Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 159
  • Heyvanlar göyə gedir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Heyvanlar göyə gedir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Heyvanlar öləndə onlarla nə baş verir?
  • Heyvanlar günahlıdır?
  • Heyvanlarla amansız davranmaq düzgündür?
  • Heyvanlar
    Oyanın! 2015
  • Həyat necə meydana gəlib?
    Gözətçi qülləsi 2015
  • Veqan həyat tərzi. Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • «Can» və «ruh» anlayışlarının əsil mənası nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 159
İt

Heyvanlar göyə gedir?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda deyilir ki, məhdud sayda insanlardan başqa, yer üzündəki heç bir varlıq göyə getməyəcək (Vəhy 14:1, 3). Onlar orada İsa Məsihlə birlikdə padşah və kahin kimi rəhbərlik edəcəklər (Luka 22:28—30; Vəhy 5:9, 10). İnsanların əksəriyyəti isə yer üzündəki cənnətdə yaşamaq üçün diriləcəklər (Zəbur 37:11, 29).

Müqəddəs Kitabın heç bir yerində heyvanların göyə getməsi haqda yazılmayıb. Çünki heyvanlar «göylər dəvətinə» çağırılmaq üçün lazımi addımlar ata bilməzlər (İbranilərə 3:1). Bu addımları atmaq üçün bilik əldə etmək, iman göstərmək və Allahın əmrlərinə riayət etmək gərəkdir (Mətta 19:17; Yəhya 3:16; 17:3). Yalnız insanlar əbədi yaşamaq ümidi ilə yaradılıblar (Yaradılış 2:16, 17; 3:22, 23).

Yerdəki varlıqlar göyə getmək üçün dirilməlidirlər (1 Korinflilərə 15:42). Müqəddəs Kitabda bir neçə dirilmədən bəhs edilir (1 Padşahlar 17:17—24; 2 Padşahlar 4:32—37; 13:20, 21; Luka 7:11—15; 8:41, 42, 49—56; Yəhya 11:38—44; Həvarilərin işləri 9:36—42; 20:7—12). Lakin onların hər biri insanlar olub, heyvanlar yox.

  • Heyvanlar öləndə onlarla nə baş verir?

  • Heyvanlar günahlıdır?

  • Heyvanlarla amansız davranmaq düzgündür?

Heyvanlar öləndə onlarla nə baş verir?

Müqəddəs Kitabda deyilir ki, Allahın gözündə heyvanların və insanların həyatı eynidir (Saylar 31:28). Heyvanlar və insanlar iki şeydən yaradılıb: torpaqdan və həyat nəfəsindən (Yaradılış 2:7).

Müqəddəs Kitabda deyilir ki, heyvanlar da, insanlar da ölür (Lavililər 21:11; Hizqiyal 18:20). Onlar torpaqdan yarandıqlarına görə öləndə torpağa da qayıdır (Vaiz 3:19, 20). Başqa sözlə, mövcudluqlarına son qoyulur.

Heyvanlar günahlıdır?

Xeyr. Günah Allahın iradəsinə zidd düşüncə, hiss və əməllərdir. Ona görə də canlı varlıq günah etmək üçün qərarlar verməyi bacarmalıdır, heyvanlarda isə belə bacarıq yoxdur. Onlar, adətən, məhdud həyat müddətlərində instinktə əsasən hərəkət edirlər (2 Butrus 2:12). Həyatları başa çatanda onlar heç bir günahları olmadan ölürlər.

Heyvanlarla amansız davranmaq düzgündür?

Xeyr. Allah insanlara heyvanlar üzərində səlahiyyət versə də, onlarla pis davranmaq ixtiyarı verməyib (Yaradılış 1:28; Zəbur 8:6—8). Allah kiçik quşlar da daxil olmaqla, hər heyvanın qeydinə qalır (Yunus 4:11; Mətta 10:29). O, xidmətçilərinə buyurub ki, heyvanlarla anlayışla davransınlar (Çıxış 23:12; Qanunun təkrarı 25:4; Məsəllər 12:10).

Heyvanlar haqda Müqəddəs Kitab ayələri

Yaradılış 1:28: «Sonra Allah onlara [ilk insanlara] xeyir-dua verərək dedi: “Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun. Dənizdəki balıqların, göydəki qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin”».

Mənası: Allah insanlara heyvanlar üzərində səlahiyyət verib.

Saylar 31:28: «Döyüşə gedən əsgərlərin payına düşən insan, qaramal, eşşək və qoyun-keçinin hər beş yüzdən birini pay olaraq... ayırın».

Mənası: Həm insanlar, həm də heyvanlar canlı varlıqlardır.

Məsəllər 12:10: «Saleh adam heyvanlarının da qayğısına qalar».

Mənası: Yaxşı insanlar ev heyvanlarının və digər heyvanların qayğısına qalırlar.

Mətta 10:29: «Məgər iki sərçəni bir qara qəpiyə satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür».

Mənası: Allah kiçik quşlar da daxil olmaqla, bütün heyvanlara nəzər salır və onların qayğısına qalır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş