun dözümünə heyranam. Heç vaxt təslim olmur. Hətta həmişə gözlədiyimdən də artığını edir mənim üçün» (Tayler).

Kameo

«Ətrafımda insanların olmasını çox sevirəm. Yaxşı ki iki balaca qardaşım var. Onlarla oturub-durmağın sayəsində oğlanlarla yola getməyi öyrənmişəm. Belə gözəl qardaşlarım olduğu üçün çox şanslıyam» (Kameo).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş