Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwhf məqalə 4
  • Uşaqlarınızla spirtli içki barədə danışın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqlarınızla spirtli içki barədə danışın
  • Ailələrə komək
  • Başlıqlar
  • Oxşar material
  • Nəyi bilməlisiniz?
  • Nə edə bilərsiniz?
  • İçki içmək məsələsində tarazlığı qoru
    Gözətçi qülləsi 2005
  • Yehovanın spirtli içkiyə baxışını mənimsəyin
    Gözətçi qülləsi 2023
  • Spirtli içkiyə düzgün münasibət
    Gözətçi qülləsi 2010
  • Məsihilərin spirtli içkiyə münasibəti
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Ailələrə komək
ijwhf məqalə 4
Balaca qız valideynlərinin spirtli içki içdiyini görür

AİLƏLƏRƏ KÖMƏK

Uşaqlarınızla spirtli içki barədə danışın

«Qızımızla ilk dəfə spirtli içki barədə danışanda onun cəmi altı yaşı var idi. Çox təəccübləndik ki, o, bu haqda bizim zənn etdiyimizdən daha çox şey bilirmiş» (Aleksandr).

  • Nəyi bilməlisiniz?

  • Nə edə bilərsiniz?

  • Müqəddəs Kitabda spirtli içki barədə nə deyilir?

Nəyi bilməlisiniz?

Uşaqlarla spirtli içki barədə danışmaq çox vacibdir. Övladınızın yeniyetmə yaşa çatmasını gözləməyin. Rusiyada yaşayan Hamit adlı ata deyir: «Kaş ki, oğlumuzla spirtli içkinin istifadəsi barədə daha az yaşında danışardıq. Bunun nə qədər vacib olduğunu acı təcrübədən öyrəndim. Sən demə, oğlum 13 yaşından bəri vaxtaşırı spirtli içki içirmiş».

Nəyə görə narahat olmalısan?

  • Sinif yoldaşları, reklamlar və televiziya uşağın spirtli içkiyə baxışına təsir edə bilər.

  • ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, Birləşmiş Ştatlarda spirtli içki qəbul edənlərin 11 faizi azyaşlılardır.

Təəccüblü deyil ki, səhiyyə rəsmiləri valideynlərə tövsiyə edir ki, uşaqlarını spirtli içkinin təhlükəsi barədə kiçik yaşlardan maarifləndirsinlər. Siz bunu necə edə bilərsiniz?

Nə edə bilərsiniz?

Övladınızın suallarını əvvəlcədən duyun. Balaca uşaqlar hər şeylə maraqlanırlar, böyük uşaqlar isə hər şeylə daha çox maraqlanırlar. Ona görə də yaxşı olar ki, necə cavab verəcəyiniz barədə qabaqcadan hazırlaşasınız. Məsələn:

  • Əgər övladınız spirtli içkinin necə daddığını bilmək istəyirsə, deyə bilərsiniz ki, şərab bir az turş meyvə suyu kimidir, pivə tamam acı dad verir.

  • Əgər övladınız spirtli içkini dadmaq istəyirsə, deyə bilərsiniz ki, spirtli içki uşaqların bədəni üçün çox güclüdür. Onun təsirlərini bildirin: spirtli içki insanı rahat hiss etdirir, amma həddən çox içəndə insanın başı gicəllənir, o, ağılsız hərəkətlər edir və sonradan peşman olacağı sözlər deyir (Məsəllər 23:29—35).

Özünüzü maarifləndirin. Müqəddəs Kitabda deyilir: «Uzaqgörən kamalla oturub-durar» (Məsəllər 13:16). Spirtli içkidən istifadə və ölkənizdəki qayda-qanun məhdudiyyətləri barədə maariflənin. Onda övladınıza kömək etməyə hazır olacaqsınız.

Bu barədə söhbət etmək üçün təşəbbüs göstərin. Britaniyadan olan Mark adlı ata deyir: «Spirtli içki istifadəsi gəncləri çaş-baş sala bilər. Səkkiz yaşlı oğlumdan spirtli içki içməyin doğru və yanlış olduğu barədə nə düşündüyünü soruşdum. Rahat və sərbəst atmosfer yaratdım, bu da ona fikirlərini səmimi şəkildə deməyə kömək etdi».

Əgər spirtli içki barədə bir neçə dəfə söhbət etsəniz, onda övladınızda dərin iz buraxacaqsınız. Övladınızın yaşından asılı olaraq, söhbətlərinizə spirtli içki ilə yanaşı, yol təhlükəsizliyi qaydaları, cinsi münasibətlər kimi həyat dərslərini də əlavə edin.

Nümunə qoyun. Uşaqlar süngər kimi ətraflarındakı hər şeyi içinə çəkirlər. Tədqiqatlar göstərir ki, uşaqlara ən çox valideynləri təsir edir. Bu o deməkdir ki, əgər siz sakitləşmək və stressdən azad olmaq üçün spirtli içkidən istifadə edirsinizsə, onda övladınız düşünəcək ki, həyatın çətinliklərini həll etməyin yolu spirtli içki qəbul etməkdir. Ona görə də yaxşı örnək olun. Spirtli içkidən ağıllı istifadə edin.

Balaca qız görür ki, anası ofisiantın daha çox şərab süzmək təklifini rədd edir

Övladınız spirtli içkidən istifadə etmək məsələsində sizdən örnək götürəcək

Müqəddəs Kitabda spirtli içki barədə nə deyilir?

«[Yehova], insan üçün... ürəyini şənləndirən şərab... yetirirsən» (Zəbur 104:14, 15). Spirtli içki günah deyil, Allahın bəxşişidir.

«Şərab insanı gülünc edər, içki qalmaqal yaradar, onların ucbatından yolunu azan ağılsızdır» (Məsəllər 20:1). Şərab ağılla istifadə olunmalıdır.

«İçki düşkünləri Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:10). Allah spirtli içkidən istifadəni yox, sui-istifadəni mühakimə edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş