Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 123
  • Allah-Taala hər yerdədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah-Taala hər yerdədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Müqəddəs ruh nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allahla necə dost ola bilərik?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allah real şəxsiyyətdirmi?
    Gözətçi qülləsi 2009
  • Yehova Allah barədə nə bilirik?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 123
Ulduzlu səma və üfüqdə görünən günəş

Allah-Taala hər yerdədir?

Müqəddəs Yazıların cavabı

Allah hər şeyi görməyə qadirdir və O, istədiyi hər yerdə ola bilər (Məsəllər 15:3; İbranilərə 4:13). Lakin Müqəddəs Kitabda deyilmir ki, Allah hər yerdə və hər şeydədir. Orada deyilir ki, O, bir Varlıqdır və Onun yaşadığı məkan var.

  • Allahın təsviri. Allah ruhdur (Yəhya 4:24). O gözəgörünməzdir (Yəhya 1:18). Müqəddəs Kitabda qələmə alınan ilahi görüntülərdə Allahın konkret məkanı olduğu təsvir edilir. Amma orada yazılmayıb ki, O, hər yerdədir (Əşiya 6:1, 2; Vəhy 4:2, 3, 8).

  • Allahın məkanı. Allah fiziki aləmdən fərqli aləmdə, ruhani aləmdə yaşayır. Allahın Kəlamında deyilir ki, Onun göylərdə məskəni var (1 Padşahlar 8:30). Müqəddəs Kitabda mələklərin «Yehovanına hüzuruna gəldi»yi deyilir, deməli, Allahın Özünün konkret məkanı var (Əyyub 1:6).

Əgər Allah hər yerdə mövcud deyilsə, onda şəxsən mənim qeydimə qala bilər?

Əlbəttə. Allah hər kəsin qeydinə ayrı-ayrılıqda qalır. O, ruhani aləmdə yaşasa da, yer üzündə səmimi-qəlbdən Onun yolunu tutan kəslərə nəzər salır və onların rifahı üçün çalışır (1 Padşahlar 8:39; 2 Salnamələr 16:9). Gəlin görək Yehova Allah Ona ürəkdən ibadət edənlərə necə yanaşır:

  • Dua edəndə. İnsan dua edən an Yehova onu dinləyir (2 Salnamələr 18:31).

  • Kədərli olanda. «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəbur 34:18).

  • Nəsihətə ehtiyac duyanda. Yehova Öz Kəlamı olan Müqəddəs Kitab vasitəsilə insanı öyrədir və nəsihət verir (Zəbur 32:8).

Allahın hər yerdə olduğu ilə bağlı yanlış fikirlər

Səhv. Yaradılmış hər şeydə Allah var.

Doğru. Allah nə yer kürəsində, nə də fiziki kainatın heç bir yerində məskunlaşmayıb (1 Padşahlar 8:27). Təbii ki, ulduzlar və yaratdığı digər şeylər «Allahın əzəmətini bəyan edir» (Zəbur 19:1). Amma rəssam çəkdiyi rəsm əsərində yaşamadığı kimi, Yehova da yaratdıqlarında yaşamır. Bununla belə, rəsm əsəri onu çəkən rəssam haqqında insana çox şeyi deyir. Eynilə də gördüyümüz fiziki aləm Yaradanın «gözəgörünməz keyfiyyətləri»ndən, məsələn, Onun qüdrətindən, hikmətindən və məhəbbətindən xəbər verir (Romalılara 1:20).

Səhv. Allah hər yerdə mövcud olmalıdır ki, hər şeydən agah olsun və hər şeyə qadir olsun.

Doğru. Allahın müqəddəs ruhu Onun daima hərəkətdə olan qüvvəsidir. Müqəddəs ruh vasitəsilə Allah gözə görünmədən hər yerdə, hər zaman hər işi görə bilir və hər işdən agahdır (Zəbur 139:7).

Səhv. Zəbur 139:8 ayəsində Allahın hər yerdə olduğu deyilir: «Əgər göylərə çıxsam, Sən oradasan, yerimi Məzarda salsam, orada da məni taparsan».

Doğru. Bu ayədə Allahın məskənindən söhbət getmir. Orada poetik dillə bu fikir nəzərdə tutulur: elə bir yer yoxdur ki, Allah oradan bizə kömək edə bilməsin.

a Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş