Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 62
  • Nəyə görə yeni dil öyrənmək lazımdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə yeni dil öyrənmək lazımdır?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə lazımdır?
  • Hansı çətinlikləri var?
  • Hansı faydaları var?
  • ‘Pak dildə’ səlismi danışırsan?
    Gözətçi qülləsi 2008
  • Əcnəbilərə təbliğ etməliyik
    Müqəddəs ibadətimiz 2009
  • Valideynlər, övladlarınıza kömək edin
    Gözətçi qülləsi 2017
  • Bütün yer üzündə bir dildə danışırdılar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 62
İnsan dil öyrənir

GƏNCLƏRİN SUALLARI

Nəyə görə yeni dil öyrənmək lazımdır?

Yeni dil öyrənəndə sənin özünü idarə etmək qabiliyyətin və təvazökarlığın sınanır. Bəs dil öyrənməyə dəyər? Bir çox gənc bu suala bəli cavabını verir. Bu məqalədə onların nəyə görə belə düşündükləri izah edilir.

  • Nəyə görə lazımdır?

  • Hansı çətinlikləri var?

  • Hansı faydaları var?

  • Həmyaşıdların nə deyir?

Nəyə görə lazımdır?

Çoxları tədris proqramına daxil olduğu üçün məktəbdə yeni dil öyrənir. Digərləri isə özləri dil öyrənməyə təşəbbüs göstərir. Misal üçün:

  • Avstraliyada yaşayan Anna adlı gənc qız anasının doğma dili olan latış dilini öyrənməyə qərar verib. O deyir: «Ailəlikcə Latviyaya qonaq getməyi planlaşdırırıq. Mən istəyirəm ki, oradakı qohumlarımla ünsiyyət edə bilim».

  • Birləşmiş Ştatlarda yaşayan Cina adlı Yehovanın Şahidi Amerika jest dilini öyrənib və xidmətini genişləndirmək üçün Belizə köçüb. O bölüşür: «Eşitmə qüsuru olan insanlar yalnız jestlərlə ünsiyyət edə bilirlər. Mən onlara deyəndə ki, Müqəddəs Kitab təlimlərini onlara öyrətmək üçün Amerika jest dilini öyrənirəm, onlar çox sevinirlər».

Bilirsən? Müqəddəs Kitabda Allahın Padşahlığı haqda xoş xəbərin «hər xalqa, tayfaya, dilə» çatdırılacağına dair peyğəmbərlik var (Vəhy 14:6). Yehovanın Şahidi olan bir çox gənc xidmətlərini genişləndirib başqa ölkəyə köçmək üçün yeni dil öyrənirlər. Bununla da bu peyğəmbərlik yerinə yetir.

Hansı çətinlikləri var?

Yeni dil öyrənmək asan deyil. Korina adlı yeniyetmə deyir: «Düşünürdüm ki, sadəcə yeni sözlər öyrənəcəyəm, ancaq başa düşdüm ki, mən həm yeni mədəniyyət öyrənirəm, həm də fərqli düşünməyə başlayıram. Dil öyrənmək çox vaxt alır».

Bunun üçün həm də təvazökar olmaq lazımdır. İspan dilini öyrənən Ceyms deyir: «Sən özünə gülməyi bacarmalısan, çünki çox səhvlər edəcəksən. Dil öyrənəndə səhvlər etməyin normaldır».

Yadda saxla. Əgər maneələri və nadir hallarda yaranan utandırıcı səhvləri aradan qaldırsan, dili daha rahat öyrənə bilərsən.

Məsləhət. Başqalarının səndən daha tez dil öyrəndiyinə fikir vermə. Müqəddəs Kitabda deyilir: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qalatiyalılara 6:4).

Hansı faydaları var?

Yeni dil öyrənməyin faydası çoxdur. Misal üçün, Olivia adlı yeniyetmə deyir: «Yeni dil öyrənəndə ünsiyyət dairən genişlənir və yeni dostlar tapırsan».

Meri adlı yeniyetmənin isə yeni dil öyrənməyin sayəsində özünəinam hissi artıb. O deyir: «Nəyi isə öyrənmək mənim üçün çətindir, amma indi dil öyrənirəm və hər dəfə yeni söz öyrəndikcə, daha da həvəslənirəm. Bunun sayəsində özümə qarşı münasibətim yaxşılaşıb».

Yuxarıda adı çəkilən Cina başa düşdü ki, insanlara Allahın Kəlamını jest dilində öyrətmək onun xidmətinə daha da sevinc qatır. O deyir: «Onların dilində danışmağa başlayanda üzlərində yaranan təbəssüm nəyə desən dəyər!»

Yadda saxla. Yeni dil öyrənmək sənə yeni dostlar tapmağa, özünəinam hissini artırmağa kömək edəcək və xidmətinə sevinc qatacaq. Bu, xoş xəbəri «hər xalqa, tayfaya, dilə» çatdırmaq üçün vacibdir (Vəhy 7:9).

Həmyaşıdların nə deyir?

Monika

«Yeni dil öyrənəndə insanı mənfi hisslər bürüyür. Bu mənfi hisslərin öhdəsindən gəlməsən, heç vaxt dil öyrənə bilməyəcəksən. Hətta çətinliklərlə üzləşəndə belə, pozitiv olmaq vacibdir» (Monika).

İtan

«Dil öyrənmək xəzinə tapmaq üçün yer qazmağa bənzəyir. Saatlarla əziyyət çəkirsən, ancaq nəticə gözə çarpmır. Bununla belə, məqsədinə daha da yaxınlaşırsan. Əgər dil öyrənmək üçün əlindən gələni etsən, xəzinəni tapacaqsan» (İtan).

Cesika

«Ən böyük mükafat axırda həmin dildə danışan insanlarla ünsiyyət edə bilməkdir. Onda başa düşürsən ki, indiyə kimi sərf etdiyin vaxt və səylər hədər getməyib» (Cesika).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş