Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 118
  • Əhd sandığı nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əhd sandığı nədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Səkkiz nəfər sağ qalır
    Müqəddəs Kitab dünyasına səyahət
  • Böyük Daşqın
    Müqəddəs Kitab hekayələri
  • Nuhun gəmisi tapılıbmı?
    Gözətçi qülləsi 2009
  • Nuhun gəmisi
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 118
Əhd sandığı

Əhd sandığı nədir?

Müqəddəs Yazıların cavabı

Əhd sandığı qədim zamanlarda İsraildə Allahın göstərişi ilə düzəldilmiş müqəddəs sandıq idi. İki daş lövhə üzərində yazılmış On əmr, yəni «Şəhadət lövhələri» bu əhd sandığında saxlanılırdı (Çıxış 25:8—10, 16; 31:18).

  • Düzəldilməsi. Sandığın uzunluğu 2,5 qulac, eni 1,5 qulac, hündürlüyü 1,5 qulac idi (111 x 67 x 67 sm; 44 x 26 x 26). Sandıq akasiya ağacından düzəldilmişdi. Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkilmişdi. Kənarlarına qızıldan naxışlı haşiyə vurulmuşdu. Sandığın qapağı xalis qızıldan idi. Qapağın hər iki qırağında döymə qızıldan kərrub düzəldilib qoyulmuşdu. Kərrubların qanadları yuxarıya tərəf açılıb, qapağın üstünü örtürdü. Onlar qarşı-qarşıya qoyulmuşdu, üzləri isə qapağa baxırdı. Qızıldan dörd ədəd tökmə halqa düzəldib, sandığın dörd ayağının üstünə bərkidilmişdi. Akasiya ağacından şüvüllər düzəldilib üstü qızılla örtülmüşdü. Sandığı daşımaq üçün şüvüllər sandığın yan tərəflərindəki halqalardan keçirilmişdi (Çıxış 25:10—21; 37:6—9).

  • Saxlanıldığı yer. Sandıq Hüzur çadırında Ən müqəddəs yerdə saxlanılırdı. İbadət üçün olan bu çadır Əhd sandığı ilə eyni vaxtda düzəldilmişdi. Ən müqəddəs yer kahinlər və xalq görməsin deyə pərdə ilə örtülmüşdü (Çıxış 40:3, 21). Ora yalnız baş kahin girə bilərdi, o da ildə bir dəfə Kəffarə günü girə və Əhd sandığını görə bilərdi (Lavililər 16:2; İbranilərə 9:7). Sonralar Əhd sandığı Süleymanın məbədinin Ən müqəddəs yerinə qoyuldu (1 Padşahlar 6:14, 19).

    Məbədin Ən Müqəddəs yerində olan Əhd sandığı
  • Düzəldilməsində məqsəd. Əhd sandığında israillilərə Allahın Sina dağında onlarla bağladığı əhdi xatırladan əşyalar saxlanılırdı. Sandıq həmçinin Kəffarə günü böyük rol oynayırdı (Lavililər 16:3, 13—17).

  • İçindəkilər. Əvvəlcə sandığın içinə On əmr yazılmış daş lövhələr qoyulmuşdu (Çıxış 40:20). Sonra isə oraya içərisində manna olan qızıl qab və «Harunun tumurcuqlamış əsası» qoyuldu (İbranilərə 9:4; Çıxış 16:33, 34; Saylar 17:10). Əhd sandığı sonralar məbədə gətiriləndə qab və əsa artıq orada yox idi (1 Padşahlar 8:9).

  • Daşınması. Lavililər Allahın sandığını akasiya ağacından düzəldilmiş şüvüllərdən tutub çiyinlərində daşıyırdılar (Saylar 7:9; 1 Salnamələr 15:15). Lavililər heç bir vəchlə Əhd sandığına toxunmamalı idilər, ona görə də şüvüllər həmişə halqalarda qalırdı (Çıxış 25:12—16). Yola çıxanda Əhd sandığının üstünü Müqəddəs yerlə Ən müqəddəs yeri ayıran arakəsmə pərdəsi ilə örtürdüləra (Saylar 4:5, 6).

  • Nəyi təmsil edirdi? Əhd sandığı Allahın Öz xalqı ilə olmasının nişanı idi. Misal üçün, Ən müqəddəs yerdə olan Əhd sandığının və israillilərin düşərgələrinin üstündə duran bulud Yehovanın onlarla olduğunu və onlara bərəkət verdiyini göstərirdi (Lavililər 16:2; Saylar 10:33—36). Həmçinin Müqəddəs Kitabda deyilir ki, Yehova «kərrublar üzərində taxt» qurub. Buna görə də sandığın üstündə iki kərrub təsviri var idi (1 İşmuil 4:4; Zəbur 80:1). Beləcə, bu kərrublar Yehovanın arabasını təmsil edirdi (1 Salnamələr 28:18). Sandığın mənasını başa düşdüyü üçün Davud padşah yazmışdı ki, sandıq Siona gətiriləndən sonra Yehova orada yaşayır (Zəbur 9:11).

  • Adları. Müqəddəs Kitabda bu müqəddəs sandıq «Şəhadət sandığı», «Əhd sandığı», «Yehovanın sandığı» və «Yehovanın qüdrətinə dəlalət edən sandıq» adlanır (Saylar 7:89; Yuşə 3:6, 13; 2 Salnamələr 6:41).

    Sandığın qapağı «Kəffarə otağı» adlanır (1 Salnamələr 28:11). Bu ifadə həmin sandığın Kəffarə günündə oynadığı xüsusi rolu bildirir. O gün baş kahin qurban gətirilən heyvanın qanını Əhd sandığının qarşısında damcıladırdı. Belə etməklə baş kahin «özü və evi üçün, eləcə də bütün İsrail icması üçün» günahları kəffarə edir və ya örtürdü (Lavililər 16:14—17).

Bəs indi Əhd sandığı var?

Onun hələ də mövcud olub-olmadığına dair heç bir dəlil yoxdur. Müqəddəs Kitabda göstərilir ki, bir müddət sonra Əhd sandığına ehtiyac olmadı, çünki bu əhd İsa Məsihin qurbanlığına əsaslanan «yeni əhd»lə əvəz edildi (Ərəmya 31:31—33; İbranilərə 8:13; 12:24). Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, gün gələcək Əhd sandığı artıq mövcud olmayacaq və Allahın xalqı onun xiffətini çəkməyəcək (Ərəmya 3:16).

Yeni əhd qüvvəyə minəndən sonra həvari Yəhya görüntüdə göydə peyda olan Əhd sandığını görmüşdü (Vəhy 11:15, 19). Bu simvolik sandıq Allahın Öz xalqı ilə olduğunu və yeni əhdə əsasən verdiyi nemətləri təmsil edir.

Əhd sandığı sehrli gücə malik idi?

Xeyr. Əhd sandığı uğur gətirmək gücünə malik deyildi. Misal üçün, israillilər Ay şəhərinin əhalisi ilə döyüşəndə düşərgələrində Əhd sandığı olsa da, məğlub oldular, çünki israillilərdən biri sədaqətsizlik göstərmişdi (Yuşə 7:1—6). Sonralar onlar filiştlilərdən müdafiə olunmaq üçün Əhd sandığını döyüş meydanına gətirdilər. Kahin Hüfni və Fənhasın etdiyi pis hərəkətlər ucbatından israillilər məğlub oldu (1 İşmuil 2:12; 4:1—11). Filiştlilər Əhd sandığını müharibədə ələ keçirdi, ancaq Əhd sandığını israillilərə qaytarana qədər Allah onlara bəlalar yağdırdı (1 İşmuil 5:11—6:5).

Əhd sandığının hekayəsi

İl (B.e.ə.)

Hadisə

1513

Bəsalil və köməkçisi israillilərin onlara verdiyi materiallardan sandıq düzəldirlər (Çıxış 25:1, 2; 37:1).

1512

Musa peyğəmbər Hüzur çadırının açılışını və kahinlik vəzifəsini elan edir (Çıxış 40:1—3, 9, 20, 21).

1512—1070-ci illərdən sonra

Müxtəlif yerlərə köçürlər (Yuşə 18:1; Hakimlər 20:26, 27; 1 İşmuil 1:24; 3:3; 6:11—14; 7:1, 2).

1070-ci ildən sonra

Davud Yerusəlimin padşahı olur (2 İşmuil 6:12).

1026

Süleymanın məbədi Yerusəlimə köçürülür (1 Padşahlar 8:1, 6).

642

Yuşiyyə padşah məbədi yenidən açırb (2 Salnamələr 35:3).

607-ci ildən əvvəl

Ehtimal ki, məbəddən çıxarılır. B.e.ə. 607-ci ildə Babillilər məbəddəki əşyaları ələ keçirəndə onların arasında Əhd sandığı yox idi (2 Padşahlar 25:13—17; Üzeyir 1:7—11).

63

Roma hərbi və siyasi xadimi Pompey Yerusəlimə hücum edib Ən Müqəddəs yeri ələ keçirəndə Əhd sandığı orada olmurc.

a İsraillilər Allahın Əhd sandığının daşınması və örtük çəkilməsi ilə bağlı verdiyi qanunlara riayət etməyəndə faciə ilə üzləşirdilər (1 İşmuil 6:19; 2 İşmuil 6:2—7).

b Müqəddəs Kitabda nə vaxt, niyə və ya kim tərəfindən ələ keçirildiyi deyilmir.

c «The Histories, by Tacitus», V kitab, 9-cu abzasa baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş